Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-711/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il iş № 2(102)- 711/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili TƏ və cavabdehin vəkili RQnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev, 2(008)-604/2018 saylı mülki iş) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6631.63 ABŞ dolları əsas, 3832.16 ABŞ dolları faiz və 10.24 ABŞ dolları cərimə borcu, cəmi 10474.03 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi tutularaq iddiaçı «Nikoyl» İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(103)-8145/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2( 008)604/2018 nömrəli qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «Nikoyl» İKB cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6631.63 ABŞ dolları əsas, 3832.16 ABŞ dolları faiz və 10.24 ABŞ dolları cərimə borcu, cəmi 10474.03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili RQ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili TƏ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün he sab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan 04.06.2014-cü il tarixli kredit müqaviləsinə 14.04.2015-ci il tarixli əlavənin məzmunundan görünür ki, kreditin verilmə müddəti 24 aydan 32 aya qədər artırılmış, kreditin qaytarılmasının son müddəti 04.02.2017-ci il tarixi müəyyən edilmişdir. Qeyd olunan əlavə borcalan Cavabdeh3 və zamin Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 04.06.2014-cü il tarixli kredit müqaviləsinə 14.04.2016-cı il tarixli əlavənin məzmunundan görünür ki, kreditin verilmə müddəti 24 aydan 58 ay 13 günə qədər artırı lmış, kreditin qaytarılmasının son müddəti 17.04.2019-cu il tarixi müəyyən edilmişdir. Qeyd olunan əlavə borcalan Cavabdeh3 və zamin Cavabdeh1 oğlu tərəfindən imzalanmışdır. İşdə olan 01.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 6631.63 ABŞ dolları əsas, 3832.16 ABŞ dolları faiz və 10.24 ABŞ dolları cərimə borcu, cəmi 10474.03 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məc əllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müəyyən edilmişdir ki, Cavabdeh3 iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdehlər həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarı lmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, buna dair, yəni müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də, hər hansı bir əsaslı səbəb olmadan iş üzrə ekspertizanın keçirilməsinə də zərurət yaranmamışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-711/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-711/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver