Məhkəmə qərarları › İş №2(102)-707/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-670/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" ASC (BOKT) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsinə əsasən BOKT, Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə, illik 22% ödəməsi şərtilə 70.000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər. 3. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində ki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77,3 kv.m, yaşayiş sahəsi 41,9 kv.m, yardımçı sahəsi 35,4 kv.m olan 2 otaqlı mənzil BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş, ipoteka yüklülüyü xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Kreditin ödəniş cədvəlində, Cavabdeh1 xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 70 000 ABŞ dolları əsas, 26 278,47 ABŞ dolları faiz borcunu, yəni ümumilikdə 92 278,47 ABŞ dolları məbləğində pul vəsaitinin ayda 2673,34 ABŞ dolları (sonuncu ay 2711,57 ABŞ dolları) olmaqla qaytarması nəzərdə tutulmuşdur.

5. BOKT-un verdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarixl i 1638 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə 47 723,53 ABŞ dolları əsas borcu, 27 600,49 ABŞ dolları faiz borcu olmuş, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə 7158 ABŞ dolları məbləğində real zərər hesablanmış və onun cəmi borcu 82 482,02 ABŞ dolları təşkil edir.

6. BOKT tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcunun, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7 158 ABŞ dolları məbləğində real zərərin əvəzinin, yəni cəmi 82 482,02 ABŞ dolları məbləğində borcun və 431 manat dövlət rusumunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m, yaşayiş sahəsi 41.9 k.m, yardımçı sahəsi 35.4 kv.m olan 2 otaqlı 10/8 saylı mənzilə yönəldilərək mənzilin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, ona dəfələrlə edilmi ş xəbərdarlıqlar da nəticəsiz qalmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixə ödənilməmiş 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu və müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində borcu olmaqla cəmi 82 482,02 ABŞ dolları borcu yaranmışdır və həmin məbləğ ondan məhkəmə qaydasında tutularaq ipoteka predmetinə tutma yönəldilməlidir.

9. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində tamamilə qərəzli və məqsədyönlü olaraq ipoteka prdemetinin dəyərinin məhkəmədən gizlədilməsinə cəhd edilmişdir. Halbuki ipoteka müqaviləsinin 2.3-ci bəndinə əsasən ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit və ipote ka müqavilələrinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən etibarən dəfələrlə ipoteka saxlayandan tərəflərin qarşılıqlı razılığına əsasən 100 000 ABŞ dolları dəyərində ipoteka prdemetini qəbul edib, həmin məbləğdən kredit müqaviləsi üzrə qalan borcu çıxıb, yerdə qalan vəsaitin borcluya və ipoteka qoyana qaytarılması xahiş edilmiş, lakin hər dəfə kreditor müxtəlif bəhanələrlə bu prosesi uzatmış, yekunda xx.xx.2021-ci il tarixdə sonuncu ödənişin edilməsindən cəmi 1 ay sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, kreditor müddəti 36 ay müəyyən edilmiş kredit və ipoteka müqavilələrinin müddətini faktiki olaraq daha 36 ay müddətinə uzatmağa nail olmuş, bu müddətdə isə borclunun hüquqi savadsızlığından istifadə edərək, müxtəlif məbləğlərdə pul vəsaitləri almağa davam etmiş, həmin məbləğ ləri isə əsas borcdan deyil, faizdən silinməyə yönəltmişdir. Nəticədə götürülmüş 70 000 ABŞ dolları məbləğində kredit vəsaitinin 46 957,12 ABŞ dolları hissəsinin (yəni 67%, başqa sözlə 2/3 hissəsi) qaytarılmasına baxmayaraq, həmin ödənilmiş məbləğin 22 276,47 ABŞ dolları hissəsi əsas borcdan, 24 680,65 ABŞ dolları hissəsi (yarıdan çoxu) faiz borcundan silinmişdir. Beləliklə, iddiaçı 36 ay müddətinə bağlanmış kredit və ipoteka müqavilələrinin müddətini daha 36 ay müddətinə uzatmaqla tamamilə qərəzli və məqsədyönlü olaraq məhkəməyə müraciət etməmiş, bununla da, bir tərəfdən borclu tərəfindən əlavə ödənişlərin edilməsinə və həmin ödənişlərin də faiz borcuna silinməsinə, digər tərəfdən borcun şişirdilməsinə nail olmuş, bunun nəticəsində şişirdilmiş borc məbləğini 82 482.02 ABŞ dolları məbləğin ə çatdırmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əlavə haqq ödəmədən ələ keçirmək üçün zəmin yaratmışdır. Nəticədə kreditor verdiyi 70 000 ABŞ dolları məbləğində kreditin əvəzində həmin məbləğin 46 957,12 ABŞ dolları hissəsini (2/3 hissəsini), həm də likvid dəyəri nəzərə alınmaqla, dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əldə etməyə nail olur. Burada o da nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bəllidir ki, paytaxtın həmin ərazisində yerləşən tikililərdə yaşayış sahəsinin dəyəri təmirindən asılı olaraq 1 kvadratı 2400-2800 manat arasında dəyişir. Nəzərə alınsa ki, ipoteka müqaviləsi 7 il bundan əvvəl bağlanmış və dəyəri 100 000 ABŞ dolları məbləğində müəyyən edilmişdır, o halda ipoteka prdemetinin bazar dəyəri daha da artmışdır. xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman ipoteka ilə yüklü edilmiş həmin mənzilin həm rəsmi, həm də faktiki sahəsi 77,3 kv.m olsa da, sonradan mənzildə əlavə tikinti-təmir işləri aparılmış, mənzilin sahəsi daha bir o qədər də genişləndirilmiş, hazırda ümumi sahəsi təqribən 160 kv.m təşkil edir. Başqa sözlə, mənzilin dəyəri təqribən iki dəfə artmışdır. Bu faktı təsdiq etmək üçün tərəfindən "xxxx" MMC Qiymətləndirmə Şirkətinə müraciət edilərək, ünvan 2 ünvanındakı Cavabdeh2 məxsus mənzilin faktiki sahəsi nəzərə alınmaqla bazar dəyərinin neçə manat o lması barədə qiymətləndirmə aktı təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından göründüyü kimi, hazırda ipoteka prdemeti sənəddə 2 otaqlı mənzil olsa da, faktiki 4 otaqlı olmaqla tam təmir edilmişdir, mənzilin ümumi sahəsi 149,6 kv.m, bazar dəyəri 245 000 manat təşkil edir. Həmçinin, "xxxx" MMCnin iş üzrə xx.xx.2022-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan mənzil 4 otaqlı olmaqla tam təmirlidir, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv.m, bazar dəyəri 235 000 manat, likvid dəyəri 215 000 manat təşkil edir. Göründüyü kimi, ipoteka prdemetinin dəyəri kifayət qədər artmışdır, bu da ipoteka prdemetinin ilkin satış qiymətinin hesablanması zamanı mütləq nəzərə alınmalıdır. İpoteka müqaviləsində mənzil real dəyərindən ucuz göstər ilib və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun deyil. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (“İpoteka haqqında” Qanunun 36.1ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ip oteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hesab edir ki, mübahisə predmeti olan həmin mənzilin real bazar dəyərinin, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. Bundan başqa, kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz b orcu düzgün yazılmamış (göstərilməmiş) və əsas borc və həmin borca hesablanmış faiz borcu şişirdilmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 245 000 manat təşkil edir. 11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 53 saylı hesabatda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 235 000 manat, likvid dəyəri isə 215 000 manat təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2482 saylı rəyinə əsasən, “Pro Kredit" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlər, "xxxx" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A. S.Məmmədov) iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla cəmi 82 482,02 (səksən iki min dörd yüz səksən iki dollar 02 sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 431 (dörd yüz otuz bir) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki olaraq sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 215 000 (iki yüz on beş min) manat dəyərində qiymətləndirilməklə) tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 319, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 448.1, 739 və 743, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 59, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4 1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun onunla əsaslandırılmışdır ki, kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz borcu düzgün yazılmamış, əsas borc və həmin borca hesablanmış faiz borcu şişirdilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə görə iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi ü zrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlərin, “Pro Kredit" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı tərəfindən vəsatət verilərək, işin tam, hərtərəfli və obyektiv araşdırılması mədsədilə, o cümlədən kredit müqaviləsi üzrə borcun dəqiq müəyyən edilməsi üçün işin Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilməsi barədə 3 dəfə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatətlər də əsassız olaraq təmin edilməmişdir. İşin məhkəmə baxışı za manı vəsatət verilərək, xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə məbləğin ABŞ dolları ilə verilməsinin göstərilməsinə baxmayaraq, Cavabdeh1 kreditin manatla verilməsi, bu səbəbdən də kredit müqaviləsi üzrə borcun da manatla tələb edilməsinin vacibliyi bildirilmiş, bu halın müəyyən edilməsi məqsədilə “Pro Kredit" BOKT ASC-nin kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntülərinin tələb edilməsi, həmçinin kredit müqaviləsi üzrə məbləği manatla Cavabdeh1 vermiş “Pro Kredit" BOKT ASC-nin xəzinədarının (kassirinin) şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatət verilmişdir. Həmin vəsatətin məhkəmə iclasında müzakirəsi zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntüləri ASC-də qalm amışdır, həmçinin kredit müqaviləsi üzrə məbləği Cavabdeh1 vermiş xəzinədar hazırda ASC-də işləmədiyindən, onun şahid qismində dəvət edilib dindirilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçı tamamilə qərəzli və məqsədyönlü olaraq sübutların təqdim olunmasından yayınmış, məhkəmə isə obyektiv araşdırma aparmayaraq qanunsuz nəticəyə gəlmişdir. 18. "xxxx" MMC-nin verdiyi 28 iyul 2023-cü il tarixli audit rəyində aşağıdakılar göstərilmişdir: - "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 1638 saylı kredit müqaviləsi üzrə ayrılmış ipoteka krediti fiziki şəxsin bəyan etdiyi kimi, ölkə ərazisində kənd təsərrüfatı sahəsinin inkişafında istifadə ediləcək əmlakların alınmasına yönəldiyi üçün və ölkəmizdə dollarla əmlakın alınması qanunsuz olduğuna görə kredit müqaviləsi Azərbaycan Res publikası Prezidentinin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması” haqqında xx.xx.1993-cü il tarixli 58 saylı Fərmanı əsasında yenidən baxılması və müqavilənin şərtlərinin dəyişdirilməsi təmin edilməlidir. Bu qanunun tələblərinə görə vətəndaş 70 000 ABŞ dollarının müəyyən hissəsini və hesablanan kredit faizini tam ödəmişdir. Belə ki, 70 000 ABŞ dolları kredit xx.xx.2015-ci ilin məzənnəsi ilə 70 000 ABŞ dolları x 1,0496 = 73 492 manat kredit borcu təşkil edir. Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 46 957,12 ABŞ dolları və ya 65 679,74 manat əsas və faiz borcundan ödəmişdir. - Bankın verdiyi ödəniş qrafikinə əsasən, həmin vəsaiti günün məzənnəsini nəzərə almaqla hesablayanda, fiziki şəxsin bank qarşı sında 35 334,02 manat ödənilməmiş ipoteka krediti qalmışdır. Yəni, 101 013,76 manat əsas və faiz borcu məbləği – 65 679,74 manat ödənilmiş məbləğ (bundan 27 581,87 manat faiz borcu) nəzərə alındığında 35 334,02 manat əsas və faiz borcu qalmışdır (101 013,76 – 65 679,74 = 35 334,02).

19. Audit rəyində həmçinin göstərilmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər ödəmə qəbzlərinə əsasən 46 957,12 ABŞ dolları kredit borcu ödənilmiş, BOKT tərəfindən həmin vəsaitin 22 276,47 ABŞ dolları əsas borcun ödənişinə, 24 680,65 ABŞ dolları faizin ödənişinə nəzərə alınmışdır.

20. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin sənəd üzrə ümumi sahəsinin 77,3 kv.m. olduğu nəz ərə alınaraq, orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 170 000 manat, likvid dəyəri isə təqribən 162 000 manat məbləğində müəyyən edilir. Eyni zamanda, mənzilin dövlət reyestrindən çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər nəzərə alındığında bazar qiymət təqribən 292 000 manat, likvid qiyməti təqribən 263 000 manat müəyyən edilir.

21. Bakı Apellyasiya Məhkəməsinin MK (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-670/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 27 600,49 ABŞ dolları faiz borcunun, ümumilikdə isə 82 482,02 (səksən iki min dörd yüz səksən iki dollar 02 sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 9387,31 (doqquz min üç yüz səksən yeddi dollar 31 sent) ABŞ dolları faiz borcu, ümumilikdə isə 64 268,84 (altmış dörd min iki yüz altmış səkkiz dollar 84 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc məbləğinin tutulub "xxxx" ASC-nə ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelly atorlara aid edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 100 (yüz) manatının "xxxx" ASC-dən, 200 (iki yüz) manatının Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manatının "xxxx" ASC-dən, 100 (yüz) manatının Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixinə (müqavilə müddətinin sonuna) hesabladığı borc məbləğini tələb etmiş, həmin tarixə Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcunun ol duğunu irəli sürmüşdür.

23. Belə olan halda, iddiaçının tələbinin həmin hissəsi üzrə borcun məhz göstərilən məbləğlərdə olub-olmadığı sübutetmənin predmetidir.

24. Apellyasiya baxışı zamanı alınmış və əks etdirdiyi məlumatlar cavabdehlər tərəfindən mübahisələndirilməyən audit rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər 46 957,12 ABŞ dolları kredit borcu ödənilmiş, BOKT tərəfindən həmin vəsaitin 22 276,47 ABŞ dolları əsas borcun ödənişinə, 24 680,65 ABŞ dolları faizin ödənişinə nəzərə alınmışdır.

25. Bununla belə iş materiallarından görünür ki, sözügedən rəyi hazırlayan auditorun əsas götürdüyü “Kredit müqaviləsi üzrə hesabdan çıxarış №32” adlandırılan sənəddə Şaiq Abdullayevin xx.xx.2021-ci il tarixli PKSTN-0510_10 sayl ı order üzrə ödədiyi 1200 ABŞ dolları nəzərə alınmamışdır.

26. Bu xüsusat həm birinci instansiya məhkəməsinin aldığı, həm də apellyasiya baxışı zamanı alınmış natamam ekspert rəylərində də öz əksini tapmışdır.

27. Başqa sözlə, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər BOKTA 46 957,12 ABŞ dolları deyil, cəmi 48 157,12 ABŞ dolları vəsait ödənilmiş, xx.xx.2021-ci il tarixindən sonra ödəniş həyata keçirildiyi müəyyən olunmamışdır.

28. Halbuki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinədək 70 000 ABŞ dolları əsas, 26 278,47 ABŞ dolları faiz borcunu, yəni ümumilikdə 92 278,47 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarmağı öhdəsinə götürmüşdür.

29. Kollegiya buna görə də hesab etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kre dit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyi qənaətinə gəlinməsi mümkündür və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Bununla belə, Kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı cavabdehlərin dəlillərini qismən əsaslı hesab etmişdir. Belə ki, iddiaçının özünün bildirdiyinə görə, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixində Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 27 600,49 ABŞ dolları faiz borcu olmuşdur – bu isə o deməkdir ki, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixinə qalıq borcun məbləği müəyyənləşdirilərkən həmin məbləğlər əsas götürülməklə yanaşı, müqavilə müddətinin başa çatmasından sonrakı ödənişlər nəzərə alınmalıdır. Çünki Cavabdeh1 kredit müqaviləsi əsasında xx.xx.2018-ci il tarixin dən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcunun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir – BOKT-la onun arasında bağlanmış müqavilə üzrə kredit xx.xx.2018-ci (xx.xx.2018-ci) il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində onun müqavilədə razılaşdırılmış faizləri ödəməli olduğu razılaşdırılmışdır.

31. Başqa sözlə, BOKT-a xx.xx.2018-ci il tarixindən sonra ödənilmiş vəsait, həmin tarixədək yaranmış əsas və faiz borcunun silinməsinə yönəldilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız b u hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

33. Kollegiya bu kontekstdə hesab etmişdir ki, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixinə Cavabdeh1 qalıq əsas borcunun məbləği 47 723,53 ABŞ dolları, faiz borcunun məbləği 9387,31 ABŞ dolları təşkil etmişdir.

34. Belə ki, iddiaçının təqdim etdiyi “Kredit müqaviləsi üzrə hesabdan çıxarış № 32” adlandırılan sənəd natamam ekspert rəyləri ilə birlikdə qiymətləndirildiyində, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər BOKTA ödənilmiş cəmi 48 157,12 ABŞ dolları vəsaitin 18 213,18 ABŞ dolları hissəsinin, müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək ödənildiyi müəyyən olunur; belə olan halda isə iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 47 723,53 ABŞ dolları əsas, 9387,31 ABŞ dolları faiz borcu olmuşdur (müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixindən sonra ödənilmiş 18 213,18 ABŞ dolları həmin tarixə hesablanmış 27 600,49 ABŞ dolları faiz borcundan çıxılmaqla (27 600,49 – 18 213,18 = 9387,31)).

35. Məhkəmə borc məbləğinin manatla hesablanmalı olması ilə bağlı audit rəyində göstərilənlərlə əlaqədar isə qeyd etmişdir ki, ekspertiza tədqiqat ı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və kreditin hansı valyutada verilməli olduğunu müəyyənləşdirmək auditorun və ya ekspertin səlahiyyətində deyildir.

36. Ekspert rəyi sübut növlərindən biridir və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyi ndə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

37. Cavabdeh1 müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə 7158 ABŞ dolları məbləğində faiz tutulması ilə bağlı gəlinən nət icəni isə kollegiya əsaslı hesab etmişdir. Belə ki, xx.xx.2018-ci il tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixinə qədər keçən dövr 3 il 2 ay (38 ay), bu müddət ərzində 47 723,53 ABŞ dolları əsas borca illik 5%-lə hesablanan faiz məbləği isə 7562 ABŞ dolları təşkil edir (illik 2386 ABŞ dolları x 38 ay = 7562). Nəzərə alınmalıdır ki, iddiaçının həmin iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər. Bu maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra h ər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

38. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (k ontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

39. Kollegiya, ipoteka predmetinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi, həmin qiymətin bazar qiyməti əsas götürülməklə müəyyənləşdirilməli olduğu barədə apellyasiya şikayətində ümumi if adələrlərə irəli sürülənləri də əsassız sayaraq qeyd etmişdir ki, “likvidlik” iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qəra rdadında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları belə nəticəyə gəlmişlər ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

41. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 4 ünvanında yerləşən 10/8 saylı mənzil 2015-ci ilin dekabr ayında ipotekaya qoyularkən 100 000 ABŞ dolları məbləğində qiymətləndirilmiş, məhkəmənin "xxxx" MMC-dən aldığı rəydə hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan 2 otaqlı, faktiki sahəsi 149.6 kv.m olan 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 235 000 manat, likvid dəyəri 215 000 manat, cavabdehin təqdim etdiyi rəydə isə əmlakın bazar dəyəri 245 000 manat göstərilmişdir.

42. Apellyasiya baxışı zamanı "xxxx" MMC-dən alınan rəydə mənzilin bazar qiymətinin 295 000 manat, likvid qiymətinin 270 000 manat, ekspert rəyində isə sənəd üzrə ümumi sahəsinin 77,3 kv.m. olduğu nəzərə alınaraq, orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 170 000 manat, likvid dəyərinin təqribən 162 000 manat, mənzilin dövlət reyestrindən çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər nəzərə alındığında bazar qiymətinin təqribən 292 000 manat, likvid qiymətinin təqribən 263 000 manat olduğu göstərilmişdir.

43. Beləliklə, əmlakın likvid qiyməti ilə bağlı biri-birindən fərqlənən 3 rəy vardır (215 000 manat, 270 000 manat və 263 000 manat) və həmin rəylərdən aydın olur ki, əmlakın bazar qiyməti kimi müəyyənləşdirilən qiymətlərlə likvid qiymət ara sındakı fərq 20 000-30 000 manat arasında dəyişir.

44. Kollegiya cavabdehlərin özlərinin təqdim etdikləri rəydə əmlakın bazar qiymətinin 245 000 manat göstərildyini, bazar qiyməti ilə likvid qiymət arasındakı fərqin isə yuxarıda göstərilən həddə təsbit olunduğunu nəzərə almaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi qiymət hər iki tərəfin mənafeyinə uyğun olan ədalətli qiymət kimi qəbul edilməlidir.

45. Bu zaman həm də nəzərə alınmışdır ki, əmlakın likvid qiymətinin 263 000 manat və 270 000 manat məbləğində müəyyənləşdirilməsi zamanı onun çıxarışında və texniki pasportunda öz əksini tapmayan əlavə tikililər hesaba alınmışdır – hansı ki, həmin tikililərin ipoteka saxlayanın razılığı ilə inşa edildiyi müəyyən edilməmişdir.

46. Kollegiya apellyatorların şikayətin i digər hissələrdə də əsassız hesab edərək vurğulamışdır ki, Cavabdeh1 kredit öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçının ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini bildirərkən qeyd etmişdir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən sonra cavabdeh tərəfindən ödənilmiş vəsait, həmin tarixədək yaranmış əsas və faiz borcunun silinməsinə yönəldilməlidir. Qeyd edək ki, məhkəməni n mövqeyi bu hissədə tam yalnışdır. Bu halda müqavilə şərtlərinə nəzər yetirilməli idi. Belə ki, Mülki Məcəllənin 747-ci maddəsi kredit müqaviləsinə anlayış verərkən bu tip müqavilələrin adətən müəyyən müddət üçün bağlanılması məsələsi diqqət çəkir. Qeyd edilən maddi hüquq normasına əsasən kredit müqaviləsi bu qaydaya əməl edilməklə müddətli bağlanılır. Lakin müqavilə üzrə müddətin müəyyən edilməsi öhdəliklərin də xitamı kimi qiymətləndirilə bilməz. Çünki bu hal kredit müqaviləsinin kreditor tərəfindən bağlanılması məqsədlərinə ziddir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək im kanlarından məhrum edir. Müddətli kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməməsi müqavilə münasibətlərinin davam etməsinə səbəb olur. Qeyd edilməlidir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi və bundan əlavə, müqavilə üzrə öhdəliklərə xitam verilməsi halı müqavilədə dəqiq göstərilməlidir. Müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə hər hansı qeydin müqavilə şərtlərində nəzərdə tutulduğu halda məhkəmənin mövqeyi haqlı olardı. Halbuki bu məzmunda hər hansı qeyd şərt müqavilədə göstərilməmişdir. Odur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixli, 1638 nömrəli kredit müqaviləsi üzrə 27600,49 ABŞ dolları faiz borcunun, ümumilikdə isə 82482,02 ABŞ dollarının günü Azərbaycan Respublikasının Mərkəzi Bankının r əsmi məzənnəsinə uyğun olaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbi əsaslı olmuşdur. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 14, 77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini cavablandırmamaqla, cavabdehin əsaslandırılmış məhkəmə qərarı almaq, yəni ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, məhkəmə sübutları düzgün tədqiq etməmiş, işə bir tərəfli yanaşmış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır.

49. Cavabdehlər də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunan hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etm işdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 385.1-cü, 386.1-ci, 425.1-ci, 427.3-ci, 445.1-ci, 448.1-ci, 319.1-ci və 319.6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinad etmiş, lakin həmin normalar işin faktiki hallarına əsasən düzgün tətbiq edilməmişdir. Hesab edirlər ki, iddianın dəlilləri əsassızdır və formal mülahizələrə əsaslanır, bu səbəbdən apellyasiya instansiya məhkəməsinin nəticəsi də əsas sızdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il il tarixli 4 №-li Qərarının 6.3-cü bəndində müəyyən edilmiş tövsiyələrə də əhəmiyyət verməmiş, bunun da nəticəsində hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılara münasibətdə ədalətsiz və qərəzli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, nəticədə apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmiş, qanunu iddiaçılara münasibətdə səhv təfsir etmişdir. Bu da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasd ır. İşdən göründüyü kimi, apellyasiya instansiyası ıməhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilsə də, bu formal xarakter daşımış, bunun da nəticəsində, apellyasiya instansiyası məhkəməsi iddiaçılara münasibətdə səhv nəticəyə gəlmişdir. Bu hal da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

52. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

53. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

54. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

55. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmə lə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

57. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

59. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

60. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

62. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (iş üzrə kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiya). “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu.

63. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

64. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

65. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

66. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

67. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzə rdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

68. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

69. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən m əbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

70. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

71. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 72. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 73. 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ail ə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

74. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, əsas borclu kredit m üqaviləsindən irəli gələn öhdəliyini pozmuşdur, bu səbəbdən iddiaçının təmin olunan tələbləri həcmində borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbləri əsaslıdır.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mübahisəli faktiki hallar işdəki sübutlar əsasında araşdırılmış, onlara və tərəflərin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

86. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini t əşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-670/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar