Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-713/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının nümayəndəsi x3 və cavabdehin vəkili Səmədov Zaur Əprayıl oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8760/2018 saylı 06 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2018-ci il tar ixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş № 2(004)-435/2018) iddia qismən təmin edilmiş, 5733.60 ABŞ dolları əsas borc, 690.27 ABŞ dolları faiz borcu, cəmi 6423.87 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin cavabdeh x2 tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması, dövlət rüsumuna görə 10 manatın cavabdeh x2 tutularaq «xxxx» ASC-yə ödənilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manatın cavabdeh x2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İman ov, iş № 2(103)8760/2018) cavabdeh x2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh x2 kassasiya şikayəti vermişdir. İşin halları: «xxxx» ASC məhkəməyə ərizə ilə müraciət edərək, borclu x2 özünün xeyrinə 5733.60 ABŞ dolları əsas, 1135 ABŞ dolları faiz, cəmi 6868.60 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(004)-8304/2017 №li məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu x2 məhkəmə əmrinə etiraz etdiyindən məhkəmə əmri ləğv edilərək, materiallar iddia icraatına keçirilmişdir. Birinci inst ansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr verərək cavabdehdən 02 mart 2018-ci il tarixə 5733.60 ABŞ dolları əsas, 1005.85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6739.45 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x2 ilə «xxxx» ASC arasında bağlanmış 02.03.2015-ci il tarixli № 27-15-11-007646 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27% ödəmək şərtilə 8100 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit məbləğini və ona hesablanmış faizləri ödəmək üzrə öhdəliyini pozmuşdur. Nəticədə onun banka 02 mart 2018-ci il tarixə 5733.60 ABŞ dolları əsas, 1005.85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6739.45 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə instansiyal arı tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 və onun vəkili Səmədov Zaur Əprayıl oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehi lazımi qaydada məlumatlandırmam ış, onun iştirakını təmin etmədən işə baxmaqla cavabdehi müvafiq sübutlarını təqdim etmək, dəlillərini əsaslanrmaq hüququndan məhrum etmiş, digər tərəfdən, iddiaçının əsas və faiz borcunu şişirtməsinə, cərimə borcunu faiz borcuna hesablamasına əhəmiyyət verməmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili Səmədov Zaur Əprayıl oğlu kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8760/2018 saylı 06 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi x3 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblə rinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, cavabdehin vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının t ələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi ak tlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətlənd irilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, x2 ilə «xxxx» ASC arasında bağlanmış 02.03.2015-ci il tarixli № 27-15-11-007646 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27% ödəmək şərtilə 8100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 26 yanvar 2018-ci il tarixli, 1547 saylı ekspert rəyindən görünür ki, x2 «xxxx» ASC-yə 6073.15 ABŞ dolları əsas borc, 690.27 ABŞ dolları faiz borcu vardır. Müəyyən edilmişdir ki, cavabdeh x2 iddiaçı «xxxx» ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış və həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daş ıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kr editora ödənildiyi günə qədər tutulur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi faiz borcu hissədə ekspert rəyinin sübut kimi qəbul etməkdə, eləcə də ekspert rəyində göstərilən əsas borc məbləği iddiaçının iddia tələbində göstərdiyi məbləğdən çox olduğundan və məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından, əsas borca münasibətdə iddiaçının tələbini əsas götürməkdə birinci instansiya məhkəməsinin qənaətini haqlı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qay dada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddia ərizəsində və ekspert rəyində göstərilən qaydada borcları yaranmışdır. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasını, işə onun iştirakı olmadan baxıldığını qeyd etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh məhkəməyə müraciət edərkən (etiraz ərizəsində, apellyasiya şikayətində, kassasiya şikayətində) yaşayış ünvanı kimi ****ünvanını qeyd etmişdir. İşgən görünür ki, cavabdehin həmin ünvanına birinci instansiya məhkəməsi tərəfindən göndərilən sənədlər zərfin üzərində “Ünvan düzgün deyil” qeydləri ilə geri qayıtsa da sonuncu birinci instansiya məhkəməsinin iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunmuş, cavabdehin sonradan müraciəti əsasında məhkəmə sənədləri ona təqdim edilmiş və beləliklə də cavabdehin bütün prosessual hərəkətlərdən və məhkəmə qərarlarından məlumatı olmuşdur. İşə apellyasiya qaydasında baxılan zaman cavabdehin həmin ünvanına göndərilmiş bildiriş zərfin üzərində “imtina edilib” qeydi ilə (i.v.131) geri qayıtmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya baxış ından məlumatsız olması mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bildiriş cavabdehə onun öz istəyi ilə çatdırılmamışdır və sonuncu bilərəkdən apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmiş və onun məhkəmə iclasından məlumatı olmuşdur. Beləliklə, burada çəkişmə prinsipinin pozuntusundan söz ola bilməz. Bundan başqa, kassator şikayətində əsas və faiz borcunun şişirdildiyini qeyd etmişdir, halbuki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü borcunu ödəməmişdir və nəticədə müqaviləyə əsasən ona əsas borc və əsas borca görə faizlər hesablanmışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüqu qi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 390.1, 405.1-ci maddəsi.) Digər tərəfdən, kassator əsas və faiz borcunun şişirdildiyini təsdiq edən, habelə ekspert rəyinin sübut kimi qəbul edilməsini aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş ü zrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8760/2018 saylı 06 avqust 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-713/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-713/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver