Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7192/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli 2(103)8685/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-85/2019) iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kred it məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 3.150.000 manat məbləğində əsas borc, 1.357.957,50 manat məbləğində faiz borcu, 24.11.2016-cı il tarixdən 20.02.2019-cu il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 352.625 manat faiz borcu, cəmi 4.860.582,5 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumu və sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2b nömrəli ünvanda istifadədə olan 0.07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə (qeyri-yaşayış binasına), Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2a nömrəli ünvanda istifadədə olan 0.17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2c nömrəli ünvanda istifadə olan 0.37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh3 məxsus Şəki rayonu, Baş Göynük kəndində yerləşən 49.3 ha torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2b nömrəli ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin (qeyri yaşayış binasının) ilkin satış qi ymətinin 3.740.000 manat məbləğində olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2a nömrəli ünvanda istifadədə olan 0.17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 5.835.000 manat məbləğində olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2c nömrəli ünvanda istifadədə olan 0.37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 12.510.000 manat məbləğində olmaqla, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 49,3 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1.725.500 manat məbləğində olmaqla, həmin əmlakların açıq hərracdan satılması və əmlakların satılmasından əldə edilən vəsaitdən "xxxx" ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Nəsi mi rayonu, X2 küçəsi 2b nömrəli ünvanda istifadədə olan 0.07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası), Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2a nömrəli ünvanda istifadədə olan 0.17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 2c nömrəli ünvanda istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsi və Şəki rayonu, Baş Göynük kəndində yerləşən 49.3 ha torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətində həmin əmlakların boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 24.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən MMC-yə illik 15 faizlə 40 ay müddətinə 3.150.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 22.05.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 2b ünvanında yerləşən əmlak kompleksi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 2a və 2c ünvanlarında yerləşən əmlak kompl eksləri və Cavabdeh3 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən 49.3 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişlər. 2017-ci ilin sentyabr ayında bank iddia ərizəsi və daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən “xxxx” MMC-dən bankın xeyrinə cəmi 4.860.582,5 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozu lması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” ASC və “xxxx” MMC 24.07.2013-cü il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin MMC-yə verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi MMC kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi MMC-nin bankla bağladığı kredit müqaviləsi üzr ə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə il ə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7192/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7192/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver