Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-71/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh3-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-71/2021 Açar sözlər: əsas və faiz borcunun, cərimənin və əldən çıxmış faydanın ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının nümayəndəsi iskəndərov Hümbət Nəsib oğlunun, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-5584/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı" ASC tərəfindən Cavabdeh3-yə dövriyyə vəsaiti kimi istifadə məqsədilə 18 ay müddətinə ödəmək şərti ilə illik 36 % hesabnlanmaqla ******* manat kredit verilmişdir.
2. İş materialındakı İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2010-cu il tarixli kredit xətti müqaviləsinə xx xxxxxx 2012-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, həmin Razılaşmaya əsasən xx xxxxxx 201 0-cu il tarixli kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti 24 ay, yəni xx xxxxxx 2014-cü ilədək uzadılmışdır. Razılaşmanın 2-ci bəndinə əsasən xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş qeyri - yaşayış sahələri də artırılmış müddət ərzində də həmin müqavilənin 2.2-ci bəndinə əsasən xx xxxxxx 2010-cu il tarixli 235 E saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı hesab edilmiş, həmçinin tərəflərin münasibətlərini tənzimləyən digər şərtlərin də kredit və ipoteka müqaviləsi ilə təyin edilməsi qərara alınmışdır. Həmin Razılaşmada girov qoyanlar iştirak etməmişdir.
3. İş materiallarında olan “xxxx” MMC-nin MS seriyalı 000169, 000170, 000171, 000172, 000173, 000174, 000175, 000176, 000177, 000178 saylı 10 ədəd mənzil sertifikatları Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 kv.metr, 52,48 kv.metr nəcmində olan 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Cavabdeh1 adına qeydiyyata alınmışdır.
4. İş materiallarında olan “xxxx” MMC-nin MS seriyalı 000136, 000140, 000141, 000144 saylı 4 ədəd mənzil sertifikatları Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan, 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Cava bdeh2 adına qeydiyyata alınmışdır.
5. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2010cu il tarixli girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 235 E nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan, 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmişdir. Müqavilənin 4.2-ci bəndinəəsasən girov qoyulan hüquq ların ümumi bazar dəyəri 668000 manat təşkil edir.
6. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, “Bütün qiymətli kağızların girovunun rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus “xxxx” MMC-nin MS seriyalı 000136, 000140, 000144, 000141 saylı 5 ədəd mənzil sertifikatları xx.xx.2010-cu il tarixli 235 E/G Girov müqaviləsi üzrə xx xxxxxx 2012-ci il tarixədək yüklü edilmişdir.
7. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010cu il tarixli girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 235 E nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 məxsus Azərb aycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 kv.metr, 52,48 kv.metr həcmində olan 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmişdir. Müqavilənin 4.2-ci bəndinəəsasən girov qoyulan hüquqların ümumi bazar dəyəri ******* manat müəyyən edilir.
8. İş materiallarında olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 06/2-3032 nömrəli Bütün qiymətli kağızların girovunun rəsmi reyestrindən çıxarışın surətindən görün ür ki, Cavabdeh1 məxsus “xxxx” MMC-nin MS seriyalı 000169, 000170, 000171, 000172, 000173, 000174, 000175, 000176, 000177, 000178 saylı 10 ədəd mənzil sertifikatları xx.xx.2010-cu il tarixli 235-2 E/G Girov müqaviləsi üzrə xx xxxxxx 2012-ci il tarixədək yüklü edilmişdir.
9. İş materiallarında olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 06-850 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borc tam icra edilmədiyinə görə xx.xx.2011-ci il tarixdə 06/2-3033 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixli Girov müqaviləsi üzrə girov hüququna əsasən X1 məxsus “xxxx” MMC-nin MS seriyalı 000171, 000174, 000173, 000172, 000170 saylı 5 ədəd mənzil sertifikatlarına tut manın yönəldilməsi haqqında bildirişlər Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində qeydə alınmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş məktubun surətindən görünür ki, “Cavabdeh3’’ MMC tərəfindən xx.xx.2010-cu il tarixli 235 E nömrəli kredit müqaviləsi üzrə borc tam icra edilmədiyinə görə xx.xx.2011 -ci il tarixdə 06/2-3033 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış xx.xx.2010-cu il tarixli 235-2 E/G Girov müqaviləsi üzrə girov hüququna əsasən Cavabdeh1 məxsus “xxxx” MMC-nin MS seriyalı 000169, 000175, 000178, 000177, 000176 saylı 5 ədəd mənzil sertifikatlarına tutmanın yönəldilməsi haqqında bildirişlər Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində” qeydə alınmış dır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş məktubun surətindən görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2010-cu il tarixli 235 E nömrəli kredit müqaviləsi üzrə borc tam icra edilmədiyinə görə xx.xx.2011 -ci il tarixdə 06/2-3032 qeydiyyat nömrəsilə dövlət qeydiyyatına alınmış xx.xx.2010-cu il tarixli Girov müqaviləsi üzrə girov hüququna əsasən Cavabdeh2 məxsus “xxxx” MMC-nin MS seriyalı 000136, 000140, 000144, 000141 saylı 4 ədəd mənzil sertifikatlarına tutmanın yönəldilməsi haqqında xx.xx.2014-cu il tarixli xxxx/1107, 11- 26/1108, xx-xx/1109, xx-xx/1110 saylı bildirişlər, Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində qeydə alınması üçün təqdim olunmuş sənədlərdə bildirişlərin girov qoya na göndərilməsini təsdiqləyən sənədlər təqdim edilmədiyindən, həmin sənədlər təqdim edildikdən sonra bildirişlərin qeydiyyata alınması məsələsinə baxılacağı bildirilmişdir.
12. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2015-ci i tarixli rəyindən görünür ki, Cavabdeh3-yə İddiaçı tərəfindən verilmiş ******* manat əsas kredit borcu məbləğinə hesablanmış borc, 438970 manat məbləğində faiz borcundan ödənişlər çıxılmaqla faizləri düzgün hesablanaraq, xx.xx.2012-ci il tarixə ******* manat, xx xxxxxx 2014-cü il tarixə ******* manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2012-ci il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 76125 manat, xx.xx.2014cü il tarixə əsas borc üzrə 1450000, faiz borcu üzrə 598125 manat müəyyən edilir.
13. İşin mübahisə olunmayan hallarına görə bankla Cavabdeh3 arasında xx.xx.2010-cu il tarixdə 235E saylı kredit xətti müqaviləsi bağlanaraq MMC-yə 18 ay müddətinə ödəməsi şərtilə və illik 36% hesablanmaqla 1650 000 manat kredit xətti açılmış, MMC-nin bu müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh2 arasında eyni tarixdə 235E/G saylı girov müqaviləsi bağlanaraq adı çəkilən şəxsə məxsus, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmindəki 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmiş, müqavilənin 4.2-ci bəndində girov qoyulan hüquqların ümumi bazar dəyəri 668 000 manat müəyyənləşdirilmiş, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli girov müqaviləsinə görə isə Cavabdeh1 məxsus, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 kv.metr, 52,48 kv.metr həcmindəki 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmiş, girov qoyulan hüquqların ümumi bazar dəyəri 1562000 manat təsbit olunmuş, girovların qedydiy yatı ilə bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə müvafiq çıxarışlar verilmişdir.
14. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, bankla MMC arasında xx xxxxxx 2012-ci il tarixdə Əlavə Razılaşma bağlanmış, razılaşmaya görə xx xxxxxx 2010cu il tarixli 235 E saylı kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti 24 ay, yəni xx xxxxxx 2014-cü il tarixinədək uzadılmış, xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş qeyri-yaşayış sahələri artırılmış müddət ərzində də həmin müqavilənin 2.2-ci bəndinə əsasən xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı hesab edilmiş, tərəflərin münasibətlərini tənzimləyən digər şərtlərin də kredit və ipoteka müqaviləsi i lə təyin edilməsi qərara alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı “Yunayted Kredit Bank” ASC Cavabdeh3-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “xx xxxxxx 2010-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixdə bağlanmış 235 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış ******* manat məbləğində əsas borc, 545200 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, cəmi ******* manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3-dən tutulması, tutmanın xx xxxxxx 2010-cu il tarixli 235 E/G saylı girov müqaviləsinə əsasən Cava bdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr, 60 kv.metr həcmində olan 4 qeyri- yaşayış sahəsinə olan sahiblik hüquqlarına və xx xxxxxx 2010-cu il tarixli 235-2 E/G girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.me tr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2010-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə yaranmış ******* manat məbləğində əsas borc, 598125 manat kredit müqaviləsi üzrə ödəniş müddətində hesablanmış faiz borcu, 158775 man at məbləğində əldən çıxmış fayda, 652500 manat hər gecikdirilmiş günə görə hesablanmış penya, cəmi - 2 859 430 manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3-dən tutulması, tutmanın xx xxxxxx 2010-cu il tarixli 235 E/G saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr, 60 kv.metr həcmində olan 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına və xx xxxxxx 2010-cu il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respubl ikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006cı ildə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr olan 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi r.
17. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə yaranmış 1 450 000 manat məbləğində əsas borc, 598125 manat kredit müqaviləsi üzrə ödəniş müddətində hesablanmış faiz borcu, 638000 manat məbləğində əldən çıxmış fayda, 652 500 manat hər gecikdirilmiş günə görə hesablanmış penya, cəmi - 3 338 000 manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətindən Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2010-cu il tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət K omitəsi tərəfindən xx xxxx 2006cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan 4 qeyri yaşayış sahəsinə olan sahiblik hüquqlarına və xx xxxxxx 2010-cu il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyriyaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri – yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutularaq Ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2017-ci il tarixli 2(008)-42/2017 nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3-dən ******* manat əsas, 598125 manat faiz və 1000 manat cərimə olmaqla cəmi 2049 125 manat borcun və 30 ma nat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh3-dən tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır kiekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh3 xx xxxxxx 2010-cu il tarixli 235 E saylı kredit xətti müqaviləsindən və xx xxxxxx 2012-ci il tarixli Əlavə Razılaşmadan irəli gələn öhdəliklərini tam yerinə yetirmədiyindən, ondan 1450 000 manat əsas, kredit müqaviləsinin müddətinin uzadıldığı dövr də nəzərə alınmaqla 598 125 manat faiz borcu bankın xeyrinə tutulmalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.3, 27 1.3., 279, 303, 303.1, 303.2, 303.2, 303.4, 303.5, 385.1, 442, 467-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birirnci icraat
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-982/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva) Ləğv Prosesində olan İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(008)-42/2018 saylı qətnaməsi qismənəldən çıxmış faydanın təmin edilməməsi, cəmi borcun məbləğinin müəyyən edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə qismən təmin edilərək, Cavabdeh3-dən Ləğv prosesində olan İddiaçı-nin xeyrinə 177020,8 (yüz yetmiş yeddi min iyirmi manat səksən qəpik) manat məbləğində əldən çıxmış fayda, cəmi 2226145,8 (iki milyon iki yüz iyirmi altı min yüz qırx beş manat səksən qəpik) manat tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin tutmanın qeyri-yaşayış sahələrinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 a y sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcün ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3dən tutularaq iddiaçıya ödənilməsi hissəsini əsaslı hesab etməyərək həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gələrək hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinə xx xxxxxx 2012-ci il tarixli Əlavə Razılaşmada kreditdən istifadə müddəti 24 ay, yəni xx xxxxxx 2014-cü ilədək uzadılarkən iş üzrə digər cavabdeh - girov qoyanlar Cavabdeh1 və Cavabdeh2 razılığı alınmamış və iddiaçı ilə borcalan arasında olan bu öhdəliyin dəyişməsi faktiki olaraq girov qoyanların məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz olan nəticələrə səbəb olmuşdur. Çünki, girovla təmin edilən tə ləb əgər xx.xx.2012-ci il tarixə əsas borc üzrə ******* manat, faiz borcu üzrə 76125 manat idisə xx.xx.2014-cü il tarixə əsas borc üzrə ******* manat, faiz borcu üzrə isə artıq 598125 manat olmuşdur. Düzdür, tərəflər; arasında bağlanmış girov müqavilələrinin 1.3 və 2.2-ci bəndində girov müqaviləsinin müddəaları kredit müqaviləsinə edilə biləcək əlavələrə və əsas müqavilə tərəflərin razılaşması əsasında uzadıldığı halda onlara da şamil ediləcəyi barədə şərt olsa da, məhkəmə hesab edir ki, qeyd olunan Əlavə Razılaşmada girov qoyanların iştirakı və məlumatlı olmaları zəruri idi. İkincisi girov qoyanlar Cavabdeh1 və Cavabdeh2 mənzi sertifikatlarına əsasən sahiblik hüquqları müddətli olduğundan, yəni mənzil sertifikatlarındakı qeydə əsasən sahibinin adına xx xxxxxx 2014-cü ildən gec olmayarac x üsusi mülkiyyət hüququnu qeyd-şərtsiz rəsmiləşdirilməli olduğundan Mülki Məcəllənir 303.2-ci maddəsinə əsasən bu hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilərdi. Üçüncüsü iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış girov müqavilələrinin 3-cü girovla təmin edilən tələbin miqdarına əsas öhdəlik üzrə borc və əsas öhdəlik üzrə hesablanacaq faizlər aid olduğu halda iddiaçı Cavabdeh3-dən tələb etdiyi əldən çıxmış fayda və hesablanmış penyanın da girov qoyulmuş hüquqa yönəldilməsini istəmişdir. Bu isə, girovla təmin edilən tələbin miqdarından kənara çıxılmaqla girov qoyanların əlavə məsuliyyətinə səbəb ola bilərdi.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi digər hissələrlə razılaşaraq hesab etmişdir ki, birinci instansiy a məhkəməsi haqlı olaraq həmin məbləği tənasübsüz surətdə həddindən artıq yüksək məbləğlər hesab edərək, onun azaldılması qənaətinə gəlmiş, buna görə də, Cavabdeh3-dən ödəməli olduğu cəriməni 6525xx xxxxxxxx 1000 manatadək azaldılmasını mümkün hesab etmişdir.
25. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləği tənasübsüz surətdə həddindən artıq yüksək məbləğlər hesab edərək, onun azaldılması qənaətinə gəlmiş, buna görə də, Cavabdeh3-dən ödəməli olduğu cəriməni 6525xx xxxxxxxx 1000 manatadək azaldılmasını mümkün hesab etmişdir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tutmanın qeyri-yaşayış sahələrinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyd olunan qeyri-yaşayış sahələri satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcün ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin Cavabdeh3-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birirnci icraat
26. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-634/2019 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) Ləğv Prosesində olan İddiaçı-nin kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-982/2018 nömrəli qətnaməsi ləğv edilərək və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar alınmışdır.
28. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə də düzgün hüquqi qiymət verməmiş, hüquq normasını düzgün tətbiq etməməklə əsassız olaraq iddia tələbinin bu hissəsini təmin etməmişdir. Belə ki, girovqoyanlar ilə iddiaçı arasında girov müqaviləsi bağlanarkən həmin müqavilənin 1.3-cü bəndinə əsasən girovqoyanlar bu müqavilənin müddalarının tərəflər arasında gələcəkdə bağlanılacaq başqa kredit müqavilələrinə və ya bağlanmış kredit müqaviləsinə edilə bi ləcək əlavələrə də şamil olunması barədə üzərlərinə öhdəlik götürmüşlər və bundan sonra xx xxxxxx 2012-ci il tarixli Əlavə Razılaşmaya əsasən xx xxxxxx 2010-cu il tarixli 235 E saylı kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti 24 ay, yəni xx xxxxxx 2014-cü ilədək uzadılmışdır. İddiaçı isə cavabdehlərə qarşı müqavilə müddətinin bitməsindən əvvəl, yəni xx.xx.2014-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Girov müqavilələrinin göstərilən bəndinə əsasən Əlavə Razılaşma bağlanarkən girovqoyanların razılığına lüzum olmamışdır. Çünki bu halın yaranma ehtimalını tərəflər əvvəlcədən razılaşmışlar və öz iradə ifadələri ilə müqavilə şərti olaraq həmin bəndi girov müqaviləsinə daxil etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5584/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-42/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh3dən 1000 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh3-dən tutulmalı olan cərimə borcunun məbləği 15000 (on beş min) manat müəyyənləşdirilərək, qətnamə “638 000 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh3-dən bankın xeyrinə tutulması, tutmanın xx xxxxxx 2010-cu il tarixli 235 E/G saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respubl ikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2ci binanın, 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan 4 qeyriyaşayış sahəsinə olan sahiblik hüquqlarına və xx xxxxxx 2010-cu il tarixli 235-2 E/G girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.me tr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qeyri-yaşayış sahələrinin satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin MMC-dən tutularaq banka ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv olunaraq, həmin iddia tələbləri qismən təmin edilərək, Cavabdeh3-dən İddiaçı-nin xeyrinə əldən çıxmış fayda qismində 177 020,8 (yüz yetmiş yeddi min iyirmi manat 80 qəpik) manat tutulması, Cavabdeh3-nin xx.xx.2012-ci il tarixinə yaranmış 1450000 (bir milyon dörd yüz əlli min) manat əsas, 76125 (yütmiş altı min yüz iyir mi beş) manat faiz, habelə 15000 (on beş min) manat cərimə borcunun icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2ci binanın 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr ölçülü qeyri-yaşayış sahələrinə olan sahiblik hüquqlarına və Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr ölçülü qeyriyaşayış sahələrinə olan sahiblik hüquqlarına tutma yönəldilməsi, həmin hüquqların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılması, onların satışından əldə edilmiş pul vəsaiti hesabına İddiaçı-nə ödənilməli olan 1450000 (bir milyon dörd yüz əlli min) manat əsas, 76125 (yütmiş altı min yüz iyirmi beş) manat faiz, habelə 15000 (on beş min) manat cərimə borcunun ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra girov predmetlərinin satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin 1/3 nisbətdə Cavabdeh2, 2/3 nisbətdə Cavabdeh1 qaytarılması, Cavabdeh2 məxsus mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəll ə, 2-ci binanın 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 375720 (üç yüz yetmiş beş min yeddi yüz iyirmi) manat, 50 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 300000 (üç yüz min) manat, 50 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 300000 (üç yüz min) manat, 60 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 360000 (üç yüz altmış min) manat; Cavabdeh1 məxsus mənzil sertifikatlarında qeyd olunan 80 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 384000 (üç yüz səksən dörd min) manat, 80 kv.metr ölçülü qeyriyaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 384000 (üç yüz səksən dörd min) manat, 70 kv.metr ölçülü qeyri-yaşayış sahə sinə olan hüququn ilkin satış dəyəri 336000 (üç yüz otuz altı min) manat, 70 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 336000 (üç yüz otuz altı min) manat, 60 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 288000 (iki yüz səksən səkkiz min) manat, 60 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 288000 (iki yüz səksən səkkiz min) manat, 50 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 240000 (İki yüz qırx min) manat, 50 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 240000 (İki yüz qırx min) manat, 52,48 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 251 904 (iki yüz əlli bir min doqquz yüz dörd) manat və 52,48 kv.metr ölçülü qeyri-yaşayış sahəsinə olan hüququn ilkin satış dəyəri 251 904 (iki yüz əlli bir min doqquz yüz dörd) manat məbləğində müəyyən edilməsi, iddia tələbləri “qeyri-yaşayış sahələrinin satıldıqdan 1 ay sonra boşaldılması, sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin MMCdən tutularaq banka ödənilməsi” hissələrində təmin olunmamış və eyni zamanda qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi “tutmanın xx xxxxxx 2010-cu il tarixli 235 E/G saylı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına və xx xxxxxx 2010-cu il tarixli 235-2 E/G girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyri-yaşayış sahəsin ə olan sahiblik hüquqlarına yönəldilməsi, onların açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi” tələblərinin təmin edilməməli olduğu nəticəsinə gələrkən müəyyən etdiyi faktlar üzrə tərəflərin qarşılıqlı münasibətlərini, eləcə də sübutları düzgün qiymətləndirməmişdir.
31. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, Cavabdeh3-nin xx.xx.2012-ci il tarixinə yaranmış 1450000 manat əsas və 76125 manat faiz borcunun, habelə müəyyənləşdirilmiş cərimə borcunun icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci bin anın 1-ci mərtəbəsində yerləşən 62,62 kv.metr, 50 kv.metr, 50 kv.metr və 60 kv.metr həcmində olan 4 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına və Cavabdeh1 məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı ildə qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə, 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 80 kv.metr, 80 kv.metr, 70 kv.metr, 70 kv.metr, 60 kv.metr, 60 kv.metr, 50 kv.metr, 50 kv.metr, 52,48 və 52,48 kv.metr həcmində 10 qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqlarına tutma yönəldilməli, həmin hüquqlar qanunvericiliklə müəyyənləşdirilmiş üsulla satılmalı, onlarınsatışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan 1450000 manat əsas, 7 6125 manat faiz, 15000 manat cərimə borcu ödənilməli, həmin məbləğ ödənildikdən sonra girov predmetlərinin satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi girovqoyanlara qaytarılmalıdır. Bununla belə kollegiya, iddia tələbinin “qeyri-yaşayış sahələrinin satıldıqdan 1 ay sonra boşaldılması” hissəsini əsaslı hesab etmir. Belə ki, Cavabdeh3-nin iddiaçı bank qarşısındakı kredit öhdəliyi hüququn girovu institutu ilə (Mülki Məcəllənin 303- cü maddəsi) təminat altına alınmış, girovun predmetini isə daşınmaz əmlaka olan hüquqlar təşkil etmişdir. Anoloji münasibətləri tənzimləyən “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hə min evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
32. Apellyasiya instansiyası məhkəməsi iddianın “sahiblik hüquqlarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin MMC-dən tutularaq banka ödənilməsi”nə dair hissəsi ilə bağlı isə qeyd etmişdir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının MMC-dən tələb etdiyi pul məbləğinin müəyyən hissəsinin tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, girov predmetinin satışından götürülmüş məbləğ girov saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir (Mülki Məcəl lənin 298.3-cü maddəsi). Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin kassasiya şikayətində qeyd edilən hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, a pelyasiya icraatında rəy verilərkən mütəxəssis gəldiyi nəticəni düzgün əsaslandırmamış, girov predmeti olan əmlakların qiyməti şişirdilərək mövcud bazar qiymətindən yüksən göstərilmişdir.
35. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində, ləğv edilməsini, qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Kassator kassasiya şikayətində kreditorla borclu arasında girov qoyanın razılığı olmadan müqavilədə dəyişikliklər edilmiş və bu da girov qoyanın məsuliyyətinin artırılmasına və onun üçün əlverişsiz şəraitlə nəticələnməsinə səbəb olduğun göstərmiş və hesab etmişdir ki, borc tutmanın girov qoyulan əmlaklara yönəldilməsi qanunsuzdur, apelyasiya instansiyası məhkəməsinin qətnaməs i bu hissədə ləğv ediməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümsayəndəsi H.İsgəndərov və vəkili Vəkil2 iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1nən vəkili Vəkil1 cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində, ləğv edilməsini, qalan hissədə dəyişdirilm ədən saxlanılmasını xahiş etmişdir.
40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
41. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instan siyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
42. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
44. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1)
45. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır;. (maddə 445.1) 46. isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.. (maddə 445.2.1) 47. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467) 48. girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.. (maddə 296) 49. girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. (maddə 297) 50. girov predmetinə tutmanın yönəldil məsi məhkəmədən kənar qaydada həyata keçirildikdə, girov predmeti girov qoyanla girov saxlayanın razılaşması əsasında fond birjasında satışa çıxarılır.. (maddə 1078-23.13) 51. isə, məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. (maddə 107823.14) Mülki Prossesual Məcəllə
52. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
53. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
54. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
55. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
57. Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həm in dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5584/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy