Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7197/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı İnvestisiya X3 Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh1 Məhərrəm qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7894/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 2 (009)-151/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 12.06.2014-cü il tarixli, 6-Z-5-0-1191-14 saylı kredit müqaviləsi və 04.11.2015-ci il tarixli əlavəyə əsasən 2845,74 manat əsas borc, 759,58 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 272,25 manat, 247,08 manat cərimə borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-151/2019 saylı iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “İddiaçı İKB” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 4571,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr verilməsini xahiş etmişdir. Səbail rayon məhkəməsinin 2(009)-2205/2018 saylı, 25 may 2018-ci il tarixli əmri ilə ərizə təmin edilərək, borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı İKB ASC-nin xeyrinə əsas kredit borcu üzrə 4571.29 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitlərinin tutulması əmr edilmişdir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-2205/2018 saylı, 25 may 2018-c i il tarixli məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-2205/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması təmin edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə ərizəsi ünvanlayaraq, cavabdehlər Cavabdeh1 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə bankın xeyrinə 2845,74 manat əsas borc, 759,58 manat faiz borcu, 247,08 manat cərimə borcu və kredit müqaviləsi müddətinin bitdiyi 04 noyabr 2016-cı il tarixindən 21 sentyabr 2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 272.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4124,65 manat və 20 manat ödənilmiş dövlət rüsumunu n əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Məhərrəm qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə təkrar ekspertiza keçirilməsi barədə apellyasiya şikayətinin dəlilinə qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Ekspert rəyi əsaslandırılmamış, borcun məbləği düzgün hesablanmamışdır. Tərəflərin izahatları: İddiaçı İ nvestisiya X3 Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz dərəcəsi ilə 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə İddiaçı İKB ASC arasında eyni tarixli və saylı zaminlik müqaviləsi bağlanmışdır. 04.11.2015-ci il tarixli 6-Z-5-0-1191-14 nömrəli kredit müqaviləsinin 1 saylı əlavəsinə əsasən 04 noyabr 2015-cı il tarixdə kredit müqaviləsinin müddəti 04 noyabr 2016-cı il tarixə kimi uzadılmış və yeni ödəniş cədvəli tərtib olunmuşdur. «Ödəniş cədvəli»nə əsa sən Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka 04 dekabr 2015-ci il tarixdə başlamalı, hər ay 289,11 manat ödəməklə, 04 noyabr 2016cı il tarixdə bitirməli idi. Bankın tərtib etdiyi 21.09.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kreditin bitmə tarixinə, yəni 04.11.2016-cı il tarixə 2995,74 əsas, 759.58 manat faiz borcu vardır. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 27751 nömrəli, 19 fevral 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nə olan borcu 04 noyabr 2016-cı il tarixə (müqavilə müddətinin sonuna) 3755,32 manat; əsas borc üzrə 2995,74 manat, faiz borcu üzrə 759,58 manat, 14 iyul 2017-ci il tarixə (iddia artırılan tarixə illik 5%-lə hesablanmaqla) 3776,86 manat, əsas borc üzrə 2845,74 manat, faiz borcu üzrə 931,12 mana t təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoy ulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq ca vabdeh qeyd edilən kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Beləliklə, bağlanmış kredit müqaviləsi üzrə cavabdehin kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliyi tam icra etməməsi işin mübahisə olunmayan halıdır. Mülki iş üzrə borc məbləğinin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, həmin ekspertizanın nəticələrinə dair müqavilə müddətinin sonuna əsas borc üzrə 2995,74 manat, faiz borcu üz rə 759,58 manat olmaqla, cəmi 3755,32 manat, iddia artırılan tarixə illik 5%-lə hesablanmaqla əsas borc üzrə 2845,74 manat, faiz borcu üzrə 931,12 manat olmaqla cəmi 3776,86 manat borcunun olması müəyyən olunmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində borcun düzgün hesablanmadığını bildirsə də, ekspert rəyinin mötəbərliyini şübhə altına alan, ekspertin gəldiyi nəticənin əsassız olması, borcun məbləğinin şişirdilməsini təsdiq edən hər hansı sübutu (məsələn, adi riyazi hesablamanı) məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mül ki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hü quq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Məhərrəm qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7894/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd
Məhkəmə qərarları › İş №2(102)-7197/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7197/2019
29.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver