Məhkəmə qərarları › İş №2(102)-713/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-713/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-713/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 və nümayəndəsi X3, Cavabdeh5 və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “əsas borc, faiz borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması barədə ilkin, Cavabdeh5 “x xxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı müqavilənin dəyişdirilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh5 ilə "xxxx” MMC arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli BAKUO-304-9617 saylı kredit müqaviləsinə xitam verilməsi, 135 359,88 ABŞ dolları əsas borc, 43 014,36 ABŞ dolları faiz borcu və 800 ABŞ dolları dəbbə borcu, cəmi 179 174,24 ABŞ dolları (yüz yetmiş doqquz min yüz yetmiş dörd do llar iyirmi dörd sent) məbləğində kredit borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun), bildirişin DƏDRX-də qeyd alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət dövlət rüsumunun cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq, iddiaçı "xxxx” MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112,0 kv.m ümumi, 70, kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 212 000 (iki yüz on iki min) manat qiymətləndirilməklə açıq hərracda satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabın a iddiaçı "xxxx" MMC-yə olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılması, və mənzilin boşaldılması, iddiaçı "xxxx”MMC-nin iddiasının cərimənin qalan hissəsinə münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədirlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilkin iddianın əsas, faiz, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 128.071,88 (yüz iyirmi səkkiz min yetmiş bir dollar, səksən səkkiz sent) ABŞ dolları əsas, 7.585,54 (yeddi min beş yüz səksən beş dollar, əlli dörd sent) ABŞ dolları faiz, cəmi 135.657,42 (yüz otuz beş min altı yüz əlli yeddi dollar, 42 sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borcun tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilin ilkin satış qiymətinin 318.492 (üç yüz on səkkiz min dörd yüz doxsan iki) manat müəyyən ediməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edi lməsi, iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-dən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün 100 (yüz) manat pulun alınaraq “xxxx” MMC-yə və məhkəmə-mühasibatlıq ekspertizası üçün 145 (yüz qırx beş) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-n ın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ilkin iddianın əsas, faiz, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 128.071,88 (yüz iyirmi səkkiz min yetmiş bir dollar, səksən səkkiz sent) ABŞ dolları əsas, 7.585,54 (yeddi min beş yüz səksən beş dollar, əlli dörd sent) ABŞ dolları faiz, cəmi 135.657,42 (yüz otuz beş min altı yüz əlli yeddi dollar, 42 sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borcun tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı bi nanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilin ilkin satış qiymətinin 318.492 (üç yüz on səkkiz min dörd yüz doxsan iki) manat müəyyən ediməsi, ekspertiza xərclərinin iddiaçıdan tutulması hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və əsas borcun 109,760.009 (bir yüz doqquz min yeddi yüz altmış manat doqquz qəpik) manat hesablanması, faiz borcunun tam silinməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “əsas borc, faiz borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 illik 30 faizdən artıq olmamaqla, 120 ay dan artıq olmayan müddətə 600 000 (altı yüz min) ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi; cavabdehlər Həşimova Şəmsəddin qızı və Cavabdeh5 iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 135 359.88 (yüz otuz beş min üç yüz əlli doqquz dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc, 11703,14 (on bir min yeddi yüz üç dollar on dörd sent) ABŞ dolları faiz borcu və 19 940.76 (on doqquz min doqquz yüz qırx dollar yetmiş altı sent) ABŞ dolları dəbbə, cəmi 167 003.02 (yüz altmış yeddi min 3 dollar 2 sent) ABŞ dolları məbləğində kredit borcunun və bildirişin DƏDRX-də qeyd edilməsi üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rusumunun alınmasına dair və Bakı şəhəri, Yasamal rayonu, N əriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 otaqlı 3 nömrəli mənzilinin 157000 (yüz əlli yeddi min) manat ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılaraq borcun ödənilməsi; Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112,0 kv.m ümumi, 70, kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 otaqlı 3 nömrəli mənzili açıq hərracda satıldıqdan sonra bir ay ərzində məcburi qaydada çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə iddianın həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən 135 359.88 ABŞ dolları əsas, 17670,67 ABŞ dolları faiz, 35.794 ABŞ dolları dəbbə bo rcu, cəmi 188.824,55 borcun tutulmasını, xx.xx.2017-ci il tarixdə təkrar iddianın həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən 135 359.88 ABŞ dolları əsas, 26890,59 ABŞ dolları faiz, 89050,76 ABŞ dolları dəbbə, cəmi 251301,23 ABŞ dolları borcun tutulmasını, yenidən iddianın həcminin dəqiqləşdirilməsi barədə xx.xx.2017-ci il tarixdə ərizə verərək, cavabdehlərdən 135 359.88 ABŞ dolları əsas, 43014,36 ABŞ dolları faiz, 89050,76 ABŞ dolları dəbbə, cəmi 267424,24 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Cavabdeh5 “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixində “xxxx” BOKT və Cavabdeh5 arasında bağlanmış “kredit müqaviləsinin” dəyişdirilərək k redit üzrə əsas borc məbləğinin 109,760.00 (bir yüz doqquz min yeddi yüz altmış) manat kimi göstərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən BOKT tərəfindən kredit alana illik 30 faizdən artıq olmamaqla, 120 aydan artıq olmayan müddətə 600 000 (altı yüz min) ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 otaqlı 3 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 iddiaçı Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli girov müqaviləsinə əsasən ünvan 1i ünvanda ola n əmtəə ehtiyatlarının (taxta) 113 723 (yüz on üç min yeddi yüz iyirmi üç) manat məbləğində dövriyyədəki mallar girova qoyulmuşdur. Bundan əlavə iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Razılaşma ilə illik 17 faiz ödəmək şərtilə 36 ay müddətinə 140 000 ABŞ dolları kredit verilmiş, əlavə edilmiş ödəniş qrafikinə əsasən kreditin əsas borc hissəsinin və onun faizlərinin ödənilməsi günləri müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Razılaşma ilə illik 17 faiz ödəmək şərtilə 36 ay müddətinə 60 000 ABŞ dolları, kredit verilmiş, əlavə edilmiş ödəniş qrafikinə əsasən kreditin əsas borc hissəsinin və onun faizlərinin ödənilməsi günləri müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx xxx 2015-ci il tarixli razılaşm aya əsasən kreditinin ödənilməmiş 154 334,24 ABŞ dolları qalıq məbləğinin qaytarılması xx.xx.2019-cu il tarixə qədər uzadılmışdır. xx.xx.2016-cı il tarixli birinci xəbərdarlıq məktubundan məlum olur ki, iddiaçı Cavabdeh5 tərəfindən xx.xx.2015-ci il tarixdən kredit öhdəliyi icra edilmədiyi və bununla əlaqədar 135.359,88 ABŞ dolları əsas, 7.932,06 faiz borcu, 12540 ABŞ dolları dəbbə borcu olmaqla cəmi 155.831,94 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinin təmin edilməsi, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş Hesabatdan görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimano v pr. 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 41,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilin bazar dəyəri 212 000 manat təşkil edir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Cavabdeh5 tərəfindən BOKT-ə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli BAKUO-304-9617 saylı kredit müqaviləsi şərtlərini əsas götürülməklə Cavabdeh5 xx xxxx 2016-cı il tarixədək banka borcu 140977,28 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 133127,53 ABŞ dolları, faiz borcu üzrə 7849,75 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh5 "xxxx" bank olmayan kredit təşkilatı MMC-yə xx.xx.2016-cı il tarixə əsas borc ü zrə 128.071,88 ABŞ dolları, faiz borcu üzrə 7.585,54 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 128.071,88 ABŞ dolları, faiz borcu üzrə 36.554,69 ABŞ dolları borcu vardır. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, N.Nərimanov pr-ti, 125 saylı evin 3 saylı mənzilinin bazar dəyəri 318 492 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmet i hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəll ənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi biinci instansiyası məhkəməsinin qərarını “tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112,0 kv.m ümumi, 70, kv.m yaşayış və 41.4 kv.m yardımçı sahəsi olan 3 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi”, həmin mənzilin açıq hərracda satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" MMC-yə olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılması, və mənzilin boşaldılması, iddiaçı "xxxx”MMC-nin iddiasının cərimənin qalan hissəsinə münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı və Cavabdeh5 kredit müqavil əsi üzrə borc faizinin məbləğinin hesablanması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məsələnin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasına istinad etməklə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Borc münasibətləri qüvvədə olan Mülki Məcəllənin XXXVİİ Fəsli (739-746-cı maddələr) ilə tənzimlənir. Məcəllənin 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc ver ənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı halda tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin pul məbləği olması, eləcə də iddiaçının pulun borc verməsi ilə peşə fəaliyyəti şəklində məşğul olması da işin mübahisəsiz halıdır. Bu baxımdan hazırda qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları işin faktiki halları ilə birlikdə məhz kredit müqaviləsi konteksindən təhlil olunacaqdır. Beləliklə, istinad olunan maddənin (739), eləcə də həmin fəslin digər normalarının qarışılıqlı təhlilindən belə nəticə hasil olur: - kredit mü qaviləsinə görə borc verən (kreditor) borc alana (borcluya) razılaşdırılmış faizlər üzrə və razılaşdırılmış müddətə (kredit) borc pul verir; - borclu öz ehtiyaclarının ödənilməsi üçün kreditordan aldığı puldan (kreditdən) müqavilə müddəti ərzində istifadə edir; - borclu müqavilə müddəti ərzində kreditora razılaşdırılmış faizlər ödəyir; - boclu müqavilə müddəti başa çatdıqda aldığı (krediti) pulu kreditora qaytarır. Yuxarıda göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, bir sıra hallarda tərəflərin kredit müqavilələrində kreditin faizlərlə birlikdə hissələrlə qaytarılmasına dair razılaşması olsa da, lakin bu da qanunun və kredit miüqaviləsinin mahiyyətinə əsasən kreditin (pulun) müqavilə müddətinin sonunadək borcluda qalması prezumpsiyasını istisna etmir. Mülki işin mübahisəsiz halı kimi mü əyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 36 ay nəzərdə tutulmuş, xx.xx.2015-ci il tarixli razılaşma ilə kreditin qaytarılması müddəti xx.xx.2019-cu ilədək uzadılmışdır. Həmin kredit müqaviləsinin 3.1.4-cü bəndində tərəflər kredit verənin birtərəfli qaydada müqaviləyə xitam vermək hüququ təsbit etmişlər, həmin şərtə görə müqavilənin 3.1.4.13.1.4.6-cı bəndlərində müəyyən olunmuş hallarda kreditor müqaviləyə vaxtından əvvəl xitam verərək verdiyi krediti, həmin müddətə qədər hesablanmış faizləri, eləcə də dəbbə pulunu tələb edə bilər. Göründüyü kimi, kreditin (borc verilmiş pulun) borcludan tələb edilməsi üçün ya müqavilə müddətinin başa çatması və yaxud da ona vaxtından əvvəl xitam verilməsi ilə bağlı qanundan və kredit müqaviləs inin mahiyyətindən irəli gələn tələb, həm də tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində də təsbit olunmuşdur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli birinci xəbərdarlıq məktubunun surətindən məlum olur ki, iddiaçı Cavabdeh5 tərəfindən kredit öhdəliyi icra edilmədiyi və bununla əlaqədar 135.359,88 ABŞ dolları əsas, 7.932,06 faiz borcu, 12540 ABŞ dolları dəbbə borcu olmaqla cəmi 155.831,94 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. Bununla da məlum olur ki, iddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin 3.1.4-cü bəndində nəzərdə tutulmuş hüququndan istifadə edərək müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermiş və müvafiq olaraq da krediti (borc verdiyi pulu) borcludan tələb etm işdir. İddiaçının bu tələbi qanunidir və müqavilə şərtlərinə uyğun olmuşdur. Deməli, xx.xx.2016-cı il tarixində tərəflər arasındakı kredit müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə aydın olur ki, müqaviləyə xitam verildikdən sonrakı müddət üçün müqavilə faizi hesablana və tələb oluna bilməz, çünki tərəflər arasında müqavilə münasibəti artıq başa çatmışdır və həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MMnin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəflər arasındakı kredit müqaviləsinə əsasən yalnız xx.xx.2016-cı il tarixli birinci xəbərdarlıq məktubunda göstərilən həcmdə- 135.359,88 ABŞ dolları əsas, 7.932,06 faiz borcu, 12540 ABŞ dolları dəbbə borcu olmaqla cəmi 155.831,94 ABŞ dolları məbləğində pul tələb edə bilər ki, həmin məbləğlərin əsas və faiz borcuna münasibətdə həqiqiliyi isə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcunun tutulması hissəsində dəyişdirərək cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 128.071,88 ABŞ dolları əsas, 7.585,54 (yeddi min beş yüz səksən beş dollar, əlli dörd sent) ABŞ dolları faiz borcu tutmaqla, düzgün nəticəyə gəlmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İpoteka haqqında qanunun 3 9.3.3-cü baddəsinə əsasən ipoteka predmetinin ikin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, N.Nərimanov pr-ti, 125 saylı evin 3 saylı mənzilinin bazar dəyəri 318 492 manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də dəyişdirərək ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.m ümumi, 70.6 kv.m yaşayış və 4 1,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilin ilkin satış qiymətinin 318.492 (üç yüz on səkkiz min dörd yüz doxsan iki) manat müəyyən edilməklə düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin və Cavabdeh5kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar