Məhkəmə qərarları › İş №2(102)-7119/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7119/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7119/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)8634/2019 nömrəli qətnaməsindən cavabdeh ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.A.Bağırov) 05 dekabr 2018-ci il tarixli, 2(009)-215/2018 saylı qətnaməs i ilə iddia iddianın qismən təmin edilməsi, «xxxx» KB ASC ilə *** arasında bağlanmış 24.01.2014-cü il tarixli 06KD/14 saylı Əsas Kredit Müqaviləsi üzrə müqavilənin bitdiyi 24.01.2017-ci il tarixə yaranmış 55,381,42 ABŞ dolları əsas, 3.235,50 ABŞ dolları hesablanmış faiz və 10 ABŞ dolları dəbbə pulu, ümumilikdə isə 58.626,92 ABŞ dolları məbləğinin; «xxxx» KB ASC ilə *** arasında bağlanmış 16.12.2014cü il tarixli H6KD/14-1 saylı Əlavə Kredit Müqaviləsi üzrə müqavilənin bitdiyi 16.12.2016-cı il tarixə yaranmış 3.898,50 ABŞ dolları əsas, 90,53 ABŞ dolları hesablanmış faiz və 10 ABŞ dolları dəbbə pulu, ümumilikdə isə 3999,03 ABŞ dolları məbləğinin; «xxxx» KB ASC ilə *** arasında bağlanmış 07.05.2015-ci il tarixli 17KKD/15 saylı Əlavə Kredit Müqaviləsi üzrə müqavilənin bitdiyi 17.04.2017-ci il t arixə yaranmış 6.486,99 ABŞ dolları əsas, 909,54 ABŞ dolları hesablanmış faiz, ümumilikdə isə 7396,53 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh ***ndan tutulub iddiaçı «xxxx» KB ASC-nin hesabına köçürülməsi, «xxxx» KB ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsi, ipoteka bildirişinin qeydə alınması jlə-ba£lı ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdeh ***ndan tutulub iddiaçı «xxxx» KB ASC-nin hesabına köçürülməsi, ödəmənin «xxxx» KB ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan arasında bağlanmış) 21.01.2014-cü il tarixli 06KD/14№-li ipoteka müqaviləsinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus***ndə yerləşən 34a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 188.000,0 manat müəyyən edilməsi, fərdi yaşayış evinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində «xxxx» KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi;***ndə yerləşən 34a saylı fərdi yaşayış evi satıldıqdan sonra əldə edilmiş pul vəsaiti nin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədiyi halda, borcun ödənilməmiş hissəsinin 06KDG/14 saylı Girov Müqaviləsinə əsasən ***na məxsus brilliant qolbağa yönəldilməsi, brilliant qolb ağın satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində «xxxx» KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh ***na verilməsi; ipoteka predmeti olan***ndə yerləşən 34a saylı fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində cavabdehlər ***, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evi boşaldaraq, evdən çıxarılmaları və evin yeni mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) 19.06.2019-cu il tarixli, 2(103)-8634/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının19.06.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər ***, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ***ndan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 21.01.2014-cü il tarixli 06KD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 24.01.2014-cü il tarixli 06KD/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 55381,42 ABŞ dolları, faiz borcu üzrə 4290,62 ABŞ dolları, cərimə borcu üzrə 2995,33 ABŞ dolları, cəmi 63366,95 ABŞ dolları, 16.12.2014-cü il tarixli H6KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4658,33 ABŞ dolları, faiz borcu üzrə 450,75 ABŞ dolları, cərimə borcu üzrə 2721,95 ABŞ dolları, cəmi 7831,03 ABŞ dolları, 07.05.2015-ci il tarixli 17KKD/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6486,99 ABŞ dolları, faiz borcu üzrə 909,54 ABŞ dolları, cəmi 7396,53 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan***ndə yerləşən 34A saylı fərdi yaşayış evinə və girov predmeti olan ***na məxsus dövriyyədəki mala (5.000 AZN dəyəri olan 1 ədəd brilliant qolbaği) yönəldilməsi, bu əmlakların hərracda satılması, əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh ***nun 24.01.2014-cü il tarixli 06KD/14 saylı əlavə kredit müqaviləsi üzrə 63.366,95 ABŞ dolları, 16.12.2014-cü il tarixli H6KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 7831,03 ABŞ dolları və 07.05.2015-ci il tarixli 17KKD/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 7396,53 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN, ipoteka predmetinə tutmanı yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı ktmi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan***ndə yerləşən 34A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər ***, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, *** ilə “xxxx” ASC arasında 21.01.2014-cü il tarixli 06KD/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 24.01.2014-cü il tarixli 06KD/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 24.01.2017-ci il tarixədək illik 19% ödəmək şərtilə 13000,00 ABŞ dolları, 16.12.2014-cü il tarixli 116KD14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 16.12.2016-cı il tarixədək illik 19% ödəmək şərtilə 25.000,00 ABŞ dolları, 07.05.2015-ci il tarixli 17KKD15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 07.05.2017-ci il tarixədək illik 26% ödəmək şə rtilə 6500,00 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» KB ilə Cavabdeh2 arasında bağlanmış 21.01.2014-cü il tarixli 06KDİ/14 saylı İpoteka Müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan***ndə yerləşən 34A saylı fərdi yaşayış evi «xxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan başqa Girov Müqaviləsinə əsasən girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan dövriyyədəki mal (5.000 AZN dəyəri olan 1 ədəd brilliant qolbağı) «xxxx» KB ASC-yə girov qoyulmuşdur. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq «xxxx» KB-yə ödənilməli olan kr edit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Göstərilənlərə əsasən, iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8634/2019 saylı 19 iyun 2019-cu il tarixli qətnaməsi əsassız və qanunsuzdur, bu səbəbdən qətnamə ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, 21.01.2014-cü il tarixli 06KD/14 saylı əsas kredit müqaviləsi ilə 60 ay müddətinə ******* manat məbləğində kredit verilməsinə dair razılığa gəlinmişdir. Lakin 21.01.2014-cü il tarixli 06KDİ/14 saylı və 16.12.2014-cü il tarixli 116KD/14-1 saylı əlavə kredit müqavilələri tərtib olunmuş və mənə ABŞ dolları ilə kredit verildiyi göstərilmişdir. Bildirirəm ki, qey d edilən əlavə kredit müqavilələri onun tərəfindən imzalanmamışdır. Bu səbəbdən Məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi zəruridir. İddiaçı “xxxx” KB ASC tərəfindən əsas borc və faiz borcu üzrə hesablamalar düzgün aparılmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə də, ekspertiza tərəfindən onun banka olan borcu düzgün hesablanmamış, tərəfindən ödənilmiş ödənişlər nəzərə alınmamışdır. Hesab etmişdir ki, işin obyektiv həlli baxımından təkrar ekspertiza keçirilməsinə ehtiyac vardır. Digər tərəfdən ipoteka predmeti olan mənzilin real bazar dəyərindən dəfələrlə aşağı qiymət təyin olunmaqla mənzilin qiymətləndirilməsi düzgün aparılmamışdır. Bununla bağlı əmtəəşünaslıq ekspertizası keçirilsə də, mənzilinin real bazar dəyəri qat-qat aşağı qiymətləndirilmişdir. Bu səbəbdən mənzilin real qiyməti yenidən müəyyən edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” KB ASC-nin vəkili *** kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Səbail Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,«xxxx» KB ASC tərəfindən verilmiş 17.04.2017-ci il tarixli arayışdan görünür ki, ***nun 21.01.2014-cü il tarixli 06KD/14 saylı kredit müqaviləsi üzrə 17.04.2017-ci il tarixə əsas kredit borcu üzrə 55 381,42 ABŞ dolları, faiz borcu üzrə 4 990,62 ABŞ dolları, cərimə borcu üzrə 2 995,33 ABŞ dolları, cəmi 63 366,95 ABŞ dolları borcu vardır. «xxxx» KB ASC t ərəfindən verilmiş 17.04.2017-ci il tarixli arayışdan görünür ki, ***nun 07.05.2015-ci il tarixli 17KKD/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 17.04.2017ci il tarixə əsas kredit borcu üzrə 6486,99 ABŞ dolları, faiz borcu üzrə 909,54 ABŞ dolları, cəmi 7396,53 ABŞ dolları dolları borcu vardır. «xxxx» KB ASC tərəfindən verilmiş 17.04.2017-ci il tarixli arayışdan görünür ki, ***nun 16.12.2014-cü il tarixli H6KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 17.04.2017-ci il tarixə əsas kredit borcu üzrə 4 658,33 ABŞ dolları, faiz borcu üzrə 450,75 ABŞ dolları, cərimə borcu üzrə 2721,95 ABŞ dolları, cəmi 7831,03 ABŞ dolları borcu vardır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Be lə ki, məhkəmənin 28.07.2017-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməmühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, əmtəəşünaslıq ekspertizasının aparılması isə “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.11.2018-ci il tarixli 22681 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 21.01.2014-cü il tarixli 06KD/14 saylı kredit müqaviləsi üzrə 24.01.2017-ci il tarixinə ***nun «***: KB ASC- yə əsas borcu 55,731,18 ABŞ dolları, faiz borcu 3.235,50 ABŞ dolları; 16.12.2014-cü il tarixli H6KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 16.12.2016-cı il tarixinə ***nun «xxxx» KB ASC-yə əsas borcu 3.898,50 ABŞ dolları, fa iz borcu 90,53 ABŞ dolları; 07.05.2015-ci il tarixli 17KKD/15 saylı əlavə kredit müqaviləsi üzrə 17.04.2017-ci il tarixinə ***nun «xxxx» KB ASC-yə əsas borcu 6.486,99 ABŞ dolları, faiz borcu 909,54 ABŞ dolları borcu müəyyən edilmişdir. «xxxx» MMC-nin 04.05.2018-ci il tarixli ƏEM/M 34-483/18 saylı ekspert rəyinə əsasən,***ndə yerləşən 34 A saylı fərdi yaşayış evinin 04.05.2018-ci il tarixə likvid dəyəri 170.000,0 manat, bazar dəyəri isə 188.000,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini^ icr asını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları -fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir (maddə 385); Mülki Məcəllədə təşbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ba şa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gec ikdirməsi sayılır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır; Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngi dirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1 -ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1 -ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə mün asibətdə qeyd edir ki, cavabdeh ***nun onun vəsatəti əsasında məhkəmə mühasibtlıq və əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ciu maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə cavabdeh tərəf də təkrar ekspertizanın keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsində işə baxılarkən hər hansı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Apel lyasiya şikayətində isə hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Xətşünaslıq ekspertizasının keçirilməməsi ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində yuxarıda qeyd olunan imza ilə bağlı arqumentlərinin yoxlanılmasına dair vəsatətələ müraciət etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olma yan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilinə münasibətdə isə aşaöıdakıları qeyd edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Göründüyü kimi, cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmadığına istinad etsə də, həmin qiyməti şübhə altına ala biləcək hər hans ı alternativ rəyi və ya digər sübutları nə birinci instansiya məhkəməsində, nədə ki işə apellyasiya icraatında baxılarkən təqdim etməmişdir. Bu səbəbdən də məhkəmələr Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini düzgün olaraq işdə olan sübutlar əsasında müəyyən etmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ***nunkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)-8634/2019 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar