Məhkəmə qərarları › İş №2(102)-7145/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7145/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7145/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı LPO QSC”Bank Standart”KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızının və cavabdeh Cavabdeh vəkili Qənbərov Ziya Cavanşir oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2019-cu il tarixli, 2(103)8887/2019 nömrəli qətnaməsindən iddiaçı LPO QSC”Bank Standart”KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiy a şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.E.Rəhimli) 29 mart 2019-cu il tarixli, 2(011)-2715/2019 saylı qətnaməsi ilə İddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı cavabdehlə bağlanmış 24.12.2010-cu il tarixli 120/01/2077/10 saylı kredit müqaviləsi üzrə cavabdehdən 8100,18 manat məbləğində əsas borcun, 3405,33 manat məbləğində faiz borcunun, 1760,91 manat məbləğində cərimə borcunun, 1185,37 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümilikdə isə 14451,79 manat məbləğində pulun və 30 manat dövlət rüsumunu hesablanmaqla xeyrinə tutulması, tutmanın iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş “SkodaFabia" markalı, ağ rəngli, mühərrik CFN 134094 ban TMBED45J5B3102575 olan ** KE *** ret nömrə nişanlı avtomobilə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) 06.08.2019-cu il tarixli, 2(103)-8887/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO QSC”Bank Standart”KB nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı LPO QSC “Bank Standard” KB Cavabdeh qarşı cavabdehlə bağlanmış 24.12.2010-cu il tarixli 120/01/2077/10 saylı kredit müqaviləsi üzrə cavabdehdə n 8100,18 manat məbləğində əsas borcun, 3405,33 manat məbləğində faiz borcunun, 1760,91 manat məbləğində cərimə borcunun, 1185,37 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümilikdə isə 14451,79 manat məbləğində pulun və 30 manat dövlət rüsumunu hesablanmaqla xeyrinə tutulması, tutmanın iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş “SkodaFabia" markalı, ağ rəngli, mühərrik CFN 134094 ban TMBED45J5B3102575 olan ** KE *** ret nömrə nişanlı avtomobilə yönəldilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO QSC “Bank Standard” KB tələbini onunla əsaslandırmışdır ki, 24.12.2010-cu il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 15042 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeh arasında 24.12.2010-cu il tarixdə kredit verilməsi haqqında 120/01/2077/10 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 18 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 15042 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh «Skoda Fabia» markalı, ağ rəngli, mühərrik CFN 134094, ban TMBED45J5B3102575 olan ** KE *** dövlət nömrə nişanlı avtomobili 24.12.2010-cu il tarixli 120/01/2077/10 saylı ipoteka müqaviləsi əsasında Banka girov qoymuşdur. Lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edi lmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı LPO QSC”Bank Standart”KB nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO QSC”Bank Standart”KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xah iş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və vəkili Qənbərov Ziya Cavanşir oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.08.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin h allarından göründüyü kimi, kreditor QSC “Bank Standard” KB ilə borclu Cavabdeh arasında 24.12.2010-cu il tarixdə 120/01/2077/10 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən kreditor tərəfindən borcluya illik 18% ödənilməsi şərti ilə 60 ay müddətinə, yəni 24.12.2015-ci il tarixədək qaytarmaq üçün 15042 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka saxlayan QSC “Bank Standard” KB ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 24.12.2010-cu il tarixli 120/01/2077/10 saylı ipoteka müqaviləsindən görünür ki, 24.12.2010-cu il tarixdə 120/01/2077/10 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün ipoteka qoyan ona məxsus “Skoda Fabia” markalı, ** KE *** dövlət nömrə nişanlı avtomobili ipoteka saxlayan qarşısında ipot eka ilə yüklü etmişdir. 12.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC “Bank Standard” KB-yə 8100,18 manat məbləğində əsas, 3405,33 manat məbləğində faiz, 1760,91 manat məbləğində cərimə, 1185,37 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 14451,79 manat borcu vardır. 22.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə ödənilməmiş 215 manat məbləğində əsas (qalıq) borcu vardır. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 24.12.2010-cu il tarixində bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 15042 manat 24.12.2015-ci il tarixinədək qaytarılması şərti ilə kredit verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nətic əyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013 -cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçrilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüquqununvaxtında həyata keçrilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının m üəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını ntizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, Dozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması şin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə:ərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflər ini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmas ına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qayd alar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,tərəflər arasında bağlanmış 24.12.2010-cü il tar ixli 120/01/2077/10 nömrəli kredit müqaviləsidən görünür ki, cavabdeh aldığı borcu 24.12.2015-ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür, yəni tərəflər arasında müqavilə müddəti 24.12.2015-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 09.01,2019-cu il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Ona görə də hazırki mübahisə ilə bağlı iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürdüyündən birinci və apellyasiya instansiyaları məhkəmələrinin cavabdehin ərizəsini nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedil məliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO QSC ”Bank Standart”KB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2019-cu il tarixli, 2(103)-8887/2019 nömrəli qətnaməsi də yişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar