Məhkəmə qərarları › İş №2(102)-714/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-714/2023

23.01.2023 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-714/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Rusiya Federasiyasının Şimal-Qərb Gömrük İdarəsinin Sebeja Gömrüyünün Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Rusiya Federasiyasının Şimal-Qərb Gömrük İdarəsinin Sebeja Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişləri üzrə borcun və penyanın alınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2200/2022 nömrəli, 3 1 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Rusiya Federasiyasının Şimal-Qərb Gömrük İdarəsinin Sebeja Gömrüyü (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən gömrük ödənişləri üzrə borca görə 855896,04 rubl və penyaya görə 65747,08 rublun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-329/2016 nömrəli iş üzrə 17 yanvar 2017-ci il t arixli qətnaməsi ilə (hakim Fuad Soltanov) iddia təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-1884/2022 nömrəli mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), İlham Əsədov və Zaur Allahyarov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qafytarılmışdır.

5. Birinci instansiya məhkəməsinin 2(049)-329/2017 nömrəli iş üzrə 4 oktyabr 2022ci il tarixli qərardadı ilə (hakim Toğrul Məmmədo v) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-2200/2022 nömrəli mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələb lərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, şikayət kifayət qədər əsas olmadan qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan əvvəl də Şirvan Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmış, dakin cavabdeh tərəf həmin qərardadda göstərilən nöqsanları aradan qaldırmadan tkrar eyni məzmunda şikayət vermşidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 2 sentyabr 2022-ci il və birinci instansiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadlarının tələblərinə uyğun olaraq təkrar apellyasiya şikayəti tərtib olunmuşdur. Şikayətin qanunla müəyyən edlmiş forma və məzmununa riayət edilmiş, tam olaraq yeni qaydalara uyğun tərtib olunmuş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmşidir. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq apellyasiya şikayətinin qeyri-mümkün hesab etmişdir.

11. Cavabdeh kassasiya şikayəti şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b)

12. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

14. Maddə 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

15. Maddə 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

16. Maddə 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, n əticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

17. Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

18. Maddə 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

19. Maddə 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

20. Maddə 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyind ən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qərardadaı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin icra olunmasından ötrü apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən vermiş olduğu apellyasiya şikayətini geri-mümkün hesab edərkən hesab etmişdir ki, şikayət Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermir, bundan əvvəl apellyasiya şikayəti qeyri-müm kün hesab olunmasına dair də Şirvan Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərardadında göstərilən nöqsanlar aradan qaldırılmamış, təkrar verilmiş apellyasiya şikayətin də forma və məzmuna riayət edilməmişdir.

26. Lakin işdən görünür ki, cavabdehin təkrar vermiş olduğu apellyasiya şikayətinin

24. Mülki Prosessual Məcəllənin Əlavəsində göstərilən formasına formasına riayət edilmiş, şikayətin 361.1-361.2-ci maddələrinin tələblərinə uyğundur. Cavabdeh apellyasiya şikayətində sübutlara düzgün qiymət verilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi, iddianın təmini üçün kifayət qədər sübutların təqdim olunmaması, iddia təlbələrinin əsaslandığı halların öz təsdiqini tapmaması kimi konkret əsaslar göstərmmiş və müvafiq hüquq normalarına istinad etməklə həmin normaların poz ulduğunu irəli sürmüşdür.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair məhkəmənin qənaəti yanlış olimuşdur. Ona görə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş sonrakı prosessual hərəkətlərinin icrası üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2200/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və apellyasiya instansiyası məhkəməsi göndərillsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar