Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7167/2021 19.11.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-157/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-157/2021 nömr əli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, şikayətə kassasiya instansiyasında Cavabdeh1 oğlunun hüquqlarının müdafiəsi üçün Vəkil adına tərtib edilmiş vəkil orderi əlavə edilmiş və kassasiya şikayəti Cavabdeh1 oğlu tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayəti Vəkil tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılmalıdır. -
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-157/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.