Məhkəmə qərarları › İş №2(102)-7146/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7146/2019

25.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7146/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Bağırov Bilal İsa oğlunun, cavabdeh Cavabdeh və vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-7935/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əm irxanova) 20.04.2018-ci il tarixli, 2(005)-813/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 2000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, X.Cəlilova, İ.Xəlilov) 21.08.2018-ci il tarixli, 2(103)-7935/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli, 2(005)-813/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 1.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2.650 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh İddiaçı borc almamışdır. Cavabdeh ilə iddiaçı arasında iddiaçıya və onun həyat yoldaşına hüquqi xidmət göstərməsi üçün razılaşma olub və xidmət haqqı 1000 manat müəyyən edilmişdir. Lakin nağd pulu olmadığına görə iddiaçı ödəniş vasitəsi kimi pensiya kartını ona verməyi təklif etmiş və onlar razıla şmışlar. İş materiallarına əlavə edilmiş bildirişdə həmin pensiya kartının X1 təhvil verdiyi göstərilsə də, faktiki kart ona təhvil verilməmişdir. Belə ki, bildiriş tərtib olunduqdan sonra iddiaçı pensiya kartını ertəsi gün gətirəcəyini bildirmiş, daha sonra dolanışıq üçün başqa vəsaitinin olmaması səbəbindən pensiya kartını cavabdehə verməmişdir. Bu hal birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 tərəfindən təsdiq edilmişdir. Həmin bildirişin tərtibatından təsbit olunmuşdur ki, hər ay 200 manat aldıqca, həmin qrafada bu hal imza ilə təsdiq olunmalı idi. Lakin cavabdeh həmin pulu almadığına görə qeyd edilən qrafada imzalama aparılmamışdır. Bildirişin aşağı sağ küncündəki imzalar isə sənəd tərtib olunan gün icra olunmuş və pulun alınmasına aid deyil, müqavilənin şərtləri barədə razılığa gəlmələrini göstərmişdir. Cavabdeh iddiaçıdan bir dəfə nağd şəkildə 200 manat almış və bunu öz imzası ilə təsdiq etmişdir. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya kollegiyası qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-cİ il tarixli, 2(103)-7935/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Bağırov Bilal İsa oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-cİ il tarixli, 2(103)-7935/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,19.04.2016-cı il tarixdə tərəflər arasında “bildiriş” adlandırılmış yazılı qəbz imzalanmış, cavabdeh iddiaçıdan pul, 5 ay ərzində hər ay 117 manat çıxmaq şərtilə aldığını qeyd etmişdir. Tərəflər arasında 08.10.2016-cı tarixd ə “etibarnamə (müqavilə)” adlandırılmış yazılı qəbz imzalanmış, cavabdeh iddiaçıdan 5 ay ərzində 200 manat hesabı ilə 1000 manat pulu borc götürdüyünü qeyd etmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsinin dəyişdirmədən saxlanması barədə qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan 2000 manat borc aldığı iş materiallarında olan yazılı sübutlarla təsdiq olunur. Cavabdeh öz imzası ilə təsdiq edilmiş həmin halları təkzib edən hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlarda da cavabdeh pulu borc aldığını, habelə pul məbləğini (pul kartını) real olaraq aldığını xüsusi qeyd etmişdir. Bu baxımdan kartı əslində almadığını, yaxud həmin məbləği sübut etmək vəzifəsi cavabdehin üzər ində olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xuraman Rzayevanın ifadəsinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin şahid öz ifadəsində iddiaçının keçmiş arvadı olduğunu, artıq münasibətlərinin pozulduğunu bildirmişdir. Həmçinin iddiaçı öz ərizəsində cavabdehlə məhz həmin şahid vasitəsilə, onun uzaq qohumu kimi tanış olduğunu göstərmişdir. Bu baxımdan şahid X.Rzayevanın ifadəsi mötəbər sübut kimi nəzər alına bilməz. Cavabdehin iddiaçıya həqiqətən hüquqi yardım göstərdiyinin təsdiq olunması da onun yazılı şəkildə etiraf etdiyi borcunu qaytarmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kass asiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, cavabdehin iddiaçıya həqiqətən hüquqi yardım göstərdiyinin təsdiq olunması da onun yazılı şəkildə etiraf etdiyi borcunu qaytarmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə də təsdiq edilir ki, tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər yaranmışdır və hazırda iddiaçı həmin müqavilə üzrə öhdəliklərin icrasını tələb etməkdədir. Kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli, 2(103)7935/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar