Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7127/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdehtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1679/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Abbas Rzayev) 2(001)-513/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı nın xeyrinə 28.01.2016-cı il tarixli 129350-CNS-7240/1 Nağd pul kredit müqaviləsi üzrə 4307,35 ABŞ dolları məbləğində əsas borc, 492,81 ABŞ dolları məbləğində faiz borcu, 7 ABŞ dolları cərimə üzrə, ümumilikdə 4807,16 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində və 22.09.2015-ci il tarixli, 129350-1-21069 saylı «kredit xətti müqaviləsi» üzrə 1026,23 ABŞ dolları məbləğində əsas borc, 147,21 ABŞ dolları məbləğində faiz borcu, 3 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1176,44 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) dolları borc tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xu mar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Bayam oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(001)-513/2018 saylı qətnaməsi əsas və borcunun tutulması hissədə dəyişdirilmiş, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməli olduğu 129350-1-21069 saylı 22.09.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 1019,62 manat, faiz borcu 147,21 manat; 129350-CNS-7240/1 saylı 28.01.2016-cı il tarixli müqavilə üzrə isə əsas borcu 4304,92 ABŞ dolları, faiz borcu 492,81 ABŞ dolları məbləğində müəyyən edilmi, ekpertiza tədqiqatının dəyəri 145 manat pulun Cavabdeh Byram oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hes abına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2016-cı il tarixli 129350-CNS-7240/1 saylı Nağd pul kredit müqaviləsi üzrə 4307,35 ABŞ dolları məbləğində əsas borc, 492.81 ABŞ dolları məbləğində faiz borcu, 72 ABŞ dolları cərimə üzrə, ümumilikdə isə 4872,16 ABŞ dolları məbləğində və 22.09.2015-ci il tarixli, 129350-1-21069 saylı «kredit xətti müqaviləsi» üzrə 1026,23 ABŞ dolları məbləğində əsas borc, 147,21 ABŞ dolları məbləğində faiz borcu, 31, ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1204,88 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin 01.11.2017-ci il tarixli, 2(001)-15744/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh həmin əmrə etiraz verdiyindən, Binəqədi rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)-15744/2017 saylı qərardadı ilə əmr ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellya siya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ekspert rəyi ilə razı deyil. Etdiyi ödənişlər nəzər alınmamışdır. Məhkəmə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirməməklə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəz ərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,24.07.2014-cü il tarixli, 129350-CNS-7240 saylı «Nağd pul krediti müqaviləsinə» əsasən Cavabdeh ilə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış, Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 24.07.2014-cü il tarixli, 129350-CNS-7240 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 19 yanvar 2016-cı il tar ixinə olan borcu 4415 ABŞ dolları məbləğində müəyyən edilərək illik 20 faiz hesablanması şərti ilə 50 ay müddətinə uzadılmışdır. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.09.2015-ci il tarixli, 129350-1-21069 saylı “kredit xətti” müqaviləsinə əsasən, Cavabdeh istehlak məqsədi ilə illik 28% hesablanmaq şərti ilə 24 ay müddətinə 1070 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin ö hdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi maliyyə arayışlarında cavabdehin 129350-1-21069 saylı 22.09.2015-ci il tarixli müqaviləyə əsasən 07 avqust 2017-ci il tarixə banka 1026,23 manat əsas borcu, 147,21 manat faiz borcu, 31,44 manat cərimə borcu; 129350-CNS-7240/1 saylı 28.01.2016-cı il tarixli müqavilə üzrə isə 07.08.2017-ci il tarixə 4307,35 ABŞ dolla rı əsas borcu, 492,81 ABŞ dolları faiz borcu,72 ABŞ dolları cərimə borcu hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqavilələri üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 16 oktyabr 2018-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28310 saylı 19 aprel 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 24.07.2014-cü il tarixli 129350-CNS-7240 saylı nağd pul krediti müqaviləsi üzrə, həmin müqaviləyə 01 saylı razılaşmanın şərtləri nəzərə alınaraq, Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə 07.08.2017-ci il tarixə əsas borcu 4.304,92 ABŞ dolları, faiz borcu isə 1169,50 ABŞ dolları müəyyən edilmişdir. 22.09.2015-ci il tarixli 129350-121069 saylı kredit müqaviləsi üzrə isə Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə 07.08.2017-ci il tarixı əsas borcu 1019,62 manat faiz borcu 260,32 manat; 22.09.2017-ci il tarixə əsas borcu 1019,62 manat, faiz borcu 296,01 manat təşkil etmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını t əşkil edən maliyyə arayışında 129350-1-21069 saylı 22.09.2015-ci il tarixli müqaviləyə əsasən 07 avqust 2017-ci il tarixə banka 1026,23 manat əsas borcu, 147,21 manat faiz borcu; 129350-CNS-7240/1 saylı 28.01.2016-cı il tarixli müqavilə üzrə isə 07.08.2017-ci il tarixə 4.307,35 ABŞ dolları əsas borcu, 492,81 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, bank tərəfindən 07 avqust 2017-cü il tarixə ödənilməsi tələb olunan borcun çox hesablandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan faiz borc məbləğinin ekspertiza rəyində göstərilən həddə hesablana bilməz. Belə ki, ekspe rt rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan 129350-1-21069 saylı 22.09.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 1019,62 manat, faiz borcu 147,21 manat; 129350-CNS-7240/1 saylı 28.01.2016-cı il tarixli müqavilə üzrə isə əsas borcu 4304,92 ABŞ dolları, faiz borcu 492,81 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilələrin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qey d etmişdir ki, birinci instansiya məhkəməsi 129350-1-21069 saylı 22.09.2015-ci il tarixli müqavilə üzrə borcu ABŞ dolları ilə müəyyən etsə də, həmin müqavilə Azərbaycan Manatı ilə bağlandığından, borcun məbləği Azərbaycan Manatı ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Etdiyi ödnişlərinin nəzərə alınmamasını qeyd edən cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdi yi halı əsaslandırmamış, hansı tarixlərdə, hansı məbləğlərdə etdiyi ödənişlərin nəzərə alınmamasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1679/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7127/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7127/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver