Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-718/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3449/2018 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh kre dit müqaviləsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə 40.000 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 64.000 ABŞ dolları, ümumilikdə 104 (yüz dörd min) ABŞ dolları məbləğində borc pul almışdır.
2. Notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 40.000 ABŞ dolları məbləğində borc almış və müqavilənin şərtlərinə görə Cavabdeh həmin məbləği 31 yanvar 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. Notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 64.000 ABŞ dolları məbləğində borc almış və müqavilənin şərtlərinə görə Cavabdeh həmin məbləğin 24.000 ABŞ dollarını 2017-ci ilin noyabr ayının 30-dək, 40.000 ABŞ dollarını isə 2017-ci ili n dekabr ayının 31-dək qaytarmağı öhdəsinə götürmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 104000 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi ilə alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh aldığı borc pulların qaytarılmasında müxtəlif bəhanələrlə yayınır. Artıq borc aldığı vaxtdan xeyli müddət keçmişdir. Odur ki iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan qeyd edilən məbləğdə borc pul almış, lakin çətinliklər olduğundan həmin borcu ödəyə bilməmişdir.
7. Ağdam Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(013)-1774/2018 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi təmin edilmiş, Cavabdeh ümumilikdə 104000 ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutulub X1 verilməsi qət edilmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 449.1, 739.2, 740.1ci maddələrinə və MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018- ci il tarixli, 2(104)-3449/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdam Rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(013)-1774/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Qətnamədən narazı qalan Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil kassasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(104)-3449/2018 nömrəli qərardadı ilə verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
12. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(104)3449/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş, ey ni zamanda kassasiya şikayəti həmin ərizəyə əlavə edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)-3449/2018 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(104)-3449/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(104)3449/2018 nömrəli qətnaməsindən Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır.
14. Hazırda həmin qərardaddan Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmişdir.
15. Belə ki, kassasiya şikayəti əl imzası ilə imzalanaraq skan edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetə yerləşdirilmişdir. X3 Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(104)-3449/2018 nömrəli qərardadının surəti cavabdehin qeyd etdiyi ünvana göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 14 sentyabr 2013-cü il tarixdə həmin ünvanda Lyudmila Mustafayeva imza edərək qəbul etmişdir. Buna baxmayaraq kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetə (skan edilərək) 09 noyabr 20 23-cü il tarixdə yerləşdirlmişdir.
16. Göründüyü kimi, kassasiya şikayəti eləcədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) 2(104)-3449/2018 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)-3449/2018 nömrəli qərardadından Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 128, 129, 130-cu madd ələrinə, “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli 17-N nömrəli Kollegiya Qərarının 3.2-ci bəndinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3449/2018 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(104)-3449/2018 nömrəli Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfin vermiş olduğu kassasiya şikayətinin geri qaytarılması haqqındakı qər ardadının ləğv olunması, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(104)-3449/2018 nömrəli kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından imtina olunması barədəki qərardadının ləğv olunması və cavabdeh tərəfin elektron sistem vasitəsi ilə 04 iyul 2023cü il tarixdə vermiş olduğu 01 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasına Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 saylı qətnaməsinin ləğv olunması məqsədi ilə yekun qərarının qəbul edilməsi üçün verdiyi kassasiya şikayətinin icraatına qəbul olunması haqqında müvafiq məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.
20. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Gəncə Apellya siya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 saylı qətnaməsinə əsasən (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X6) Ağdam rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(013)-1774/2018 saylı qətnaməsi dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Bu haldan yalnız 24 iyun 2023-cü il tarixdə xəbər tutan cavabdeh tərəf 04 iyul 2023-cü il tarixdə 01 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasına Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 saylı qətnaməsinin ləğv olunması məqsədi ilə yekun qərarının qəbul edilməsi üçün kassasiya şikayəti vermişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası 20 iyul 2023-cü il tarixli, 2(104)3449/2018 saylı qərardadını qəbu l edərək, qərardadında qeyd etmişdir ki, “Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə sonuncunun yaşadığı ünvana cavablı teleqram göndərilmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanladığı cavabdan müəyyən olunur ki, teleqram 08 noyabr 2018-ci il tarixdə Cavabdeh çatdırılmışdır. Lakin, buna baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 nömrəli qətnaməsinin surəti 16 noyabr 2018-ci il tarixli 2(104)-3449/2018 nömrəli müşayiətedici məktubla cavabdehin yaşadığı ünvana göndərilmişdir. Qəbul edilmiş qətnamənin surətinin cavabdehə rəsmi qaydada verilməsi barədə işdə sənəd olmasa da, lakin məhkəmə kollegiyası qey d etmişdir ki, hazırkı işin vəziyyəti kassasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir. Qeyd olunan halda Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nəzərə almamışdır ki, Cavabdeh Azərbaycan Respublikasının hüdudlarını 19 may 2019-cu il tarixdə tərk etmiş və bu vaxta kimi müəyyən obyektiv səbəblərdən Cavabdeh Azərbaycan Respublikasına qayıda bilməmişdir. Onun adından verilmiş apellyasiya şikayətindən məlumatı olmamış və təbii ki, həmin şikayətə baxılmasından tamamilə məlumatsız olmuşdur. Sonuncunun yaşadığı ünvana məhkəmə tərəfindən heç bir teleqram və ya məktub göndərilməmişdir. Sonradan isə 19 may 2019-cu il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin surətini ala və bu səbəbdən də ondan şikayət verə bilməzdi. Daha sonra, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası 20 iyul 2023-cü il tarixli, 2(104)3449/2018 saylı qərardadında qeyd etmişdir ki, “kassasiya şikayətinin mümkünlüyünün qəbul olunması onu ehtiva etmiş olar ki, qətnamə ötən 4 il 7 ay ərzində qanuni qüvvəyə minməmişdir. Halbuki, kassasiya şikayətinin mümkünlüyü ağlabatanlıq meyarları əsasında təhlil olunduqda görünür ki, cavabdeh ötən 4 il 7 ay ərzində, yəni apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi məhkəmə aktına maraq göstərməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
26. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
27. Maddə 135.6 Məcəllənin 10-1.3-cü maddəsinə görə komme rsiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (mad. 135.5). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektr on kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırki kassasiya şikayətində cavabdeh qərardadı tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onu n bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)-3449/2018 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(104)-3449/2018 saylı qətnaməsindən Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
36. Həmin qərardaddan Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil t ərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin mümkünlüyü apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmişdir.
37. Belə ki, kassasiya şikayəti əl imzası ilə imzalanaraq skan edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetə yerləşdirilmişdir. Eləcə də Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)3449/2018 saylı qərardadının surəti cavabdehin qeyd etdiyi ünvana göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 14 sentyabr 2013-cü il tarixdə həmin ünvanda Lyudmila Mustafayeva imza edərək qəbul etmişdir. Buna baxmayaraq kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetə (skan edilərək) 09 noyabr 2023-cü il tarixdə yerləşdirlmişdir.
38. Göründüyü kimi, kassasiya şikayəti həmçinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
40. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikas ının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
41. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 42. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, 17-N saylı Kollegiya Qərarının 3.2-ci bən dinə əsasən, informasiya sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabinetin”dən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İl lərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
44. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
45. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
46. Həmin Məcəllənin 405.0.2. maddəsinə əsas ən apellyasiya instansiyası məhkəməsinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
47. Həmin Məcəllənin 408.1.4. maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
48. Həmin Məcəllənin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
49. Gös tərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 noyabr 2023-cü i l tarixli, 2(104)-3449/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.