Məhkəmə qərarları › İş №2(102)-7193/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7193/2019

21.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7193/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(103)-1363/2019 saylı qərardadından iş üzrə üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərardadı ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 01 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (X2 maraqlı şəxs qismində cəlb edilməklə) maneələrin aradan qaldırılması, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq İddiaçı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Qətnamədən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmədən mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və “xxxx” MMC-yə qarşı maneələrin aradan qaldırılaraq mənzilə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsindən 3cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili kassasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə vəsatət vermiş, vəsatətə baxılması ilə əlaqədar yuxarıda göstərilən 21 avqust 2019-cu il tarixli qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək qərardadın mülki prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və kassasiya şikayətinin vaxtında verilmiş hesab edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Maraqlı şəxs vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olara q məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin edilərək qərardad ləğv olunmalı və vəsatət təmin edilərək kassasiya şikayəti qanunla müəyyən olunmuş verilmə müddəti ötürülməmiş hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi 3-cü şəxsin nümayəndəsi və vəkilinin kassasiya şikayətini geri qaytararkən şikayətin qətnamənin alınmasından 2 ay 2 gü n sonra, yəni qanunda müəyyən olunmuş prosessual müddətin ötürülməklə verilməsini əsas göstərmiş və bu zaman MPM-nin 133, 405.1, 405.2-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə işdəki sübutlara düzgün qiymət vermədən gəldiyindən qərardad qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi Maraqlı şəxs 05 mart 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmiş və qətnamədən kassasiya şikayəti işin 262-ci səhifəsində olan poçt qəbzindən göründüyü kimi poçta 06 may 2019-cu il tarixdə təqdim edilmişdir. Qətnamədən kassasiya şikayətinin verilməli olduğu 2 ayın son günü, yəni 2019-cu ilin may ayının 5-i bazar gününə düşmüşdür. Azərbaycan Respublikası MPM-nin 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Qətnamədən kassasiya şikayətinin verilmə müddətinin son günü 2019-cu ilin may ayının 6-sı olduğundan və kassasiya şikayəti prosessual müddətin sonuncu günü poçta təqdim olunduğundan kollegiya hesab edir ki, qətnamədən kassasiya şikayəti qanunla müəyyən olunmuş 2 ay müddəti ərzində verilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini vaxtında verilmiş sayır və hesab edir ki, kassasiya şikayətinin MPM-nin 409-cu maddəsinin tələblərinə uyğun qa ydada kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 avqust 2019-cu il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs nümayəndəsi və vəkili X3 vəsatəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs Maraqlı şəxs tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddətdə verildiyindən kassasiya şikayətinin MPM-nin 409-cu maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar