Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-712/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh1 Qismət oğlu Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 iddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun, Cavabdeh1 Qismət oğlunun vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-19/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh1 Qismət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 Qismət oğlu xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 17.500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Qismət oğlu və Cavabdeh3 ilə xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir.Bankın təqdim etdiyi maliyyə arayışına əsasən xx xxxx 2017-ci ilədək Cavabdeh1 Qismət oğlunun banka xx xxxxxxx 2014-cü il tari xli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş yüz otuz iki) ABŞ dolları 28 sent əsas borc, 6.484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu və 664 (altı yüz altmış dörd) ABŞ dolları 76 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 22.681 (iyirmi iki min altı yüz səksən bir) ABŞ dolları 63 sent borcunun olduğu qeyd olunur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş otuz iki) ABŞ dolları 28 sent əsas borc, 5.307 (beş min üç yüz yeddi) ABŞ dolları 85 sent faiz borcu və 566 (beş yüz altmış altı) ABŞ dolları 05 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 21.406 (iyirmi bir min yüz altı) ABŞ dolları 63 sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsinə əlavə verərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş yüz otuz iki) ABŞ dolları 28 sent əsas borc, 6.484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu və 664 (altı yüz altmış dörd) ABŞ dolları 76 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 22.681 (iyirmi iki min altı səksən bir) ABŞ dolları 63 sent borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını və İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Ş əhər Məhkəməsinin 2(060)-13596/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia qismən təmin edilərək, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.532 (on beş min beş yüz) ABŞ dolları 28 sent əsas borc, 6.484 (altı min dörd yüz səksən dörd) ABŞ dolları 71 sent faiz borcu) və 4 ABŞ dolları 76 sent cərimə borcu, cəmi 22.021 (iyirmi iki min iyirmi bir) ABŞ dolları 63 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin İddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 Qismət oğlu apelyasiya şikayəti ver mişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-19/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və A.Ə.Abbasov) Cavabdeh1 Qismət oğlunun apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13596/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin əsas və faiz borcuna dair hissədə dəyişdirilməsi,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14.990,48 (on dörd min doqquz yüz doxsan dollar qırx səkkiz sent) ABŞ dolları, faiz borcu 6.214,70 (altı min iki yüz on dörd dollar, yetmiş sent) ABŞ dolları, cəmi 21.209,94 (iyirmi bir min iki yüz doqquz dollar, doxsan dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza xərci olaraq 345 (üç yüz qırx beş) manatın tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı “xxxx” ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəyinə istinad etməklə iş üzrə səhv nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır.Bununla da əsas və faiz borcunun hesablanmasında yalnışlığa yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etməli olduğu hal da təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Cavabdeh1 Qismət oğlu kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin müqavilədən doğan real öhdəliyindən kənara çıxmaqla ona öhdəliyindən artıq məbləğdə faiz borcu müəyyən etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. K asasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Qismət oğlunun vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 Qismət oğlu, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Ka sasiya instansiyası məhkəməsinin mövqeyi Yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız əsas və faiz borcuna dair hissədə dəyişdirmiş, bununla əlaqədar iş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli, 28960 saylı ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixə əsas borcunun 14.990,48 ABŞ dolları, faiz borcunun isə 6.214,70 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi müqavilənin bitmə tarixini nəzərə almadığından ekspert rəyinə düzgün istinad etməmişdir. Belə ki, kredit müqaviləsi 24 aya bağlanıldığından, müqavilənin müddəti 08 oktyabr 2016-cı il tarixində bitmişdir. Ekspert rəyinə əsasən isə müqavilənin müddəti başa çatdıqdan sonra da 22 fa izlə xx.xx.2017-ci il tarixədək faiz borcu hesablamışdır. 08 oktyabr 2016-cı ildən xx.xx.2017ci il tarixədək faiz borcu isə Mülki Məcəllənin 445.7-ci maddəsinə illik 5 %-lə hesablanmalıdır. Həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi faiz borcunun müəyyən edilməsində və bununla əlaqədar ümumi borc məbləğinin müəyyən edilməsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası cərimə borcunun düzgün hesablanmamasına dair iddiaçının (bankın) kasasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı cərimə borcunun müəyyən edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilməsin. Cavabdeh1 Qismət oğlunun kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-19/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-712/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-712/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver