Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7091/2021 11.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 10.09.2014cü il ta rixli 206/159 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə 51319.63 manat əsas, 25849.94 manat faiz, 54120.49 manat dəbbə pulu olmaqla, cəmi 131290.06 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat vəsaitin tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (ümumi sahəsi 293.20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahə 106.2 kv.m) yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixl i, 2(110)-103/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 10.09.2014 tarixli NE-206/159 saylı kredit müqaviləsi üzrə yaranmış 51319.63 manat əsas, 25849.94 manat faiz və 6000 manat dəbbə borcu olmaqla, cəmi 83169.57 (səksən üç min bir yüz altmış doqquz manat əlli yeddi qəpik) manat məbləğində borc, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31(otuz bir) manat rüsum və xidmət haqqı, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borcun tutulması mümkün olmadığı təqdirdə tutma Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 133000 (bir yüz otuz üç min) man at məbləğində qiymətləndirilən Abşeron rayonu, Masazır kəndi 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 293.20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahəsi isə 106.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılaraq əldə olunan vəsaitin Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında olan borcunun ödənilməsinə sərf edilməsi, aparılmış ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq MBA LTD “MMC-in” "xxxx" ASC-də olan AZ75NABZ******************** saylı müxbir hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin M ülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 i yul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadından cavabdehin kassasiya şikayəti 25.10.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur. Lakin kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti b u Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən tə qdim edilmiş kassasiya şikayəti bu qaydada riayət olunmadan verilmişdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa MPM-nin 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun ic raata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömr əli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7091/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7091/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver