Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-719/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 Cavabdeh: “xxxx” ASC İddia tələbi: “xx.xx.2007-ci il kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2009-cu il 1 saylı əlavənin etibarsız hesab edilməsi” Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1, vəkili Eminov Əziz Mürsəl oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12349/ 2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: - “xxxx” ASC-nin mərkəzi filialı ilə İddiaçı1 arasında bağlanmış 1818 saylı, xx xxxxxx 2007-ci il tarixli kredir müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq”xxxx” ASC İddiaçı1 illik 15 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 353500 (üç yüz əlli üç min beş yüz) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - “xxxx” ASC-nin Mərkəzi filialı ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 1818 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxx 2009-cu il tarixli, 01 saylı əlavənin surətindən görünür ki, borcalandan verilən kredit vəsaitindən istifadə müddəti 48 aydır. -Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(060)-4095/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı1 “xxxx” ASCnin xeyrinə 130000 ABŞ dolları əsas, 105841,54 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 236841,54 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhəməsi Mülki Kollegiyasının 2(105)-142/2015 saylı, xx xxxxxxxx 2015-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddia çı1 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(060)4095/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-644/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-142/2015 saylı, xx xxxxxxxx 2015-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1207/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(060)-4095/2014 saylı qətnaməsi qismən İddiaçı1 “xxxx” ASC-nin xeyrinə 130000 ABŞ dolları əsas, 105841,54 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 236841,54 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5765/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, “xxxx” ASC-nin baş direktoru Akif Əliyevin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı1 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1818 saylı kredit müqaviləsi üzrə kredit vəsaitinin verilməsini özündə əks etdirən kassa məxaric orderi, kredit məbləğinin müştərinin bank hesabına köçürülməsinə dair hesabdan çıxarış olmadığından 353500 ABŞ dolları məbləğində kredit vəsaitinin X5 verilməsini və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə kreditdən istifadəyə görə faiz borcunun hesablanmasını müəyyən etmək mümkün deyildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqəsində yerləşən xx xxxxxx 2007-ci il tarixli 1818 say lı kredit müqvailəsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxx 2009-cu il tarixli 1 nömrəli Əlavənin aşağı hissəsində “Borc alan” qrafasında “İddiaçı1” yazılarından aşağıda olan imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqəsində yerləşən xx xxxxxx 2007-ci il tarixli, 1818 saylı kredit müqvailəsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxx 2009-cu il tarixli 1 nömrəli Əlavənin aşağı hissəsində “Borc alan” qrafasında “İddiaçı1” yazılarından aşağıda olan imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertiza Mərkəzinin xx xxx 2017-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cild 19-cu səhifəsində X3 adından olan xx xxxxxx 2007-ci il tarixli 1818 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair ərizənin sonundakı imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi, sonradan isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-8355/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə idda tələbinin təmin edilməsi, “xxxx” ASCnin Mərkəzi filailı ilə İddi açı1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1818 nömrəli kredit müqaviləsinin və “xxxx” ASC-nin Mərkəzi filailı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017ci il tarixli, 1818 nömrəli kredit müqaviləsinə bank tərəfindən edilmiş xx.xx.2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-4738/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8355/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi) M.T.Əhmədova v ə Ə.M.Rüstəmov) 2(102)6301/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi “xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin qlan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) 2(103)-12349/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8355/2017 nömrəli iş üzrə xx xxxxxx 20 17-cı il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində cavabdeh “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.K.Kalbalıyev (sədrlik edən və məruzəçi) V.Ə.İbayev və Ə.Ə.Əliyev) 2(102)-6301/2018 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2018-ci il tarixli, 2(103)-12349/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumunun 13(102)-7(k)/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3714/2019 saylı, 31 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh “xxxx” ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün hüquqi qiymət verməmiş, nəticədə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan 1 illik iddia müddətinin keçməsini nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı1 vəkili Eminov Əziz Mürsəl oğlu kasasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) 2(103)-12349/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 və vəkili Eminov Əziz Mürsəl oğlu kasasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı1 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə görə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -337-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətb iqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdı rma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanarkən iddiaçının “xxxx” MMC-də iqtisadçı işləməklə əmək haqqının 90 manat təşkil etməsinə baxmayaraq bank tərəfindən ona heç bir təminat tələb olunmadan 353 500 ABŞ dolları məbləğində kredi t verilmiş, həmin məbləğin iddiaçıya verilməsini təsdiq edən kassa məxaric orderi və ya hər hansı maliyyə sənədi təqdim edilməmiş, iddiaçının kredit borcunu hansı məbləğlərdə və nə vaxt ödəməsini özündə əks etdirən ödəniş qrafiki tərtib edilməmiş, həmçinin kredit müqaviləsinin 2007-ci il tarixdə bağlanmasına baxmayaraq bank tərəfindən 2014-cü il tarixədək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırılmamışdır. Sadəcə olaraq xx xxxxxx 2009-cu il tarixdə bank tərəfindən iddiaçının xəbəri olmadan kredit müqaviləsinə 1 saylı əlavə tərtib edilərək kredit vəsaitinin istifadəsi 48 ay müddətinə uzadılmışdır. Lakin, iş üzrə keçirilmiş xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizalarının rəyləri əsasında kredit müddətinin uzadılmas ına dair xx.xx.2009-cu il tarixli əlavənin aşağı hissəsində “borc alan” qrafasında “İddiaçı1” yazılarında aşağıda olan imzanın İddiaçı1 tərəfindən deyil, baş şəxs tərəfindən icra olunduğu müəyyən edilmiş və müvafiq olaraq həmin əlavə birinci instasiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qanuni qüvvəsini almışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsini imzalamış İddiaçı1 oğlunun sadəcə olaraq kredit müqaviləsini imzalamış olması ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bununla da həmin müqavilə ona münasibətdə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh bank müqavilənin etibarsız sayılma əsaslarını inkar və təkzib etmədən yalnız iddia müddətinin ötürülməsini əsas götürərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddətinin ötürülməsinə dair kasasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik müddət iddia müddətlərinə aid olmaqla, kəsici müddətlərə, yəni hüququn itirilməsi müddətlərinə aiddir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit borcu iddiaçıya verilmədiyindən həmin müqavilə öz-özlüyündə əhəmiyyətsizdir. Həmin əqdlərin əhəmiyyətsizliyi üzrə müddət tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyün də etibarsız olan əqddir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd et sə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12349/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-719/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-719/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver