Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-719/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102) - 719/2019 şəhəri 28 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, iddiаçı İddiaçı QSC-nin vəkili***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)2781/2018 nömrəli qətnaməsindən iddiaçı iddiаçı İddiaçı QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, onlardan müştərək qaydada bankın xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 6.590,58 ABŞ dolları əsas borc, 3.052,18 ABŞ dolları faiz və 3.926,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.569,30 ABŞ dolları borcun, 04KK000000166 saylı kredit müqaviləsi üzrə 1.797,50 manat əsas, 220,61 manat faiz və 1.219,46 manat cərimə borcu olmaqla, cəmi 3.237,57 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Z.Ə.Əliyev) 23 noyabr 2017-ci il tarixli, 2(009)-4582/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17 sentyabr 2014-cü il tarixli 04KK000000166 saylı kredit razılaşması üzrə 1797,50 manat əsas, 220,61 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 2118,11 manat borcun, 23 aprel 2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 6590,58 ABŞ dolları əsas, 1658,28 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 8448,86 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 29.08.2018-ci il tarixli, 2(103)-2781/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasi ya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 və Cavabdeh1 aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh3 və Cavabdeh1 aid hissədə təmin edilməmiş, qətnamə qalan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiаçı İddiaçı QSC və vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiаçı İddiaçı QSC və vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə h azırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsini tətbiq etmişdir. Belə ki, məhkəmə 17.09.2014-cü il tarixli kredit razılaşması üzrə iddia tələbini zaminlərə münasibətdə rədd edərkən, düzgün olmayaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsinin 2-ci cümləsinə (Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir) istinad etmişdir. Halbuki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci və 1.3-cü bəndlərində Bankın bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində kredit xətti açması, kreditlərin tərəflər arasında "Kredit razılaşması" forma sında bağlanacaq ayrıca razılaşma əsasında veriləcəyi, kredit xətti əsasında verilən kreditlərin məbləği, müddəti və faizlərinin həmin kredit razılaşmaları ilə müəyyən olunduğu təsbit olunmuşdur və kredit xətti üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı "İddiaçı" QSC arasında bağlanmış 10.01.2014-cü il tarixli və 16.09.2014-cü il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək zaminlik müqaviləsi qüvvədədir. Məlum olduğu kimi, kredit xətti müqaviləsi çərçivəsində verilmiş və ya veriləcək müxtəlif və birdən çox öhdəliklərə (borca/kreditə), bəlli bir həddi aşmamaq şərtilə, zaminliklə təminat verilməsi mümkündür. Bu növ müqavilədə birdən çox miqdarda, müxtəlif zamanlarda və məbləğləri fərqli surətdə a çılan kreditlər bir zaminlik ilə təminat altına alınır. Kredit xətti müqaviləsi çərçivəsində verilmiş kreditin qaytarılması hallarında belə zaminliyə xitam verilmiş olmur; əsas borclunun həmin müqavilə çərçivəsində aldığı növbəti kredit üzrə də zaminin məsuliyyəti davam edir. Çünki zaminin təminat verdiyi kredit öhdəliyinin maksimum miqdarı və müddəti zaminlik müqaviləsində öz əksini tapmış olur və bu hal, zaminliyi etibarlı hala gətirir. Təsadüfi deyildir ki, zaminlik müqaviləsini bağlayan zamin də öz iradəsini bu yöndə bəyan edir. Hazırkı işin faktiki hallarına əsasən borcluya kredit xətti çərçivəsində 23.04.2015-ci il tarixli kredit razılaşması ilə 10.000 ABŞ dolları məbləğində kreditin verilməsi zamanı zamin Cavabdeh3 kredit razılaşmasına əlavə olunan ödəniş cədvəlini imzalamışdır, bel ə olan halda zamin istər açılan kredit xəttinin, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı olmuşdur. Habelə, Konstitusiya Məhkəməsi Plenumunun qərarında söhbət bağlanmış kredit müqavilələrində yalnız faiz dərəcəsi barədə zaminin razılığının alınmasından gedir və hesab etsək ki, hazırkı işdə məhkəmənin qeyd etdiyi kimi zamindən həmin razılıq alınmamışdır, onda belə olan halda məhkəmə zaminə münasibətdə iddianı ancaq faiz borcu tələbinə dair hissədətəmin etməyə bilərdi. Məhkəmə isə, əsassız olaraq əsas borc tələbinə dair hissədə də iddianı zaminə münasibətdə rədd etmişdir. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinə əsasən, zaminliyə o hallarda xitam verilir ki:zaminliyin təmin etdiyi öhdəliyə xitam verilsin;zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirils in və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun.Göründüyü kimi, bu maddənin tətbiqi üçün zəruri şərt öhdəliyin dəyişdirilməsi və həmin dəyişikliyin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasıdır. Lakin hazırkı işdə belə bir hal, yəni istər 23.04.2015-ci il, istərsə də, 17.09.2014-cü il tarixli kredit razılaşmalarından irəli gələn öhdəliklərin sonradan dəyişdirilməsi faktı mövcud olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin vəkili*** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin etməklə, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qətnaməsini zaminlər Ca vabdeh3 və Cavabdeh1 aid hissədə ləğv edərkən haqlı olmamış, mübahisələndirilən bu hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2009-cu il tarixli, 04L000002145 saylı əsas kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 60 ay müddətinə, 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 10 yanvar 2014-cü il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 2145 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 178 ay olmaqla 2023cü ilə tarixədək uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində 17 setyabr 2014-cü il tarixli kredit razılaşması bağlan mış və sonuncuya bu müqaviləyə əsasən 12 ay müddətində qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 1.800 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində 23 aprel 2015-ci il tarixli kredit razılaşması bağlanmış və sonuncuya bu müqaviləyə əsasən 18 ay müddətində qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış 17 setyabr 2014-cü il tarixli kredit razılaşmasına təminat kimi, Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, aşağıdakılara əsasən 17 sentyabr 2014-cü il tarixli 04KK000000166 saylı kredit razılaşması üzrə 1797,50 manat əsas, 220,61 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 2118,11 manat borcun müştərək qaydada Cavabdeh3 və Cavabdeh1 da İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiy i öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı QSC ilə Cavabdeh2 arasında xətti müqaviləsinin müddəti çərçivəsində 17 setyabr 2014-cü il tarixli kredit razılaşması bağlanmış və sonuncuya bu müqaviləyə əsasən 12 ay müddətində qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 1800 manat məbləğində kredit verilmişdir. Bu müqavilənin təminatı kimi bağlanmış zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, həmin müqavilə bağlandığı and an qüvvəyə minir və müqavilə kredit müqaviləsi üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Kollegiya hesab edir ki, müqavilənin 4.1-ci bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, "bu müqavilənin 4.1-ci bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir" ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən e dilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən bəhs etmək mümkün deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həflələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddi açı bankla Cavabdeh3 və Cavabdeh1 zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış 17 setyabr 2014-cü il tarixli kredit razılaşmasının (müqaviləsinin) şərtlərindən göründüyü kimi, onlar kredit borcunun hər ay cədvəl üzrə hissə-hissə icra edilməsi ilə bağlı razılıq əldə etmişlər. Başqa sözlə, tərəflər kredit borcunun və ona hesablanmış faizlərin müqavilə müddətinin bitdi yi tarixdə qaytarılmasını razılaşdırmamışlar. Ona görə də, cədvəl üzrə razılaşdırılmış hər hansı ayın ödənişinin vaxtı çatdıqda həmin ödənişlərin aparılmaması halında artıq borclu tərəfindən bütövlükdə öhdəliklərin icra edilməməsi halı yaranmış olacaqdır. Mülki Məcəllənin 427.1, 427.3 və 445.2.1-ci maddələrinin müddəaları da göstərilən qənaətə gəlməyə əsas verir. Həmin maddələrə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarından aydın olur ki, borcalan aldığı krediti ödəniş cədvəlinə uyğun ödəməyə borcludur, sonuncu ödəniş isə 17.09.2015-ci il tarixdən gec olmayaraq ödənilməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi, onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci müqavilə müddətinin bitdiyi 17.09.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Bank zaminlərə qarşı 17.09.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı hazırki tələblə yalnız 25.09.2017-ci il tarixdə məhkəməyə mü raciət etmişdir. Bununla da bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi iddia təl əbini İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış 17 setyabr 2014-cü il tarixli kredit razılaşması (müqaviləsi) üzrə yaranmış kredit borcunun müştərək qaydada Cavabdeh3 və Cavabdeh1 da tutulması hissəsində təmin etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməklə iddia tələbi İddiaçı” QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış 17 setyabr 2014-cü il tarixli kredit razılaşması (müqaviləsi) üzrə yaranmış kredit borcunun Cavabdeh3 və Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən qətnamənin iddia tələbinin 23 aprel 2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 6590,58 ABŞ dollar ı əsas, 1658,28 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 8448,86 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun Cavabdeh3 və Cavabdeh1 da tutulmasının təmin edilməsi hissəsində də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsinin müddəti çərçivəsində 23 aprel 2015 il tarixli kredit razılaşması bağlanmış və sonuncuya bu müqaviləyə əsasən 18 ay müddətində qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin işdən müəyyən edilir ki, həmin müqavilə bağlanarkən kredit xətti müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 bununla bağlı müqaviləni imzalamamaqla xəbərdar edilməmişlər. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh ed ilməsinə dair 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olm a faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Kollegiya qeyd edir ki, sözügedən kredit xətti müqaviləsi və eləcədə zaminlik müqaviləsi bağlanılarkən həmin müqavilədə faiz şərtləşdirilməmiş və qeyd edilməmişdir. Halbuki, konstitusiya məhkəməsinin plenum qərarında kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi aid edilmiş və bunların göstərilməməsi zamindən əlavə kredit müqaviləri bağlanılarkən razılığın alınmalı olması mütləq göstərilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında xətti müq aviləsinin müddəti çərçivəsində 23 aprel 2015 il tarixli kredit razılaşması bağlanılarkən zaminlər zaminlər Cavabdeh3 və Cavabdeh1 iştirakı təmin edilməklə razılıqları alınmamış və burada müqaviləni imzalamamışdır. Beləliklə kollegiya hesab edir ki, hazırki halda kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməməklə 23 aprel 2015 il tarixli əlavə kredit razılaşması bağlanarkən faiz dərəcəsi barədə zaminlərin razılığı alınmadığından bu hal zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli və qanunvericiliyin tələbləri baxımından zaminliyə xitam verilməsi üçün əsasdır və belə olan halda iddia tələbi 23 aprel 2015 il tarixli əlavə kredit razılaşması üzrə borcun Cavabdeh3 və Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilə bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsin in zaminlərə münasibətdə gəldiyi qənatlə razılaşmayaraq, qeyd edir ki apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” A zərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. İstinad edilən maddi hüquq normasından, habelə onun şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi, zaminliyə Mülki Məcəllənin 477.0.1ci maddəsinə əsasən xitam zaminliklə təmin edilmiş öhdəliyin məsuliyyətin artması ilə xarakterizə edilən dəyişikliyin mövcudluğu ilə şərtləndirilmişdir. Eyni zamanda məsuliyyətin artmasının qiymətləndirilməsi zamanı zaminin kredit müq aviləsinin mühüm şərtləri olan kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. barədə məlumatlı olub-olmamasının araşdırılması tələb edilmişdir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyi halda isə sonradan faiz dərəcəsi barədə zaminin razılığının olub-olmamasının araşdırılmalıdır. Belə ki, məhz belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normasının və onun şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını düzgün tətbiq etməyərək, zaminin kredit xətti müqaviləsi əsasında bağlanmış kredit müqavilələrinin mühüm şərtləri (faiz dərəcəsi, aylıq ödəniş cədvəli) barədə sonradan məlumatlandırılıbməlumatlandırılmamasını araşdırmamışdır. Halbuki, iddiaçı kassasiya şikayətində sonradan ba ğlanmış kredit müqaviləsi üzrə faiz və aylıq ödənişin həddini əks etdirən ödəniş cədvəlinə zamin tərəfindən imza edilməklə tanış olduğuna istinad edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Yeni apellyasiya baxışında isə istinad edilən ödəniş cədvəlinin zaminlər tərəfindən imzalanıb - imzalanmaması araşdırılmaqla zaminin faiz dərəcəsi və aylıq ödənişlərin həddi barədə məlumatlandırılması məsələsinə aydınlıq gətirilməlidir. Digər tətərfdən, kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin müddətin keçməsi əsası ilə də zaminliyə xitamın verilməsinə dair gəldiyi qənaətlə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, istinad edilən maddi hüqu q norması ilə zaminliyə müddətin keçməsi əsası ilə bağlı xitamın verilməsinin şərtləri açıqlanmışdır. Maddənin məzmunu baxımından ilk növbədə zaminlik müqaviləsində belə bir müddətin nəzərdə tutulub-tutulmadığı, olmadığı halda isə kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixə münasibətdə iddianın verilməsinədək olan dövr arasında 1 illik müddətin keçib-keçmədiyi yoxlanılmalıdır. Zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitamın verilməsi isə əsas öhdəliyin icrası müddətinin göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildiyi halla şərtləndirilmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə qənaəti ilə razılaşaraq, qeyd edir ki, həq iqətən də "bu müqavilənin 4.1-ci bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir" ifadəsinin zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən bəhs etmək mümkün deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həflələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Lakin kollegiya apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddətinin 17.09.2015-ci il tarixə təsadüf etməsi ilə razılaşmır. Belə ki, müqavilə üzrə icra müddətinin müəyyən edilməsi zamanı kredit xətti müqaviləsi ilə onun çərçivəsində bağlanaraq, şərtləri zaminlə razılaşdırılmış kredit müqavilələrinin icra müddəti nəzərə alınmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının istinad etdiyi ödəniş cədvəlinin zaminlər tətəfindən imzalandığının müəyyən edildiyi halda icra müddətinin də məhz elə həmin müqavilənin öhdəliklərinin icra müddətinin bitdiyi andan hesablanmalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməs i üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-2781/2018 nömrəli qətnaməsi iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid təmin edilməmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-719/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-719/2019
28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver