Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7112/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili **** oğlunun və Cavabdeh iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cuiltarixli 2(103)8265/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(006)-1123/2019 nömrəli qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, A.Hüseynov, İ.Kərimli) 20.06.2019-cuiltarixli 2(103)-8265/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 551 nömrəli, 07.11.2005-ci il tarixli kredit müqaviləsi üzrə 26 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 5000 ABŞ dolları, faiz borcu üzrə 1793,79 ABŞ dolları, cərimə borcu üzrə 4646,51 ABŞ dolları, cəmi 11440,30 ABŞ dolları borcun və ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili **** oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsində olduğu kimi iddia müddətin tətbiq edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqindən əvvəl məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub–olmamasını, cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalı idi. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cuiltarixli 2(103)-8265/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili **** oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənil məmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından görünür ki, tərəflər arasında 07 noyabr 2005-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin tarixdən indiyədək cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. Bu hal iddiaçı banka məlum olsa da həmin tarixdən bu günə qədər kredit müqaviləsi üzrə borcludan öhdəliklərin yerinə yetirilməsi tələb olunmamışdır. İddiaçı bank müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 3 illik iddia müddətini ötürməklə 30.11.2018-ci il tarixdə iddia tələbi ilə məhkəməyə mü raciət etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad etməklə, iddia tələbini təmin etməmiş, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrlə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsi maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edilmişdir. Həmin dəlillər apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanm ası Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu i ltarixli 2(103)-8265/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7112/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7112/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver