Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7147/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə istifadə hüququnun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5236/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları: Mənzil sahəsinin uçotu və bölüşdürülməsi Baş İdarəsi tərəfindən 20 aprel 1992-ci il tarixli məktubla N mənzili 5 №-li Avtobus Avtonəqliyyat müəssisəsinə ayrılmış və həmin mənzil növbəlilik əsasında X4 verilmiş və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən onun adına order verilmişdir. Lakin qətnamənin icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin 25 aprel 1994-cü il tarixli sərəncamı ilə N mənzil 82-də yerləşən və yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqlı mənzil X4 ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2003-cü ilin sonlarında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, N saylı mənzilində 1995-ci ildən yaşamasını, mənzilə heç kimin qeydiyyatının olmamasını və b u müddət ərzində mənzili təmir edib, kommunal xərclərini ödəməklə ondan istifadə etməsini və s. əsas göstərməklə onun həmin mənzilə yaşayış hüququnun tanınması, onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1193/2004 saylı, 30 yanvar 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Cavabdeh başçısının 29 may 2007-ci il tarixli sərəncamı ilə İddiaçı (cəmi 4 nəfərdən ibarət ailə üzvü olan) həmin mənzilə dair order verilməsi qərara alınmışdır. 20 iyul 2004-cü il tarixdə İddiaçı həmin mənzili X1. 2019-cu ildə X3 itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkə məsinin icraatında olmuş və saxlama müddətinə görə məhv edilmiş 2-1193/2004 saylı mülki iş üzrə icraat bərpa olunmuş və qətnamənin rəsmi qaydada alındığı gündən 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ N izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə müstəqil tələb irəli sürən X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsinə əsasən verilmiş sərəncam, order və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6599/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1193/2004 saylı, 30 yanvar 2004-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 qətnamənin ləğv edilməsi barədə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2338/21 saylı, 12 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – S.F.Hacıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6599/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5236/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli və 02 iyul 2004-cü il tarixli qətnamələri ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək qətnamənin ləğv edilməsini və həmin iş üzrə olan Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə 48 Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müba hisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısı müavininin 25 aprel 1994-cü il tarixli sərəncamı ilə X4 ayrılmış, həmin sərəncam qüvvədə olduğu vəziyyətdə göstərilən mənzilə dair iddiaçının adına order verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun çıxarılmamış, mənzil hüquqi bax ımdan boş olmadığı halda iddiaçının adına order verilməsi barədə icra hakimiyyəti orqanının üzərinə vəzifə qoyulmuşdur. Kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5236/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7147/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7147/2021
22.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver