Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7111/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı X4, vəkili Vəkil və maraqlarına toxunan şəxsin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı X4 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X4nun və İddiaçı 1 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-girişinin 12-ci mərtəbəsində yerləşmiş 2 otaqlı, 172 saylı, sahəsi 107.9 kv.m. olan mənzilə istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-8764/2019) maraqlarına toxunan şəxs X1 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X4 və İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X4 və İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı mə nzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə bağlanmış 07 fevral 2015-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 107.9 kv.m. olan 172 saylı mənzilə onların istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı X4 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən öz qətnaməsinin əsassız olması barədə hər ha nsı maddi hüquq normalarına istinad etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsininn 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, maraqlarına toxunan şəxsin vəkili Vəkil qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-ni n 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 07 fevral 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə “xxxx” MMC İddiaçı2 ünvan 1 ünvanda yerləşən binanın 2-ci girişinin 12-ci mərtəbəsində 2 otaqlı 172 saylı, ümumi sahəsi 107.9 kv.m, dəyəri 77.000 manat olan mənzili satmışdır (payçı kimi onun istifadəsinə vermişdir). «xxxx» MMC-nin 16 dekabr 2015-ci il tarixli arayışından görünür ki, 07 fevral 2015-ci il tarixdə ünvan 2 ünvanda inşa edilmiş «xxxx» MMC-yə məxsus yaşayış binasında 2-ci giriş, 172 saylı mənzil Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən İddiaçı2 adına sənədləşdirilmiş, mənzilin dəyəri tam olaraq ödənilmiş və hal-hazırda o, həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. «xxxx» MMC-nin arayışından görünür ki, İddiaçı2 07 fevral 2015-ci il tarixdə 2-ci giriş, 12-ci mərtəbə, sahəsi 107,7 kv.m.olan 172 saylı 2 otaqlı mənzili almışdır. Mənzilin dəyəri tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər ə sasında apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X7 mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 172 saylı mənzilini “xxxx” Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 27.01.2007-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən, müqavilə dəyəri olan 38960 manat ödəməklə almışdır. Müqavilənin bağlandığı gün dəyəri tərəfindən tam ödənildiyindən, cavabdeh “xxxx” MTK tərəfindən ona 27.01.2007-ci il tarixli, 374 saylı arayış verilmişdir. Daha sonra, “xxxx” MTK ilə bina sifarişçisi olan “xxxx” MMC ilə aralarında bağlanmış müqavilə pozulduğundan, “xxxx” MMC onun həmin mənzilin sahibi olduğunu qəbul edərək, 2012-ci ildə həmin mənzilə dair onunla əlavə mü qavilə bağlayaraq, mənzilin dəyərinin 38960 manatının tərəfindən tam ödənilməsini qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2016-cı il tarixli, 2(011)-10894 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh “xxxx” MMC ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı 172 saylı mənzilinin alqı-satqısına dair X5 ilə bağlanmış 26.01.2015-ci il tarixli, İddiaçı2 ilə bağlanmış 07.02.2015-ci il tarixli, X2 ilə bağlanmış 23.06.2015-ci il tarixli və X6 ilə bağlanmış 05.08.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə, cavabdeh İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı 172 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.01.2017-ci il tarixli, 2(103)-1409/2017 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 02,11.2016-cı il tarixli, 2(011)-10894 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Miilki Kollegiyasının 2(102)-4857/2017 saylı, 11.07.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25.01.2017-ci il tarixli, 2(103)-1409/2017 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10282/2017 saylı, 01.11.2017-ci il tarixli qtənaməsi ilə Xətai Rayon Məhkəməsinin 02.11.2016-cı il tarixli, 2(011)-10894 saylı qətnaməsi dəyişdirilərək, “xxxx” MMC-dən 77000 manat pulun tutularaq İddiaçı2 ödənilməsi, qətnamənin İddiaçı2 münasibətdə digər hissələri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Cavabdeh İddiaçı2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1950/2018 saylı 12.04.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01.11.2017-ci il tarixli, 2(103)-10282/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı 172 saylı mənzilinin alqısatqısına dair X5 ilə bağlanmış 26.01.2015-ci il tarixli, İddiaçı2 ilə bağlanmış 07.02.2015-ci il tarixli, X2 ilə bağlanmı ş 23.06.2015-ci il tarixli və X6 ilə bağlanmış 05.08.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə, cavabdeh İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı 172 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilə dair İddiaçı2 tərəfindən ödənilmiş 77000 manat pulun “xxxx” MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rəd d edilməlidir. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara işin araşdırılmış halları və qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər subyektiv mülahizə xarakterli olmaqla qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4nun mübahisələndirilən mənzilə sahiblik və istifadə hüququnun əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə haqlı nəticəyə gəlmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X4ün kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7111/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7111/2019
06.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver