Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7195/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 2(103)- 467/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə (hakim X.Q.Tağıyev, iş № 2(004)-4569/12) İddiaçı-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yön əldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsas kredit borcu, faiz borcu və dəbbə puluna görə cəmi 23.550 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi cavabdehdən əsas kredit borcu, faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilmiş, Cavabdeh tutulması qət edilmiş əsas kredit borcunun məbləği 18.583,89 ABŞ dolları, faiz borcunun məbləği 3935,09 ABŞ dolları, cərimənin məbləği 200 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşin halları: 17 fevral 2011-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 19 faiz olmaqla 36 ay müddətinə 32.000 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. 2012-ci ilin iyul ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 25.211 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. İddia tələ bi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək ipoteka predmeti olan avtomobilin onun təqsiri olmadan qəzaya uğrayıb əzilmiş vəziyyətdə bankın istəyi ilə dayanacaqda yerləşdirilməklə harada olmasının ona məlum olmamasını və onun banka olan borcunun ödənilməsini, lakin məhkəmə tərəfindən işin həmin hallarına düzgün qiymət verilmədən qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün h esab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh bankla kredit müqaviləsini bağlayarkən aldığı krediti ona hesablanmış faizlərlə birlikdə banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Müəyyən olunmuşdur ki, cavabdeh müqavilə öhdəliklərinin icrasına əməl etməyərək kreditin müəyyən olunmuş qaydada və müddətdə banka qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh bank qarşısında öhdəliyinin təminatı kimi özünə məxsus avtomobili ipoteka qoymaqla kreditin qaytarılmasının gecikdirilməsi və ya qaytarılmaması halı üçün tutmanın həmin əmlaka yönəldilməsinə razılıq vermişdir. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır Göstərilən vəziyyətdə, kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə borcların cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi əsaslı olmuşdur. İşdə ipoteka predmeti olan avtomobilin borcun əvəzi kimi banka təqdim olunması və yaxud borcun cavabdeh tərəfindən başqa qaydada ödənilməsini təsdi q edən sübutlar olmadığından, kollegiya borcun ödənilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7195/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7195/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver