Məhkəmə qərarları › İş №2(102)-707/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hümbətova (Məsimova) Günel Hidayət qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Şəmkir rayonu 1 saylı notariat ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hümbətova (Məsimova) Günel Hidayət qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Şəmkir ray onu 1 saylı notariat ofisi və DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2044/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hümbətova (Məsimova) Günel Hidayət qızı, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 53 saylı qərarı ilə Şəmkir rayonu Çənlibel kəndin sakini Cavabdeh1 və onun ailə üzvləri X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 kənd təsərrüfatı məhsulları i stehsalı üçün 3,41 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-235 Kod 50416018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 2. xx.xx.2008-ci il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-213 nömrəli reyestrdə qeyd alınmış alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2,4801 ha torpaq sahəsinin 1,50 ha hissəsini 1100 manata İddiaçı satmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olsa da, sonuncu torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldırmamışdır.

3. Bundan sonra xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2,4801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1 və ailə üzvlərinin adına qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə isə Cavabdeh1 və ailə üzvləri Şəmkir rayon 1 saylı notariat ofisində 4Ə-1747 nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, həmin 2,4801 ha torpaq sahəsini iş üzrə digər Cavabdeh6 5000 manata satmışlar və sonuncu həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış əsasında qeydə aldırmışdır.

4. Daha sonra xx.xx.2022-ci il tarixdə Şəmkir rayon notariat ofisində 4Ə-98 nömrəli reyestrlə qeydə alınmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 satın aldığı 2,4801 ha torpaq sahəsinin 1,50 ha hissəsini Cavabdeh1 5000 manata satmış, x x.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,9801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh6 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli Ə-1747 reyestr nömrəli alğı-satqı müqavilə sinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına verilmiş dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-98 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və Cavabdeh6 adına verilmiş dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Cavabdeh1 və onun ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 2,48 ha torpaq sa həsinin 1,50 ha hektarını xx.xx.2008-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında 1100 manata satın almışdır. Cavabdeh1 və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi ümumilikdə 3,41 ha olmaqla 3 kontorda yerləşmişdir (235C kontorunda 0,10 ha, 235 kontorunda 0,82 ha və 235N kontorunda 2,48 ha torpaq sahəsi olmuşdur). O, 2,48 torpaq sahəsinin 1,50 ha hissəsini satın almışdır. Torpaq sahəsini satın aldığı tarixdən, yəni 2008ci ildən hazırkı vaxtadək onun istifadəsində və sahibliyində olmuşdur. Bir ay bundan əvvəl məlumat əldə etmişdir ki, həmin torpaq sahəsini Cavabdeh1 və ailə üzvləri başqa bir şəxsə, yəni Cavabdeh6 xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satmışlar və sonuncu xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarış almışdır. Göründüyü kimi, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixdə təsdiqlədiyi alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla bağlanmışdır. Belə ki, həmin torpaq sahəsi onun mülkiyyətində olduğu halda notariat ofisi araşdırma aparmadan torpaq sahəsinin Cavabdeh6 yenidən satılmasını təsdiq etmiş və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış vermişdir. Cavabdeh6 həmin torpaq sahəsini Cavabdeh1 və ailə üzvlərindən onun satın aldığı və hazırda həmin torpaq sahəsində buğda əkildiyi barədə məlumatı olmuşdur. Bu halı, yəni həmin torpaq sahəsinin onun istifadəsində olmasını və hazırda torpaq sahəsinin əkilməsini təsdiq edəcək şahidlər vardır.

8. Cavabdeh1 məhkəmə iclasında verdiyi i zahatında iddiaya etiraz edərək, bildirmişlər ki, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsini 2008-ci ildə iddiaçının anasına icarəyə vermişlər. Həmin vaxtdan torpaq sahəsini iddiaçının anası əkib becərmişdir. Sonradan ehtiyacları olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsini Cavabdeh6 satmışlar və sonuncu xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə dair hüququnu qeydiyyata aldırmışdır. Sonradan iddiaçı torpaq sahəsinə dair mübahisə yaratdığı üçün Cavabdeh6 aldığı 2,48 ha torpaq sahəsinin 1,50 ha hissəSini xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə yenidən ona satmışdır. Hazırda torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Nə o, nə də ailə üzvləri iddiaçını tanımamışlar.

9. Digər Cavabdeh6 nümayəndəsi və vəkili də iddiaya etiraz edərək, bil dirmişdir ki, Cavabdeh1 və ailə üzvləri ilə arasında olan razılaşmaya əsasən onların mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin 1,0 ha hissəsini almaq üçün bölgü sxemi lazım olduğundan və bunun üçün müəyyən vaxt tələb olunduğundan xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında 2,48 ha torpaq sahəsini satın almışdır. Bir müddət sonra həmin torpaq sahəsinin 1,50 ha hissəsinin başqa şəxsə satıldığını eşitmiş, bundan sonra aldığı torpaq sahəsinin 1,50 ha hissəsini xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Yerdə qalan 0,9801 ha torpaq sahəsinə isə xx.xx.2022-cı il tarixdə adına reyestrdən çıxarış almışdır. Torpaq sahəsini alarkən onun iddiaçıya satılmasından xəbəri olmamışdır.

10. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi ) (076)-702/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia rədd olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh6 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsini bağlayarkən qeydiyyatın düzgün olmadığını bilinməsinə və ya qeyri-dəqiqliyinə dair qeydin reyestrə daxil edilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən və Cavabdeh6 vicdanlı əldə edən olduğundan qeydiyyatın həqiqiliyi prezumpsiyası baxımından iddia həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın və Cavabdeh6 adına verilmiş dö vlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələblərinə münasibətdə isə qeyd etmişdir ki, həmin müqavilənin bağlanması və çıxarışların verilməsi xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh6 adına verilmiş dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış əsasında həyata keçirildiyindən və iddia tələbi həmin hissədə təmin edilmədiyindən, bu tələblər də təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 337.1, 337.2, 337.3, 354.1, 354.2, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İd diaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə Cavabdeh6 vicdanlı alıcı olmasını əsas gətirməklə iddianı rədd etsə də, həmin torpaq sahəsini onun xx.xx.2008-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 və ailə üzvlərindən satın almasını, 2008-ci il tarixdən hazırkı vaxtadək torpaq sahəsinin onun istifadəsində olmasını, Cavabdeh6 torpaq sahəsini satın alarkən torpağın onun istifadəsində olmasını bilməsini nəzərə almamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyas ı məhkəməsi) 2(104)-2044/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli Ə-1747 reyestr nömrəli alğı-satqı müqaviləsi 1,50 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilmiş, Cavabdeh6 adına verilmiş dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış 1,50 ha torpaq sahəsinə dair hissədə ləğv edilmiş, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-98 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabd eh1 adına verilmiş dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış ləğv edilmiş və iddia Cavabdeh6 adına verilmiş dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi hissəsində rədd olunmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvləri ümumi birgə mülkiyyətdə olan 3,41 ha torpaq sahəsindən 1,50 ha hissəni xx.xx.2008-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında iddiaçıya satdıqlarından və torpaq sahəsi həmin vaxtdan etibarən ötən 14 il ərzində iddiaçının sahibliyində və istifadəsində olduğundan, iddiaçı öz hüquqlarını dövlət qeydiyyatına aldırmasa belə, cavabdehlər həmin 1,50 ha torpaq sahəsini 2,48 ha torpaq sahəsinin daxilində Orxan Əmikişyevə satmaq da haqlı olmamışlar. Belə ki, iddiaçı 1,50 ha torpaq sahəsinin dəyərini Cavabdeh1 ödəməklə həmin əmlaka mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh1 mülkiyyətində olmayan torpaq sahəsi barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin torpaq sahəsi barədə Cavabdeh6 ilə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına zidd olmuş, həmin əqdin subyekt tərkibi qüsurlu olmaqla, etibarsız olmuşdur.

18. Göründüyü kimi, Cavabdeh1 ailəsinin ümumi birgə mülkiyyətində olan 3,41 ha torpaq sahəsinin 1,50 ha hissəsini xx.xx.2008-ci il tarixdə torpaq alğı-satqı müqaviləsi əsasında iddiaçıya satmasına baxmayaraq, mülkiyyətində olmayan həmin 1,50 ha hissəni 3,41 ha torpaq sahəsinin daxilində digər Cavabdeh6 satmaqla, hüquqdan sui-istifadəyə yol vermişdir. Cavabdeh6 isə sözügedən 1,50 ha torpaq sahəsini iddiaçının aldığını bildiyi halda, həmin torpaq sahəsinin də daxil olduğu 3,41 ha torpaq sahəsini bütövlükdə satın almışdır ki, bu zaman vicdanlı əldə edən olmamışdır. Cavabdeh6 vicdanlı əldə edən sayılması üçün əsas həm də o zaman aradan qalxmışdır ki, o, Cavabdeh1 iddiaçıya xx.xx.2008-ci il tarixdə satdığı 1,50 ha torpaq sahəsinin əslində Cavabdeh1 məxsus olmamasını bildiyi üçün həmin sahəni ona alğı-satqı yolu ilə geri qaytarmışdır.

19. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaya etirazının dəlillərini (sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixdə iddiaçının anasına bir illiyə icarəyə verməsi, 1100 manat icarə haqqı alması və həmin vaxtdan torpaq sahəsini iddiaçının anası əkib-becərməsi barədə) əsassız sayaraq qeyd etmişdir ki, əvvəla, Cavabdeh1 1,50 ha sahəni iddiaçıya (və ya anasına) icarəyə verməsinə dair aralarında bağlanmış müqaviləni təqdim etməmişdir. İkinci isə, cavabdehin dediyi kimi, həmin sahəni bir illiyə icarəyə vermiş və yalnız bir illik icarə haqqı almışdırsa, 14 il ərzində iddiaçının anasının həmin sahəni istifadə etməsinə etiraz etməməsi, onun həmin sahədən çıxarılması barədə hüquq-mühfizə orqanlarına və ya məhkəməyə müraciət etməməsi ağlabatan və səmimi görünmür.

20. Beləliklə, Kollegiyanın qənaətinə görə, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli Ə-1747 reyestr nömrəli alğı-satqı müqaviləsi 1,50 ha torpaq sahəsinə dair hissədə etibarsız olduğundan həmin əqd əsasında sözügedən Cavabdeh6 adına qey diyyat aparılmasına dair dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış həmin 1,50 ha torpaq sahəsinə dair hissədə ləğv edilməli, eyni zamanda 1,50 ha torpaq sahəsinin Cavabdeh6 tərəfindən Cavabdeh1 satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-98 nömrəli reyestrdə qeydə alınmış ANİ ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin əqd əsasında 1,50 ha torpaq sahəsinə dair Cavabdeh1 adına qeydiyyat aparılmasına dair dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.

21. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 337.1, 560, 567, 646.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri

22. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hümbətova (Məsimova) Günel Hidayət qızı, Cavabdeh4 və Cavabdeh5 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Şikayət belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı əqdi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir ki, bu halda kəsici müddətin tətbiqi istisna olunmur. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etsə də, apellyasiya məhkəməsi heç bir hüquqi əsas olmadan, təqdim edilmiş sübutlara əhəmiyyət vermədən iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hes ab edilir.

27. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

28. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlə r mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

33. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı

34. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

35. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

36. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

37. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsı z olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

38. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlıl ığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı

39. Bənd

20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

40. Bənd

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.

41. Bənd

28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan i lk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur.

42. Bənd

29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin eti barsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırk ı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Kollegiya, kassasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edərkən əhəmiyyətsizlik halına, yəni alğı-satqı müqaviləsinin sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasına istinad etmişdir.

54. Belə olan halda, həmin əqdin etibarsızlığı MM-in 337.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda istinad olunan hüquqi mövqelərinə əsasən hər hansı şərtdən, o cümlədən müddətin keçməsindən asılı deyil və əqd bağlandığı andan özü-özl üyündə etibarsızdır. Dolayısı ilə də, belə əqd bağlandığı andan avtomatik etibarsız olduğundan, onun etibarszılığı ilə bağlı məhkəməyə müraciət etməyə də ehtiyac yoxdur, belə müraciətlər adətən mübahisə halında əqdin etibarsızlığının məhkəmə qaydasında təsdiq olunması ilə bağlı olur.

55. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət isə iddia müddəti olmaqla əvəz edilən əşyaların verilməsi halında əqdin etibarsızlığı nəticələrinin tətbiqinə şamil olunan müddətdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hümbətova (Məsimova) Günel Hidayət qızı, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2044/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar