Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7090/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiа qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağ lanmış 04.08.2014-cü il tarixli *********nömrəli kredit razılaşması üzrə 9727,60 ABŞ dolları cərimənin 1000 ABŞ dolları, 04.08.2014-cü il tarixdə bağlanmış *********nömrəli kredit razılaşması üzrə 9727,60 ABŞ dolları cərimənin 500 ABŞ dolları məbləğinədək azaldılması, tərəflərin razılaşmasına əsasən ipoteka predmetinin ilkin dəyərinin 100.646 manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 29.08.2013-cü il tarixli ********* nömrəli kredit razılaşmasına görə yaranmış 49.395,44 ABŞ dolları əsas borc, 16.482,14 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 66.877,58 ABŞ dolları borcun, 04.08.2014-cü il tarixdə bağlanmış *********nömrəli kredit razılaşmasına görə 18.6 79,65 ABŞ dolları əsas borcun, 5.031,82 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimənin, cəmi 24.211,47 ABŞ dollarının, hər iki müqavilə üzrə 91.089,05 manat məbləğində borcun qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə hesablanaraq, ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 71 faiz, yəni 21,30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının alınıb İddiaçı QSC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 29 faiz, yəni 8,7 manatının iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,24 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məblə ğinin ödənilməsi üçün İddiaçı ASC-nin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1706/2019 saylı 28 fevral 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin isə qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan bir ay sonra bo şaldılması tələbinə dair hissədə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli,2(107)1766/2019 saylı qətnaməsi ilə (hakimlər V.Məlikov sədrlik edən və məruzəçi, E.Hüseynov və A.Mahmudov) İddiaçı QSC-nin apelyasiya şikayəti qismən təmin edilərək Ağsu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldikdən və satıldıqdan 1 (bir) ay sonra boşaldılması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, İddiaçı QSC-nin Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yer ləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra 1 (bir) ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ağsu Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ********* saylı kredit razılaşması üzrə 49395,44 ABŞ dolları məbləğində kredit borcu, 16482,14 ABŞ dolları məbləğində faiz borcu və 28232,75 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 94110.33 ABŞ dolları, *********saylı kredit razılaşması üzrə 18679,65 ABŞ dolları məbləğində kredit borcu, 5031,82 ABŞ dolları məbləğində faiz borcu və 9727,60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 33439,07 ABŞ dolları, hər iki m üqavilə üzrə ümumilikdə, 127.549,40 (bir yüz iyirmi yeddi min beş yüz qırx doqquz dollar qırx sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0,24 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 127.549,40 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının hərracda əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, h ərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0,24 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmamış, qanunsuz və əsassız qətnamə etmişdir. Kassator Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin işin hallarına uyğun olmadığını, əsassız və qanunsuz olduğunu qeyd edərək həmin qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məkhəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hüquq normalarına uyğun qəbul edildiyindən şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respu blikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan fak tlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 08.02.2012-ci il tarixli ********* nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0,24 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası yüklü edilmişdir. İpoteka müqaviləsi DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınmaz əmlakın rəsmi reyestrində MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 23.09.2017ci il tarixli 2171, 2174 və 2175 saylı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə öhdəliklərin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış 30.10.2017-ci il tarixli 23216 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, kredit müqaviləsinin tələblərinin cavabdeh tərəfindən pozulması, kredit ödənişlərinin qrafikə uyğun ödənilməməsi və borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə iddiaçının tutma yönəltmək hüququ izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldikdən və satıldıqdan bir ay sonra boşaldılması və təhvil verilməsi tələbinin təmin edilməməsi hi ssəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşənyerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan 1(bir) ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşay an ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM- in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 19 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7090/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7090/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver