Məhkəmə qərarları › İş №2(102)-7186/2017

Ali Məhkəmə Qərar — İş №2(102)-7186/2017

03.11.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7186/2017 03.11.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 noyabr 2017-ci il İŞ № 2(102)-7186/2017 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı “xxxx” İKB ASC-nin vəkili X9, Cavabdeh1 nümayəndəsi X7, vəkili X2, Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2(105)-1860/2017 saylı qətnaməsindən Cavabdeh1 və vəkili X1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 15 m art 2017-ci il tarixli, 2(060)-3571/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.N.Mahmudova) iddiaçı “Nikyol” İKB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn 03 mart 2016-ci il tarixə ödənilməmiş əsas borca görə 8.051,59 manat, faiz borcuna görə 2.393,82 manat və dəbbə puluna görə 20 manat, cəmi 10.465,41 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılma sı və əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, qalan vəsaitin Cavabdeh1 qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2(105)-1860/2017 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 15 mart 2017-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka p redmeti olan avtomobilin açıq hərracdan satılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 16 faiz ödənilməsi şərti ilə 9.400 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 30 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuş və tərəflərin razılaşmasına əsasən ipoteka predmeti 11.800 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “ödəniş cədvəli”nə əsasən Cavabdeh1 hər ay 267 manat olmaqla, ümumilikdə 12.778 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən iddiaçı təşkilata sonuncu ödəniş 19 yanvar 2015-ci il tarixdə, cəmi 300 manat məbləğində aparılmışdır. İddiaçı təşkilatla digər Cavabdeh2 arasında 30 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə e dilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X1 və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı “xxxx” İKB-nın vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak e tsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş kredit borcunun yaranmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.3-cü maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 38, 39cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsasl andırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı təşkilat və Cavabdeh2 qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiy a şikayəti verməmişlər. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 16 faiz ödənilməsi şərti ilə 9.400 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 30 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilatın xeyrinə ipoteka qoyu lmuş və tərəflərin razılaşmasına əsasən ipoteka predmeti 11.800 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “ödəniş cədvəli”nə əsasən Cavabdeh1 hər ay 267 manat olmaqla, ümumilikdə 12.778 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən iddiaçı təşkilata sonuncu ödəniş 19 yanvar 2015-ci il tarixdə, cəmi 300 manat məbləğində aparılmışdır. İddiaçı təşkilatla digər Cavabdeh2 arasında 30 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaq la icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arası nda kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş kredit borcunun yaranması, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsi, işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və hazırkı mülki mübahisəyə sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. İşdən görünür ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi nin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçı təşkilatın işçiləri tərəfindən heç bir sənəd təqdim edilmədən ipoteka predmetinin ondan geri götürülməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Digər tərəfdən Cavabdeh1 kassasiya şikayətində iddiaçı təşkilatın işçiləri tərəfind ən ipoteka predmetinin ondan qanunsuz olaraq geri alınmasını göstərsə də, bu günədək ipoteka müqaviləsini ayrıca məhkəmə qaydasında mübahisələndirməmiş, ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsini məhkəmə qaydasında tələb etməmişdir. Əksinə, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, ipoteka predmeti olan avtomobil bu gün də Cavabdeh1 mülkiyyətindədir və sonuncu ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla həmin avtomobili özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgü n tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2(105)-1860/2017 saylı qətnaməsi mübahisələndərilən hissədə Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar