Məhkəmə qərarları › İş №2(102)-7182/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7182/2019

20.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7182/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli 2(107)1658/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.B.Fəttahov, iş № 2(046)-333/2019) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməs i tələbinə dair iddiası təmin edilərək cavabdehlərdən müştərək qaydada 97.397 manat alınaraq MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, A.A.Mahmudov və V.İ.Məlikov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə cavabdehlərdən Cavabdeh1 oğlu İddiaçı MMC-nin X1 rəisi, Cavabdeh2 isə qovşağın baş mühəndisi vəzifəsində işləyərkən MMC-nin küllü miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaqla müəssisəyə 97.367 manat məbləğində ziyan vurmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü ilə cavabdehlər 1 il sınaq müddəti müəyyə n olunmaqla şərti cəzaya məhkum olunmuş və həmin cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəymiş maddi ziyanla əlaqədar mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur. 2018-ci ilin noyabr ayında İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onların xeyrinə 97.367 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamədə cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasının müəyyən edilməməsini və işin hallarının tam və hərtərəfli araşdırılmamasını əsas göstərməklə ləğv edilməsini və iddianın qismən təmin edilməsinə dair qərar qəbul edilməsini xah iş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin dəymiş ziyanın məbləğinə münasibətdə araşdırılmamış sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasın a gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehlər MMC-yə məxsus pul vəsaitini mənimsəməklə ona 97.367 manat məbləğində ziyan vurmuş və bu, onların barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi nə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cavabdehlərin haqqında olan cinayət işi üzrə mülki iddia verilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçıya məxsus pul vəsaitini cinayət əlaqəsinə girməklə birlikdə mənimsədiklərindən məhkəmə həmin məbləği onlardan müştərək qaydada tutmaqda haqlı olmuşdur. Dəymiş ziyanın məbləği qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan həmin məsələ ilə əlaqədar araşdırma aparılmamasına dair kassasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apellyasi ya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar