Məhkəmə qərarları › İş №2(102)-7086/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7086/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7086/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X2 oğlunun iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(107)-1244/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cav abdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22012 ABŞ dolları 05 sent əsas, 6607 ABŞ dolları 94 sent faiz və 9680 ABŞ dolları 51 sent cərimə olmaqla, cəmi 38300 ABŞ dolları 50 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. XXX Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tаrixli, 2(046)-312/2018 saylı qətnaməsi ilə (hakim Z.Quliyev) iddia qismən təmin edilmiş, 05.06.2014-cü il tarixli 26R000005461 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 21935 (iyirmi bir min doqquz yüz otuz beş) ABŞ dolları 67 (altmış yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi man atla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 05.06.2014-cü il tarixli 26R000005461 saylı kredit razılaşmasına əsasən 6525 (altı min beş yüz iyirmi beş) ABŞ dolları 93 (doxsan üç) sent faiz, 300 (üç yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 6825 (altı min səkkiz yüz iyirmi beş) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat məhkəmə xərcinin 5 (beş) manatı İddiaçı QSC-yə aid edilsin, 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi, 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 30 (otuz) manatı İddiaçı QSCdən, 115 (bir yüz on beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən, M.Əsədli məruzəçi, İ.Quliyev) 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-770/2018 saylı 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, qanunsuz olaraq bank tərəfindən faiz borcundan silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin mühasibatlıq ekspertizasının rəyi kifayət qədər aydın olmamış, ekspert qoyulmuş suallara tam cavab verməmişdir. Rəydəki boşluqları aradan qaldırmaq üçün əlavə məhkəmə ekspertizası təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə həm tərəflərin göstərdiyi halları, həm də mübahisənin düzgün həllinə təsir edən digər halları araşdırmalıdır. Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və onların tətbiqində səhvə yol vermişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xaiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 aprel 2009-cu il tarixli 15L000000530 saylı kredit xətti müqaviləsinə əsasən bank t ərəfindən Cavabdeh1 60 ay müddətə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.İddiaçı QSC-nin XXX filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 06 sentyabr 2011-ci il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 180 ay müəyyən edilmişdir. İddiaçı QSC-nin XXX filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2014-cü il tarixli 26R000005461 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 2 % hesablanmaqla 36 aylıq müddətə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin XXX filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 aprel 2015-ci il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləği və ödəniş t arixi sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilir. Cavabdeh2 və Cavabdeh3 da Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərilərinə götürmüşlər. İddiaçı» QSC-nin XXX filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. Cavabdeh2 05 iyun 2014-cü il tarixli kredit razılaşmasına dair ödəniş planı ilə tanış olmuş və razılığını bildirmişdir. Cavabdeh1 05 iyun 2014cü il tarixli 26R000005461 saylı kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 22.12.2016-cı il tarixə 22012 ABŞ dolları 05 sent əs as, 6607 ABŞ dolları 94 sent faiz və 9680 ABŞ dolları 51 sent cərimə olmaqla, cəmi 38300 ABŞ dolları 50 sent borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi, eləcə də bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun Bank qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə ekspertiza mərkəzinin 29.10.2018-ci il tarixli 22120 nömrəli rəyinə əsasən Cavabdeh1 22.12.2016-cı il tarixə olan borcu 21935 ABŞ dolları 67 sent əsas, 6525 ABŞ dolları 93 sent faiz olmaqla, cəmi 28461 ABŞ dolları 60 sent təşkil etmişdir. Apelly asiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması ö hdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin t am ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik e dilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(107)1244/19 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar