Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-714/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(103)-3546/2020 nömrə li qətnaməsindən iddiaçının kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 07 yanvar 2011-ci il tarixdə "İddiaçı" ASC ilə Cavabdeh1 arasında, illik 27 faizlə, 8900,00 ABŞ dolları məbləğində kreditin verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin təyinatı avtomobilin alınması olmuş və kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 07 yanvar 2013-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 8900 ABŞ dollarını 07.01.2011-ci il tarixdə almışdır. 07 yanvar 2011-ci il tarixdə "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq “Mercede s Benz”-C200 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi haqqında müqavilə imzalanmışdır. 01.12.2015-ci il tarixdə "İddiaçı" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında, bağlanılmış 07.01.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi, zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə zamin, 8000 ABŞ dolları məbləğinə, 07.01.2011-ci il tarixli müqavilə ilə öhdəlik tam yerinə yetirilənədək zamin durmuşdur. Bank tərəfindən təqdim edilmiş sənədlərdən və hesablamalardan görünür ki, cavabdehlər yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə öhdəliklər götürsələr də, öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə onların Banka borcları yaranmışdır ki, əsas kredit borcunun məbləği 5.720,63 ABŞ dolları, əsas borc məbləğ inə hesablanmış faiz borcunun məbləği 253 ABŞ dolları, əldən çıxmış faydanın məbləği 7.124 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətı̇ (Ləğv prosesindədir) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2011-ci il tarixli 794 saylı kredit müqaviləsi üzrə yaranmış 5720,63 ABŞ dolları məbləğində əsas borc, 253 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 7.124 ABŞ dolları olmaqla, cəmi 13.097,63 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və X5 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüquq u üzrə Cavabdeh1 məxsus olan “Mercedes Benz”-C200 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcunun tam ödənilməsini və avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehlərdən LPO "İddiaçı" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, sadəcə müqaviləyə imza atmış, kredit bank əməkdaşları tərəfindən götürülmüş, avtomobili başqa şəxslər idarə etmiş, ödənişlərdən xəbəri olmamışdır. Həmçinin iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 29.12.2019-cu il tarixli 2(004)-1155/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ekspertiza xərci iddiaçıya aid edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 07.01.2013-cü il tarixə banka olan əsas borcu 6368,36 ABŞ dolları, faiz borcu isə 281,80 ABŞ dolları, 04.12.2018-ci il tarixə əsas borcu 1297,58 ABŞ dolları, zərər isə 442,60 ABŞ dolları təşkil edir. İş materiallarında olan 28.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas, faiz, cərimə borcu 0 ABŞ dolları, iddia verilən tarixə əldən çıxmış fayda isə 7567.36 ABŞ dollarıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2013-cü il tarixədək kredit müqaviləsi imzalanmışdır. "İddiaçı" ASC ilə Cav abdeh1 arasında bağlanmış müqavilə 07 yanvar 2013-cü il tarixdə bitsə də, iddiaçı "İddiaçı" ASC 09.01.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddəti ötürülmüşdür. “İddiaçı" ASC-nin səlahiyyətli nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdehin adından ödənişlər olumuş, bu məqsədlə dəqiqləşmə veriləcəyini bildirmiş və qeyd etmişdir ki, iş üzrə iddia müddəti keçməmişdir, belə ki, son ödənişlə bağlı hesabdan çıxarışdan göründüyü kimi ödəniş Cavabdeh1 tərəfindən 16.02.2019-cu il tarixdə edilmişdir. İddiaçının nümayəndəsi ödənişin Cavabdeh1 tərəfindən ödənilməsini təsdiq edən kassa mədaxil qəbzinin surətinin növbəti məhkəmə iclasında məhkəməyə təqdim ediləcəyini bildirsə də həmin ödəniş qəbzini n surəti məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə qeyd etmişdir ki, iddia müddətinin axımının kəsilməsinə dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti28.12.2019-cu il tarixə yeni maliyyə arayışı təqdim edərək Cavabdeh1 son tarixə-yəni 28.12.2019-cu il tarixə olan əsas borcunun 0 dollar, faiz borcunun 0 dollar, cərimə borcunun 0 dollar və yalnız əldə çıxmış faydanın 7.567.26 ABŞ dolları məbləğində olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətı̇ tərəfindən Cavabdeh1 həmin borc məbləğindən faydalanması, faydalandığı təqdirdə hansı məbləğdə gəlir əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş dir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia müddətinin keçməsindən asılı olmayaraq iddia tələbi zamin Cavabdeh2 münasibətdə də təmin edilə bilməz. Belə ki, iş materiallarında olan 01.12.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən öhdəliyin qüvvədə olma müddətinədək bağlanmışdır. Yəni zaminliyin müddəti müəyyən edilmədiyindən 1 illik müddət keçmiş və zaminliyə xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İddia müddəti ötürüldüyündən və zaminliyə də xitam verildiyindən iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi tələ binə dair iddiası rədd edilməli və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2 və 373.3, 375.2, 380.1, 380.2, 477.0.4-cü,Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88,218.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır; qətna mə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 16.02.2019-cu il tarixdə 213 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmin tarixdən isə üç ildən çox müddət keçmədən Bank 01.12.2018-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) 12 iyun 2020-ci il tarixli, 2(103)3546/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkə məsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış 07.01.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsireal müqavilədir. Həmin müqavilə üzrə borc verilmiş 8.900 ABŞ dolları məbləğində pul elə müqavilə bağlandığı gün borcalan Cavabdeh1 tərəfindən Bankın kassasından şəxsən qəbul edilmiş və bu barədə “kassa məxaric orderinə” imza edilmişdir (iş v. 91). Borcalan Cavabdeh1 pulu Bankdan götürdükdən sonra kiməsə verməsi sonrakı şəxsi Bank qarşısında “borcalana” çevirmir, çünki pul həmin şəxsə artıq Bankın deyil, “borcalanın” mülkiyyətində olan vəsait kimi verilmiş sayılır. Bank borcalan ilə aralarındakı “Kredit müqaviləsini müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlamışdır. Yəni, müqavilənin mahi yyətinə görə Bank kredit vermək niyyətində olmaqla bu krediti vermiş, “borcalanın” isə kredit almaq niyyəti olmuş və o, bu krediti almışdır. “Borcalanın” kredit əldə edərkən güddüyü niyyətin krediti özünün deyil, başqa şəxsin ehtiyacları üçün əldə etməsinin kredit müqaviləsinin hüquqi nəticələrinə aidiyyəti yoxdur. Belə ki, bu niyyət müqavilədən əvvəlki deyil, sonrakı niyyətdir. “Borcalanın” Bankdan aldığı və artıq onun mülkiyyəti sayılan pulu başqa şəxsə(lərə) verməsində isə Bankın heç bir günahı yoxdur. Beləliklə də, müəyyən edilir ki, Cavabdeh1 07.01.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi üzrə “borcalan” qismində məsuliyyətli şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522.1, 522.2-ci maddələrinin mənasından göründüyü kimi, borclunun öhdəliyi üçüncü şəxsə yalnız k reditor ilə bağlanmış müqaviləyə əsasən verilə bilər. Öhdəliyin üçüncü şəxsə verilməsi, həmin şəxslər arasında əldə olunmuş razılıq əsasında da həyata keçirilə bilər, lakin bu zaman kreditorun razılığının olması mütləqdir. Lakin borclu olan Cavabdeh1 07.01.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsiüzrə üzərinə götürdüyü öhdəliyin istər Z.Rüstəmova, istərsə də R.Salmanova verilməsi barədə razılaşmanı təsdiq edə biləcək sübut yoxdur. İş materiallarında olan etibarnamələr isə tərəflər arasında belə bir razılaşmanın olmasını təsdiq etmir. Çünki Mülki Məcəllənin 362.1-ci maddəsinə görə, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlı birtərəfli əqddir. Yuxarıda artıq qeyd edildiyi kimi, ƏN-İİ seriyalı 224097 №-li və ƏN-İİİ 635067 №-li etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamələrə əsasən Z.Rüstəmov və Cavabdeh2 ipoteka predmeti olan avtomobili idarə etmək səlahiyyətini vermişdir. Bu baxımdan hesab edilməlidir ki, Bankın istinad etdiyi “nağd pulun mədaxili üçün elan” üzrə edilmiş ödənişlər Cavabdeh1 ödənişləri kimi qəbul edilə bilməz. Beləliklə də müəyyən edilir ki, 07.01.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” cavabdeh A.Hacyevanın Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Lakin Bank bu öhdəliklərin icrasını məhkəmə qaydasında tələb etmək üçün iddia müddətini ötürmüşdür. Çünki 07.01.2011-ci il tarixli “Kredit müqaviləsininmüddəti tərəflərin razılığı ilə 2 il müəyyən edilmiş, Bank isə bu müddət bitdikdən, yəni 07.01.2013-cü ildən təxminən 6 il sonra – 09.01.2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində iddiaçı tərəf müqavilə müddətinin 07.01.2017-ci il tarixədək uzadıldığını qeyd etsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir, Odur ki, bir mənalı qəbul edilməlidir ki, Kredit müqaviləsinin müddəti 07.01.2013-cü il tarixdə bitmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 522.1, 522.2, 362.1, 373.2, 375.2, 376, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 385.2,384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verər ək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(106)-3546/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən kassasiya şikayəti belə əsaslandırılıb ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən qətnamə qəbul edilərkən faktiki hallara düzgün qiymət verilməmiş və iş üzrə səhv qərara gəlinmişdir, həmin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız çıxarıldığını hesab edirik. Belə ki, Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən faktiki hallara düzgün qiymət verilməmi ş və iş üzrə səhv qərara gəlinmişdir. Belə ki, işin məhkəmə iclasında müəyyən olunan hallarına əsasən cavabdeh X1 dəfə 16.02.2019-cu il tarixdə 213 ABŞ dolları ödəniş etmişdir. Sonuncu ödənişin həyata keçirildiyi tarixdən üç ildən çox müddət keçməmiş, iddiaçı 01.12.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2016-cı il tarixli, 2-1(81)-1494/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, lisenziyası ləğv edilmiş və iflas proseduruna başlanılmış və “xxxx” MMC İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Sonradan Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli qərardadına əsasən lisenziyası ləğv olunmuş və müflis elan edilmiş İddiaçı ASC-yə ləğv edici qismində təyin olu nmuş “X3 Kompany” MMC-nin fəaliyyətinə xitam verilmiş və İddiaçı ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(103)-342/2018 saylı qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş kreditorların tələblərinin reyestri və etiraz edilmiş kreditorlarının tələblərinin reyestri təqdim edilmişdir. Yalnız bundan sonra bankın sənədlərinin hazırki iddia tələbi üzrə iddiaçı olan ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi 13 aprel 2017-ci ildə mümkün olmuşdur. Ləğvedici Əmanətlərin Sığortalanması Fondu üçün İddiaçı ASC-nin öhdəlikləri ilə bağlı iddia müddətinin əvvəli 13 aprel 2017-ci il tarixdən hesablanmalıdır. Həmçinin qeyd edirlər ki, bankın ləğv edildiyi 09.02.2016-cı il tarixindən, ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verildiyi 13.04.2017-ci il tarixinədək faktiki olaraq bankın iddia qaldırmaq hüququ olmamış, həmin vaxt intervalında, yəni 1 il 2 ay müddətində, lisenziyanın ləğv edilməsi ilə bağlı məhkəmə qərarı müvafiq instansiyalarda mübahisələndirilirdi və həmin ərəfədə bankın iddia qaldırmaq hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1,1 və 379.1.4-cü maddələrinə əsasən bankın faktiki fəaliyyət qabiliyyəti və qanuni təmsilçisi (ləğv edicisi) olmadığı üçün iddia müddətinin axımı dayandırılmalıdır. Belə olan halda qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bu kredit xətti müqaviləsinə münasibətdə ötürülmüş hesab edilə bilməz. Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 739-cu maddəsində borc ( kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Maddə 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376-cı maddəsi nə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və norm ativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparıl sa da, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməli olması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin məhkəməsinin mövqeyi ilə razılaşsa da, bununla bağlı fərqli əsaslar göstərmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi Bank ilə Cavabdeh1 arasında 07.01.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi» əsasən Bank tərəfindən Cavabdeh1 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 8.900 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixdə “İpoteka müqaviləsi” bağlanaraq sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürülmüş öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər cavabdeh olan Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən təqdim edilmiş sənədlərdən və hesablamalardan görünür ki, cavabdehlər yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə öhdəliklər götürsələr də, öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə onların Banka borcları yaranmışdır ki, əsas kredit borcunun məbləği 5.720,63 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun məbləği 253 ABŞ dolları, əldən çıxmış faydanın məbləği 7.124 ABŞ dolları təşkil edir. Buna görə də kredit məbləğinin tam həcmdə Banka qaytarılmadığını iddia edən Bank qalıq borcun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh1 isə iddia müddətinin tətbiq edilməsi barəd ə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşin materiallarından görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin müddəti 07.01.2013-cü il tarixdə bitsə də, cavabdeh, 2014-2016-cı illər ərzində 16 dəfə ödəniş etmiş, sonuncu ödəniş isə 16.02.2019-cu il tarixdə həyata keçirilmişdir. Həmin ödənişləri təsdiq edən bank sənədləri Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmişdir. İşdə olan “nağd pulun mədaxili üçün elan” adlı bank sənədlərindən görünür ki, 07.01.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi üzrə ödənişlər 23.01.2015-ci il tarixədək X7 tərəfindən, 20.06.2019-cu il tarixdə isə X11 tərəfindən aparılmışdır. İş materiallarında olan 28.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas, faiz, cərimə borcu 0 ABŞ dolla rı, iddia verilən tarixə əldən çıxmış fayda isə 7567.36 ABŞ dolları təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə aparılmış ödənişlərin Cavabdeh1 ödənişləri kimi qəbul edilməməsi və hazırki mübahisəni iddia müddətini tətbiq etməklə həll edilməli olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasına əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borc luya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, X7 və X11 tərəfindən aparılmış ödənişlər Cavabdeh1 kredit öhdəlikləri üzrə 3-cü şəxs tərəfindən icra edilmiş öhdəlik olmaqla, həmin şəxsin kredit borcunun bağlanmasına yönəlmişdir. Buna görə də, Cavabdeh1 qarşı 07.01.2011-ci il tarixli Kredit müqaviləsi» üzrə əsas və faiz borcu tələbi iddia müddətinin ötürülməsi əsası ilə deyil, kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tam ödənilməsi əsası ilə rədd edilməlidir. İddianın əldən çıxmış faydaya görə 7.124 ABŞ dolları his səsi onunla əsaslandırılmışdır ki, Bank, Cavabdeh1 qanunsuz qalmış pul məbləğindən istifadə edərək faydalana bilməmiş, fayda əldən çıxmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətı̇ tərəfindən Cavabdeh1 həmin borc məbləğindən faydalanması, faydalandığı təqdirdə hansı məbləğdə gəlir əldə etməsi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən iddianın bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur. Eyni zamanda, iddiaçı bank 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2016-cı il tarixli, 21(81)-1494/2016 saylı qərarı ilə müflis elan edilmiş, lisenziyası ləğv edilmiş və iflas proseduruna başlanılmışdır. Belə olan təqdirdə, iddiaçının adi mülki dövriyyə şəraitində ə ldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) söhbət gedə bilməz və Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən də tələb əsaslı deyil. Buna görə də, iddia tələbi əldən çıxmış faydaya görə 7.124 ABŞ dolları hissəsində də təmin edilməməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 01.12.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən öhdəliyin qüvvədə olma müddətinədək bağlanmışdır. Yəni, zaminliyin müddəti müəyyən edilmədiyindən 1 illik müddət keçmiş və zaminliyə xitam verilmişdir. Belə olan halda, iddia tələbi zaminə qarşı hissədə həm əsas borcluya qarşı iddia əsassız olduğundan, həm də zaminliyə xitam verildiyindən əsaslı sayıla bilməz və ipotek a predmetinə tutma yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə ilk iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(106)-3546/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2Tahiroğluna qarşı kredit borcunun tutlması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.