Məhkəmə qərarları › İş №2(102)-715/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-715/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1942/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasındakı mübahisə borcun qaytarılması tələbi ilə bağlıdır.

2. Mingəçevir şəhə r X3 bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında həyat yoldaşı İddiaçı ümumilikdə 10000 manat borc pul aldığını bildirmişdir.

3. İddiaçı cavabdehə qarşı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10 000 manat məbləğində pulun, 1400 manat faizin, 5000 manat əldən çıxmış faydanın, 50000 manat mənəvi ziyanın, cəmi 66400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhərində məskunlaşmışdır və orada şirniyyat sexi işlədir. C avabdehləri xeyli müddətdir tanıyır və onlarla əvvəllər münasibətləri yaxşı olmuşdur. Bu səbəbdən də cavabdehlər onun etibarından istifadə edərək ondan 10000 manat borc pul almışlar və həmin vəsaiti işlətdiyi obyektin mayasından və bankdan götürərək cavabdehlərə vermişdir. Cavabdehlər tezliklə borclarını qaytaracaqlarını bildirsələr də, sonradan borclarını qaytarmaqdan boyun qaçırmışlar. Məsələ ilə bağlı Mingəçevir ŞPŞ-yə müraciət etmiş, ancaq işdə cinayət tərkibi əlamətləri olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh1 120 (bir yüz iyirmi) manat məbləği ndə dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınması, iddianın qalan və Cavabdeh2 aid hissələrdə təmin edilməməsi qət edilmişdir (hakim Rafiq Məmmədov).

7. Birinci instansiya məhkəməsi iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Mingəçevir ŞPŞ-nin xx.xx.2024-cü il tarixli qərarnda qeyd olanları əsas götürərək, 10 000 manat borc pulunu cavabdehlərdən alınmasını təmin etmişdir. Lakin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut olunmadığına və bu barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyinə görə təmin edilməmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublik asının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442 və 739.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı 2021-ci ilin dekabr ayında faizə (sələmə) pul verən şəxs kimi tanımışdır. 10 dekabr 2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə iddiaçının yaşadığı mənzilə gedər ək ondan ilkin olaraq müəyyən məbləğdə faizə pul götürmüş. Bundan bir neçə gün sonra isə iddiaçıdan yenidən müəyyən məbləğdə faizə pul götürmüşdür. 2022-ci ilin mart ayında yenidən İddiaçı faizə pul götürmüşdür. Götürdüyü faizə pulun 7800 manat hissəsini iddiaçıya qaytarmışdır. Bu azmış kimi isə 6 ay müddətinə iddiaçıya faizin üstü olaraq hər ay 1400 manat pul qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Lakin, iddiaçı bununla razılaşmayaraq onun barəsində Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. X3 bölməsində də bu məzmunda izahat vermiş və Mingəçevir şəhər X3 Bölməsinin təhqiqatçısı X2 25 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra iddiaçı pul tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan Ağdam Rayon Məhkəməsi isə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmiş və ondan iddiaçının xeyrinə 10000 manat pul tutmuşdur. Əgər iddiaçı ona 10000 manat məbləğdə borca pul vermişdirsə, onda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əsasən onunla mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə aralarında belə bir müqavilə mövcud deyildir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(104)-1942/2024 nömrəli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər Həsənov İslam-sədrlik edən və məruzə çi, Süleymanov Loğman və Rzaquliyev Şamil).

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh irəli sürülən faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçıdan 10000 manat borc məbləğini hissə-hissə 2000 manat, 3000 manat və 5000 manat olmaqla aldığını və həmin borc məbləğindən 7900 manat hissəsini qaytarmış olduğunu və hazırda ona 2100 manat borclu olduğunu bildirmişdir.

13. Belə ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, cavabdehə 10000 manat verdiyini sübutetmə yükü iddiaçının, aldığı pulun 7900 manat hissəsini geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

14. Cavabdeh iddiaçının ona 10000 manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutet mə yükündən azad olunmuş sayılır. Lakin, iddiaçıdan aldığı 10000 manat borc məbləğinin 7900 manat hissəsini geri qaytardığını sübuta yetirə bilməmiş, bu halı təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir.

15. Həmçinin apelyasiya instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, tərəflər arasındakı 2000 və 3000 manat vəsaitin borca verilməsi şifahi kredit müqaviləsi əsasında olmuşdur və həmin vəsaitlərin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. Lakin, tərəflər arasında 5000 manat vəsaitin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından həmin hissədə işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, həmin vəs aitin miqdarı 3000 manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından iddia olunan 5000 manat məbləğ cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmiş və qaytarılmamışdır ki, bununla da cavabdeh iddiaçının (məhrum olanın) hesabına əsassız varlanmışdır

16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1093.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddəllərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 oğlu (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında nə şifahi, nə də ki, yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. O, iddiaçıdan faizə (sələmə) pul götürüb və götürdüyü həmin pulu faizi ilə birlikdə qaytarıb. Lakin, işə baxan Gəncə Apellyasiya Məhkəməsi bu halları nəzərə almamış, təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi izahatdan və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da açıq-aydın görünür ki, o polis şöbəsində verdiyi izahatında cavabdehə 2200 (iki min iki yüz) manat borcu olduğunu qeyd etmişdir. Hazırda onun iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Lakin, işə baxan Gən cə Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və yalnız iddiaçının izahatına əsaslanıb əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir.

19. Belə ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla bağlı kasator qeyd etmişdir ki, göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə yükü iddiaçının üzərinə düşür.

20. Belə ki, iş materiallarında onun iddiaçıya borcun olması barədə heç bir sübut yoxdur. Eyni zamanda da iddiaçı onun borcun olmasını sübut edə bilməmişdir. Həmçinin iddiaçının tələb etdiyi məbləğ 3000 (üç min) manatdan artıqdır. Belə olan vəziyyətdə iddiaçı onunla mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə onun arasında belə bir müqavilə mövcud deyildir.

21. Kasator öz mövqeyini Mülki Məcəllənin 329.2, 389.1, 390.1, 739.1,74 0.2-ci və Mülki Prosessual Məcəllənin 76, 77.1, 88-ci maddəllərinə istinadla b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min mana tdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[742]

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçıdan götürdüyü təsdiq olunmuş pul vəsaitinin bir qismini borc müqaviləsi əsasında, bir qismi isə əsassız varlanma nəticəsində əldə etmişdir. Cavabdeh həmin vəsaiti qaytarmadığını sübuta yetirə bilmədiyi üçün iddiaçının tələbləri Mülki Məcəllənin 739.1-ci v ə 1092.1-ci maddələrinə görə əsaslıdır.

42. Həmin normalara əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 27, 30-32).

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmı şdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tə tbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1942/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar