Məhkəmə qərarları › İş №2(102)-7188/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7188/2019

18.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7188/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkilin kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏY YƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “xxxx” MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016-cı il tarixli, 2(103)3061/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(102)4354/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2016cı il tarixli, 2(103)3061/2016 sa ylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli, 2(103)1461/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və «xxxx» MMC-dən müştərək qaydada vurulmuş zərərə görə 445.500 manat pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparımış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və «xxxx» MMC-dən müştərək qaydada tutularaq “xxxx” MMC-yə, 200 manat tutularaq « xxxx» MMC-yə, 100 manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(102)-330/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli, 2(103)1461/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli, 2(103)-4229/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-324/2016 saylı iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və «xxx x» MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin həcminin artırılması ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər tərəfindən mübahisə predmeti olan onun mülkiyyətindəki obyekt yararsız hala düşdüyünə görə həmin obyektdən istifadə edə bilmir, həmin obyektin ən aşağı icarə qiyməti aylıq 4000 manatdır və cavabdehlərin təqsirli əməlləri nəticəsində obyektdən altı il müddətində istifadə edə bilməməsinin nəticəsində 288000 manat gəlirindən məhrum edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada vurulmuş zərərə görə 445500 manatın və əldən çıxmış gəlirə görə 288000 manatın, cəm i 733500 (yeddi yüz otuz üç min beş yüz) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə baxmış olan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 may 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil kass asiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir faktiki və hüquqi əsas olmadan vurulmuş zərərin əvəzinin “xxxx” MMC-dən tutulması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1332/2019 saylı iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsinin cavabdeh “xxxx” MMC-dən 125.700 manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilərək, cavabdeh “xxxx” MMC-yə münasibətdə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil qarşı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nümayəndəsi X2 məhk əmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 17 may 2019-cu il tarixli qətnaməsi vurulmuş zərərin məbl əği hissəsində ləğv edilməli, iş ləğv edilmiş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752, 762.1, 1096.1, 1097.1-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh “xxxx” MMC hazırki iddiaya cavab verməli olan şəxs olduğundan mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslar mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi digər nə ticəyə əsasən isə iddiaçı tərəfindən Dövlət Neft Şirkəti cavabdeh qismində göstərilməsinə baxmayaraq Şirkətin Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında görülən işlərdə hər hansı bir formada iştirakı təsdiq olunmur. Buna görə də, Dövlət Neft Şirkəti də hazırki iddiaya cavab verməli olan şəxs olmadığından, eləcə də Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ayrıca müstəqil hüquqi şəxs olduğundan ona münasibətdə də iddia təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, iddia tələbində dəymiş zərərin tam ödənilməsi tələb olunduğundan, zərərin məbləğinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edirdi. Buna görə də, "xxxx" MMC-dən 125.700 (yüz iyirmi beş min yeddi yüz) manat(104,75x1200=125.700) alın araq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə zərərin məbləğinin tutulması hissəsi istisna olmaqla digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı 30.03.2007-ci il tarixli 7-169/17g nömrəli məktubunda Bakı şəhərində yerləşən bir sıra binaların, o cümlədən ünvan 1 ünvanda yerləşən yaşayış binasının fasadının yenidən qurulması və işıqlandırılmasına dair təmir işlərinin aparılması x ahiş edilmişdir. Bu məktubun icrası ilə əlaqədar Sosial İnkişaf İdarəsi və “xxxx” MMC arasında “ünvan 2 ünvanda yerləşən binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri bağlanmışdır. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi layihənin ekspertizasının keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə 02.11.2012-ci il tarixli Qİ 12/LSE-12/3353 saylı məkubla müracət etmişdir. Məktubun icrası ilə əlaqədar olaraq “Bakı şəhərində Musiqili Komediya Teatrının fasadlarının yenidən qurulması” layihəsi həmin təşkilat tərəfindən ekspertizadan keçirilərək 21.01.2013-cü il tarix li 15370/14512/13695 saylı rəy verilmişdir. 21.01.2013-cü il tarixli 15370/14512/13695 saylı rəyin 2-ci bəndində görüləcək işlər əks olunur ki, burada da ancaq fasad işlərin yerinə yetirilməsi göstərilir. Həmçinin işin materiallarında olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının daxilində yenidən qurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “xxxx “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli Az/ADMKT/BM-017 nömrəli müqavilədən görünür ki, sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyetklərin Birləşmiş Müdiriyyəti Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında əsaslı təmir və yenidən qurulması işlərinin və bu işlərin layihə smeta sənədlərinin hazırlanması ob yekti üzrə təmir işlərinin aparılmasını icraçı “xxxx “MMC-yə verir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə müəyyən etdiyi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidənqurulması iki mərhələdə həyata keçirilmişdir. Birinci dəfə Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinə ünvanlandığı 30.03.2007-ci il tarixli məktubun icrası ilə əlaqədar sifarişçi Sosial İnkişaf İdarəsi və icraçı “xxxx” MMC arasında “ünvan 2 ünvanda yerləşən binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə” 07 avqust 2008-ci il və noyabr 2009-cu il tarixlərdə Əsaslı təmir üçün podrat Müqavilələri əsasında Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənmiş və işıqlandırılmı şdır. İkinci dəfə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidənqurma işlərinin aparılması barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “xxxx “MMC arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli i müqavilənin icrası ilə əlaqədar bina daxilində yenidən qurma işləri aparılmış, o cümlədən yeni qazanxana, nasosxana sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması, həmçinin teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilmişdir. İşin materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və «xxxx» MMC-yə qarşı tələbinin əsasını cavabdehlər tərəfindən mübahisə predmeti olan onun mülkiyyətindəki obyektin yararsız hala d üşdüyünə görə həmin obyektdən istifadə edə bilməməsi, həmin obyektin ən aşağı icarə qiyməti aylıq 4000 manat olmaqla cavabdehlərin təqsirli əməlləri nəticəsində obyektdən altı il müddətində istifadə edə bilməməsinin nəticəsində 288000 manat gəlirindən məhrum edilməsi təşkil etmişdir. Belə ki, onun xüsusi mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 148.5 kv.m olan qeyri-yaşayış sahəsinin 50 kv.m sahəsi cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin qanuna zidd və təqsirli əməlləri nəticəsində zəbt edilərək, oraya iddiaçının iradəsinə zidd istixana avadanlıqları quraşdırılmış, nəticədə onun xüsusi mülkiyyətində olan, mübahisə predmeti ol an qeyri-yaşayış sahəsi tamamilə istifadəyə yararsız hala düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 109 7.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında mübahisəli binanın fasadının layihə işlərinin yerinə yetirilməsi, bərpası və əsaslı təmiri barədə podrat müqavilələri bağlanaraq Teatr binasının fasadı yenidən qurularaq gülbax daşları ilə üzlənməsi, işıqlandırılması, Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında isə binanın daxilində yenidən qurma işləri aparılması, o cümlədən yeni qazanxana, nasosxan a sahələrinin inşası, həmin sahələrdə isitmə-soyutma sisteminə aid olan avadanlıqların quraşdırılması işləri həyata keçirilsə də, iddiaçı tərəfindən cavabdeh kimi göstərilməsinə baxmayaraq Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin ümumiyyətlə hazırki iddia üzrə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməməsinə, onun tərəfindən hazırki iddianın predmeti baxımından hər hansı bir mülki hüquq pozuntusuna yol verilməməsinə dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi teatr binasına aid olan müxtəlif ölçülü boruların çəkilməsi həyata keçirilməsi, bina daxilində yenidən qurma işləri aparılmasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında həyata keçirilməsi və buna görə də məsuliyyətin s onuncunun üzərinə düşməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən Dövlət Neft Şirkətinin də cavabdeh qismində göstərilməsinə baxmayaraq Şirkətin bu işlərdə hər hansı bir formada iştirakının təsdiq olunmadığı üçün onun da hazırki iddiaya cavab verməli olan şəxs olmadığından, eləcə də Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin ayrıca müstəqil hüquqi şəxs olduğundan ona münasibətdə də iddia təmin oluna bilməməsinə dair nəticələri ilə razılaşır və hesab edir ki, işə apellyasiya icraatında araşdıran məhkəmə haqlı olaraq cavabdeh “xxxx” MMC hazırki iddiaya cavab verməli olan şəxs olduğundan mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslar mövcud olması qənaətinə gəlmişdir. Belə ki, “xxxx” MMC Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratı elə icra etməli idi ki, bunun nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin sifarişin hansısa şəxs tərəfindən verilməsindən asılı olmayaraq o, podratı qüsurlu, daha doğrusu iddiaçının xüsusi mülkiyyətində olan əmlaka zərər vurmaqla icra etmiş, nəticədə həmin əmlak tamamilə yararsız vəziyyətə düşmüşdür. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinin, eləcə də 2 saylı tikilinin daxilində monalit beton konstruksiyalı rigerlərin və sütunların inşa olunduğu, pilləkən qəfəsəsinin və daxili giriş-çıxış qapılarının daraldılm ası, 148.5 kv.m. olan qeyriyaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunması və qeyri-yaşayış sahəsinin digər hissəsi istifadə üçün tam yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Belə ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının 16.11.2015-ci il tarixli, 18409 №-li rəyinə əsasən ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 104,75 kv.m (148,5-17,55-26,2) olduğu, bunun da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 148,5 kv.m sahədən 43,75 kv.m (148,5-104,75) az olduğu müəyyən edilir. Həmin zirzəminin sahəsinin aza lmasına səbəb, binada aparılan təmir işləri zamanı texniki pasportda 6 və 7 literi ilə qeyd olunmuş otaqların bir hissəsinin (17,55 kv.m) Dövlət Musiqili Teatrının binasına qatılmaqla, qazanxana otağı kimi istifadə edildiyi və həmin işlərin aparılması nəticəsində 6 və 2 saylı otaqlar arasındakı keçidin bağlanması ilə 2 saylı otağın qapalı vəziyyətə salınması olmuşdur. Zirzəmidə yerləşən 6 və 7 saylı otaqların, eləcə də onların üstündə yerləşən otaqların bir-birinə qatıldığı və həmin sahədə teatr binasının isitmə-soyutma sisteminə aid olan avadanlıqların və müxtəlif diametrli boruların quraşdırıldığı müəyyən edilmişdir. Bu işlərin nəticəsində iddiaçıya aid olan qeyri yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinə, eləcə də 2 saylı tikilinin daxilinə zirzəmidə yerləşən digər ot aqlardan keçməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində qalmış otaqlara pilləkən qəfəsindən olan keçidlər daraldığından, eləcə də digər otaqların daxilindən teatr binasına aid olan müxtəlif ölçülü borular keçdiyindən, həmin hissələrə pilləkən qəfəsəsindən sərbəst daxil olmasının və bu sahələrdən maneəsiz istifadə edilməsi də mümkün deyildir. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 16 avqust 2018-ci il tarixli 15015 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m olan qeyri-yaşayış sahəsinin 6 və 7 saylı tikililərinin bir hissəsinin, eləcə də 2 saylı tikilinin daxilində monalit beton konstruksiyalı rigerlərin və sütunların inşa olunduğunu, pilləkən qəfəsəsinin və daxili giriş-çıxış qapılarının daraldılmasını, 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq Musiqili Komediya Teatrının qazanxana otağı kimi istifadə olunduğuna görə həmin qeyri-yaşayış sahəsinin istifadə üçün yararsız vəziyyətə salındığı müəyyən edildi. Qərardadın ikinci və üçüncü sualları üzrə: Yararsız vəziyyətə düşmüş qeyri-yaşayış sahəsinin daxili konstruktiv elementlərinin üzərində aparılmış tikintiquraşdırma işlərinin sökülərək əvvəlki vəziyyətə qaytarılması və söküntü işləri aparılan zaman tikilinin dayanıqlığına təsir edib-etməməsinin müəyyən edilməsi konstruktor ixtisasına malik mütəxəssis tərəfindən konstruktiv layihə-smeta sənədləri hazırlandıqdan sonra həyata keçirilə bilər. Qeyd olunan sənədlər hazırlandıqdan sonr a tikilinin əvvəlki vəziyyətə qaytarılması üçün nə qədər vəsait tələb olunduğu müəyyən edilə bilər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 21 yanvar 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1956-cı ildə inşa olunduğunu, zirzəmi hissəsində rekonstruksiya işlərinin (mövcud örtüyün sökülərək mərtəbə hündürlüyünün coxaldılması) aparıldığını, aparılmış işlərə dair layihə sənədlərininin ( işçi layihə, geoloji və konstruktiv hesabatlar) təqdim edilməməsini nəzərə alsaq zirzəmidə aparılmış rekonstruksiya işlərinin sökülərək zirzəminin əvvəlki vəziyyətə qaytarılması məqsədəuyğun hesab edilmir. Binanın zirzəmi hissəsində aparılmış rekonstruksiya işlərinin və zirzəminin əvvəlki vəziyyətinə qaytarılması zamanı yaşayış binasanın ümumi dayanıqlığına mənfi təsir edib-etməməsini müəyyən etmək üçün binada layihə əsasında müvafiq instrumental müayinə işləri aparılmalıdır. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 09 aprel 2019-cu il tarixli 31831 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Azərdövlətsənayelayihə" Dövlət Layihə institutunun 2 nömrəli Memar İnşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi tərəfindən imzalanmış 21.01.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən; binanın zirzəmi hissəsində aparılmış rekonstruksiya işlərinin və zirzəminin sökülərək əvvəlki vəziyyətinə qaytarılması zamanı binanın ümumi dayanıqlığına mənfi təsir edib-etməməsini müəyyən edilməsi binada layihə əsasında müvafiq instrumental müayinə işləri aparıldıqdan sonra müəyyən edilə bilər. ünvan 3 ünvanda yerləşən ya şayış binasının 1956-cı ildə inşa olunduğunu, zirzəmi hissəsində rekonstruksiya işlərinin (mövcud örtüyün sökülərək mərtəbə hündürlüyünün çoxaldılması) aparıldığını, aparılmış işlərə dair layihə sənədlərininin (işçi layihə, geoloji və konstruktiv hesabatlar) təqdim edilməməsini nəzərə alaraq, zirzəmidə aparılmış rekonstruksiya işlərinin sökülərək zirzəminin əvvəlki vəziyyətə qaytarılması məqsədə uyğun hesab edilmir. Müətəxəssis tərəfindən verilmiş rəyin birinci və ikinci hissəsi arasında ziddiyət olduğundan mübahisəli məsələnin həlli mümkün olmadı və son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı iş üzrə ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır və hesab edir ki, ekspert rəyinə işin digər sübutları ilə yanaşı qiym ət verən məhkəmə haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsinin arakəsmə divarla bağlanaraq faktiki olaraq Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunduğuna görə cavabdeh “xxxx” MMC yalnız 104,75 kv.m hissəsinin tam istifadəyə yararsız vəziyyətə salındığına görə mülki hüquqi məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qeyri-yaşayış sahəsinin 43.75 kv.m. hissəsi iddiaçıya münasibətdə tam yararsız vəziyyətə düşərək əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, faktiki olaraq təyinatı dəyişərək başqa şəxs, yəni Dövlət Musiqili Teatrının qazanxana otağı kimi istifadə olunduğuna görə həmin hissənin də təyinatı podratçı kimi “xxxx” MMC tərəfindən dəyişdirilsə də, sonuncu bu hissə üzrə mülki hüquqi məsuliyyətə cəlb edilməməli olmamasına dair apellyasiya məhkəməsinin mövqeyini də qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası “xxxx” MMC-nin kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassatorun tərəfindən qüsurlu, üçüncü şəxslərin hüquq və iddialarına səbəb olacaq hər hansı hərəkəti olmaması, bu olmuş olsa belə bütün görülən işlərin tam olaraq sifarişçilərin təqdim etdiyi layihələrə uyğun olaraq həyata keçirilməsi, “xxxx” MMC-nin hazırki iş üzrə cavabdehlik daşımayan şəxs olmamasına dair dəlilləri əsassız olmaqla cavabdeh “xxxx” MMC-nin yalnız 104,75 kv.m hissəsinin tam istifadəyə yararsız vəziyyətə salındığına görə mülki hüquqi məsuliyyətə cəlb olunmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticələri işin araşdırılm aş hallarına tam uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə vurulmuş zərərin məbləği hissəsi istisna olmaqla digər hissələr üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin «xxxx» məhdud məsuliyyətli cəmiyyətinə münasibətdə dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. Buna görə də «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin kassasiya şikayəti təmin edilməməlidir. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin zərərin məbləğinin tutulması hissəsində gəldiyi nəticələrlə razılaşmır və hesab edir ki, bu hissə üzrə məhkəmə Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli 2(102)-330/18 saylı qərarında şərh edilən göstərişlərə tam əməl etməmişdir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin 28.02.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 465.500 manat təşkil edir. Həmin qeyri-yaşayış sahəsinin 2009-cu il tarixinə bazar dəyəri 582.000 manat, 23.05.2016-cı il tarixə bazar dəyəri 456.000 manat təşkil edir. Həmçin in işdə olan “xxxx” MMC-nin 13.04.2016-cı il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 520.000 manat, likvid dəyəri 468.000 manat təşkil edir. “xxxx” MMC-nin 07 iyul 2017-ci il tarixli rəyindən isə görünür ki, 2009-cu il tarixinə İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 148,5 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 585.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 205.000 manat; 23 may 2016-cı il tarixinə 148 kv.m üzrə 450.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 155.000 manat; 07 iyul 2017-ci il tarixinə 148 kv.m üzrə 460.000 manat, ayrıca olaraq 48 kv.m üzrə 160.000 manat müəyyən edilir. Göründüyü kimi, işdə qeyri-yaşayış sahəsinin real bazar dəyərini müəyyən edən bir neçə qiymətləndirici şirkə tin rəyləri mövcuddur. Həmin rəylər, o cümlədən xxxxnin rəyindən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin dəyəri müəyyən olunarkən analoqlara istinad olunmuş, lakin rəylərdə tədqiq olunan obyektin tam təmirsiz vəziyyətdə olması, analoqlarda təsvir olunan obyektlərin isə tam təmirli və işlək vəziyyətdə olmaları nəzərə alınmadan monitorinq aparılmaqla əmlakın real bazar dəyəri müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu rəylərdə qeyri-yaşayış sahəsinin real dəyəri barədə verilən məlumatların obyektiv və real hesab edilə bilməməsini qeyd etsə də, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsi hazırki iddianın predmeti baxımından mühüm əhəmiyyətə malik olmasına tam və düzgün hüquqi qiymət verməmişdir. İşdə olan "xxxx" MMC Qiymətləndirmə şirkətinin "xxxx" MMC-yə ünvanlanmış 27 mart 2017-ci il tarixli Arayışına görə mübahisəli qeyri-yaşayış sahəsinin məhdud hündürlüyə (2,3 metr) malik olmaqla təmirsiz olması nəzərə alınmaqla 2016-cı ilin may ayında 1 kv.metrinin dəyəri 1200 manat təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən rəyə qiymət verərək mübahisəli qeyri-yaşayış sahəsinin tam zirzəmi olması, tam təmirsiz olması, təmirsiz vəziyyətdə hündürlüyünün 2,3 metr olması (təmir oluna bilərdisə bu məsafənin bir qədər qısalması da qaçılmaz olacaqdır) bu rəyin mötəbər olduğunu, yəni qeyri-yaşayış sahəsinin 1 kv.metrinin real bazar dəyərinin 1200 manat təşkil etməsini tam inandırıcı və ağlabatan olduğunu təsdiq edilməsinə dair gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Qiymətləndirmə şirkətinin daşınmaz əmlak bazarında kifayət qədər nüfuzlu və obyektiv qiymətləndirici şirkət kimi tanınması, eləcə də dövlət orqanlarının da əsasən müraciət etdiyi bir şirkət olmasının da rəyin obyektivliyinə dəlalət edən amillər hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən rəyə istinad edərək "xxxx" MMC-dən 125.700 (yüz iyirmi beş min yeddi yüz) manat(104,75x1200=125.700) alınaraq İddiaçı verilməli olması qənaətinin əsaslandırılması qanuna uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan digər rəylərə münasibətdə "xxxx" MMC Qiymətləndirmə şirkətinin daşınmaz əmlak bazarında kifayət qədər nüfuzlu və obyektiv qiymətləndirici şirkət kimi tanınması əsasın ın sözügedən orqanın rəyində göstərilənləri mötəbər sübut kimi qiymətləndirilməsinə hüquqi əsas verməməsinə və bu mövqenin “xxxx” MMC-nin, “xxxx” MMC və “xxxx” MMC-nin rəylərinin müəyyən mənada şübhə altına alınmasına bir növ dəlalət etməsinə diqqət yetirməmişdir. Halbuki, Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli 2(102)-330/18 saylı qərarında şərh edilən göstərişlər də həmin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən məcburi olduğundan mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsi hazırki iddianın predmeti baxımından mühüm əhəmiyyətə malik olmasına istiqamətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya instansiya məhkəməsinin şərh edilmiş göstərişlərinə tam əməl etmədən şəhərin mərkəzində yerləşən 148.5 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyərinin hazırki bazar qiymətləri ilə 125700 manat olmasının isə ağlabatan olmasına dair qənaətini düzgün əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun y oxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qayda ların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutlan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymələndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın m əzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıc ı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2 4 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində vurulmuş ziyanla bağlı göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə həmin hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının vurulmuş ziyanla bağlı iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət m ühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi vurulmuş ziyan hissəsində qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin hissə üzrə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmməd ovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməl idir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən hissədə maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi həmin hissə üzrə də qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üç ün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17.05.2019-cu il tarixli qətnaməsi vurulmuş zərərin məbləği hissəsində ləğv edilsin və iş ləğv edilmiş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar