Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-717/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qət naməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli 138591-CNS13572 saylı, «Nağd pul krediti müqaviləsi» və xx.xx.2017-ci il tarixli Razılaşma üzrə 9332,37 ABŞ dolları əsas, 981,28 ABŞ dolları faiz, 338,82 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov, E.Kazımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi apelly asiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: “xxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9332,3 7 ABŞ dolları əsas, 981,28 ABŞ dolları faiz, 338,82 ABŞ dolları cərimə borcu, cəmi 10652,47 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən bank sonuncuya illik 28% hesablanmaqla 14000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin iş materiallarından görünür k i, xx.xx.2016-cı il tarixli razılaşma ilə cavabdeh kredit məbləğini 48 ay ərzində xx.xx.2020-ci il tarixədək illik 28% hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış ilkin nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli razılaşma ilə cavabdehin banka olan borcu kapitallaşdırılaraq 10819 ABŞ dolları müəyyən edilmiş, məbləğin 40 ay ərzində illik 21% hesablanmaqla qaytarılması razılaşdırılmış, cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada icra olunmadığından onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququn u digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh kassasiya şikayətində hesabatların düzgün olmadığını göstərsə də, onları şübhə altına ala biləcək hər hansı dəlil-sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh şikayətində birinci intansiya məhkəməsi tərəfindən işə baxılarkən, məhkəmənin yeri və vaxtı barədə ona məlumat verilmədiyini göstərmişdir. Halbuki, iş materiallarından məlum olur ki, Cavabdeh məhkəmə əmrinə etiraz etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə xx xxxx 2018-ci tarixli əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması xx.xx.2018-ci il tarixə saat 11:30-a təyin edilmiş, məhkəmə iclasının həmin tarixə təyin edilməsinə dair bildirişi cavab Cavabdeh şəxsən imza etməklə qəbul etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-717/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-717/2020
07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver