Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7142/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “X5”ın Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4427/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 21.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcuna 12.06.2012-ci il tarixdən 12.06.2018-ci il tarixədək 5%-lə hesablanmış 8102,57 manat borcun “X5” Bakı filialının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.ünvan küçəsi, 133 saylı evin, 5 saylı mənzilinə yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Ə.ünvan küçəsi, 133 saylı evin, 5 saylı mənzilinin ilkin satış qiymətinin 86000 manat məbləğində müəyyən edilməsi; mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X5” Bakı filialına olan borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 29 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 21.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcuna 11.07.2014-cü il tarixdən 12.06.2018-ci il tarixədək 5%-lə hesablanmış ziyan kimi 4553,18 manat pulun “X5” Bakı filialının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı “X5” Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 21 sentyabr 2009-cu il tarixli, 16 nömrəli kredit müqaviləsi üzrə ödənilməm iş 23150,14 manat əsas kredit borcuna 12.06.2012-ci il tarixindən 12.06.2018-ci il tarixinədək olan dövr ərzində hesablanmış bir daha yığılmış 8102,57 manat faiz borcunun tutulması və tələbin Cavabdeh2 məxsus ünvan, Ə.ünvan küçəsi, 133 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcunun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 21.01.2009-cu il tarixli 16 №-li kredit müqaviləsinə əsasən, sonuncuya illik 23% ödəmək şərti ilə 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən “borcalan” ssuda hesabında qal ıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 729.17 manat ödəniş yerinə yetirməli idi. Cavabdeh müqavilə müddəti ərzində yəni 22.02.2009-cu ildən 22.01.2011-ci il tarixədək banka 47242,69 manat kredit ödənişi icra etməli idi. Bundan 35000 əsas ssuda borcu, 12242,69 manat isə faiz borcu təşkil edir. Verilmiş kreditin təminatı olaraq 12 sentyabr 2006-cı il tarixli 99 nömrəli ipoteka müqaviləsinə 21.01.2009-cu il tarixli 2 saylı əlavə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 saylı binanın 5 nömrəli mənzili yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə borcun məcburi alınması üçün tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3109/2013 saylı, 06.12.2013-cü il tarixli icra sənədinə əsasən tələbkar “X5” Bakı filialı ilə borclu Cavabdeh1 arasında bağlanılmış 21.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi məqsədilə cəmi 35632,17 manat m əbləğində pul Cavabdeh1 tutularaq, tələbkar X4 ödənilməli, tutma Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan, Ə.ünvan, 133 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq satışdan əldə olunacaq pul vəsaiti yuxarıda qeyd edilmiş kredit borcunun ödənilməsinə yönəldilməli, bundan sonra qala biləcək pul vəsaiti Cavabdeh2 Ələddin oğluna ödənilməli, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. Cavabdehlərin apellyasiya və kassasiya şikayə tləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3109/2013 saylı qətnaməsi 06.12.2013-cü il tarixdə qəbul olunmuş, qətnamədə borcalanın borcu 12.06.2012-ci il tarixə olan faizlər nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş və ödənilməmiş əsas kredit borcu 23150,14 manata (12.06.2012-12.06.2018-ci il) 7 il (84 ay) Azərbaycan Respublikası Bankının müəyyən etdiyi 5 faizlik tələbi ilə faizlər tutulmalıdır. Belə ki, 23150,14x5%x7=8102,57 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edil məsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə borcun məbləğini heç bir mütəxəssis və ya ekspert rəyi almadan adi riyazi hesablama aparmaqla müəyyən etmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflərin izahatları: İddiaçı “X5”ın Bakı filialının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri ü çün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“X5” Bakı filialı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 16 saylı 21.01.2009-cu il tarixli kredit müqaviləsinə əsasən b ank tərəfindən borcalana illik 23% olmaqla 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan, ünvan Əlövsət küçəsi, ev 133, mənzil 5 “X6” Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-273/2013 saylı, 15 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 40027,83 manat məbləğində kredit borcunun “X5” Bakı filialının xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi, mənzilin hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, həmin məbləğ ödənildikdən s onra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 mart 2013-cü il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh1 bankın xeyrinə 35632,17 manat tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən olunması qət edilmişdir. Və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bank hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən qanu ni qüvvəsini almış məhkəmə qərarının icra edilmədiyi dövrlər üçün Azərbaycan Respublikası Bankının müəyyən etdiyi 5 faizlik faizlərin tutulmasını və tələbin kredit müqaviləsi üzrə ipoteka qoyulmuş mənzilə yönəldilməsini xahiş etmişdir. Tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi apellyasiya instansiyası məhkəməsi rədd edilmiş, iddiaçı bank bu hissədə kassasiya şikayəti verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş mü ddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.1); Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən кredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəli k icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Apellyasiya instansiyası məhkəməsi sad alanan normalara istinad edərək hesab etmişdir ki, bankın iddia tələbinin 23150,14 manat əsas kredit borcuna 12.06.2012-ci il tarixindən 12.06.2018-ci il tarixinədək olan dövr ərzində hesablanmış bir daha yığılmış 8102,57 manat faiz borcunun tutulması hissəsi qismən əsaslıdır. Məhkəmə müəyyən etmişdir ki, əsas borcun məbləği düzgün göstərilməmişdir. Belə ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-273/2013 saylı, 15 mart 2013cü il tarixli qətnaməsi ilə əsas borc - 23150,14 manat göstərilsə də, yuxarı instansiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2013-cü il tarixli qətnaməsi ilə həmin borcun – 23250,27 manat məbləğində tutulması qət edilmişdir. Yəni, illik beş faiz borc 23250,27 manata münasibətdə hesablanmalıdır. Daha sonra, işin hallarından aydın olduğu kimi tərəflər arasında məhkəmə çəkişməsi 2013-cü ildən başlamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2014-cü il tarixli qərarı ilə sona çatmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, illik beş faiz borcun hesablanmasına məhz tərəflərin məhkəmə çəkişmələrinin nəticəsi olan – qərarın qanuni qüvvəyə mindiyi - 11 iyul 2014-cü il tarixdən başlanılmalıdır. Yəni, Cavabdeh1 21.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə 23250,27 manat məbləğində əsas kredit borcuna 11.07.2014-cü il tarixdən 12.06.2018-ci il tarixədək 5%-lə hesablanmış 4553,18 manat (23250,27 x 5% x 47/12 = 4553,18) borc “X5” Bakı filialının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertiza keçirilməsi üçün hər hansı bir əsas olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi 23250,27 manat məbləğində əsas kredit borcuna 11.07.2014-cü il tarixdən 12.06.2018-ci il tarixədək 5%-lə məbləğini müəyyən etmiş, 4553,18 manat (23250,27 x 5% x 47/12 = 4553,18) borcun “X5” Bakı filialının xeyrinə tutulmasını qət e tmişdir. Bunun üçün hər hansı xüsusi bilik tələb edilmir, adi riyazi hesablama yolu ilə müəyyən etmək olar. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya M əhkəməsi mülki kollegiyasının 2(103)-4427/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi cavabdehlərin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7142/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7142/2019
25.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver