Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-71/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC ərizə ilə müraciət edərək, Cavabdeh 25.048 manat əsas, 3456,62 manat dəbbə pulu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tut ulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və ərizə təmin edilərək bu barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli məhkəmə əmri çıxarılmışdır. İş üzrə borclu Cavabdeh qeyd edilən məhkəmə əmrindən etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadı ilə məhkəmənin 11 sentyabr 2018-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh 18.11.2016-cı il tarixli, 16.05.2017-ci il tarixli müqavilələr üzrə 03.04.2019-cu il tarixə yaranmış 43.833,97 manat əsas borc, 8585,19 manat cərimə və 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.04.2019 il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 43.833,97 manat əsas borcun, 300 manat dəbbə pulunun, cəmi 44.133,97 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 44.153,97 manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)-10486/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov sədrlik edən və məruzəçi, V.Sadıqov və A.İmanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.04.2019 il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFL ƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hər iki instansiya məhkəməsi borcun miqdarını müəyyən etmək üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının mülahizələrinə əsasən qərar qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(103)-10486/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası İddiaçı ASC ilə cavabdeh X arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə əsasında müəyyən edilmişdir ki, lizinq verən İddiaçı ASC ümumi də yəri 44.376,5 manat olan Holştin-friz qaramal cinsindən olan 20 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh X oğluna lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 22.188,28 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 22.188,28 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə əsasında müəyyən edilmişdir ki, lizinq verən İddiaçı ASC ümumi dəyəri 96.859,22 manat olan Holştin-friz qaramal cinsindən olan 41 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermiş dir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 50.158,66 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 46.700,56 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi əsası ilə 43833.97 manat əsas, 8585,19 manat cərimə borcunu tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalara istinad edərək, iddia tələbini qismən təmin etmiş, 43833.97 manat əsas, 300 manat cərimə borcunun cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etm işdir ki, həm mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normaları, həm də tərəflər arasındakı lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, ödənişləri müəyyənləşdirilmiş vaxtlarda tam həyata keçirməmiş, müqavilə şərtlərini pozmuşdur. Mülki qanunvericiliyin müddəalarını və tərəflər arasında bağlanılmış müqavilələrin şərtlərini nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, apellyantın dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir, cavabdeh bağlanmış lizinq müqaviləsini mübahisələndirməmiş, onun şərtləri ilə razılaşmış, sadəcə borcun məbləğini mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı borcun məbləğinin düzgün müəyyən olunmamasına əsas verən heç bir hal aşkar olunmamışdır. Eyni zamanda cavabdeh borcun məbləğini mübahisələndirsə də məbləğin düzgün hesablanmamasını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmırdır ki, hər ik i instansiya məhkəməsi borcun miqdarını müəyyən etmək üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının mülahizələrinə əsasən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq kollegiyanın iclasında iştirak etməmiş, eləcə də hər hansı bir ekspertizanın keçirilməsi barədə heç bir vəsatət qaldırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-71/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-71/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver