Məhkəmə qərarları › İş №2(102)-7198/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7198/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7198/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili XXX oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli 2(103)-9554/2019 saylı qətnaməsindən İddiaçı MMC-nin icraçı direktoru X3 və vəkili X2 tərəfindən verilmiş kassasiya şika yəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 16.976,54 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-XR-*** dövlət qeydiyyat nömrəli “LEXUS GS300 minik” markalı (buraxılış ili 2006, ban-JHTCH96S460017426, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxsl ərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adının İddiaçı MMC-nin əvəzinə “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisə olan İddiaçı MMC kimi qeyd edilməklə Cavabdeh faiz borcu üzrə 16.976,54 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-XR-*** dövlət qeydiyyat nömrəli “LEXUS GS300 minik” markalı (buraxılış ili 2006, ban-JHTCH96S460017426, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satı lması və satışdan əldə olunan vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-nə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx” QSCnə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Qeyd edilən Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə “xxxx” QSC arasında S-AVK-XAC-28 saylı, 08.01.2018-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxx” QSC tərəfindən Cavabdeh dair təhvil-təslim aktına əsasən sənədlər İddiaçı MMC-nə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında 26.02.2008-ci il tarixdə, 786/08 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 36 ay müddətinə 61300 ABŞ dolları məbləğində kredit verilmişdir. 26.02.2008-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-XR-*** dövlət qeydiyyat nömrəli “LEXUS GS300 minik” markalı (buraxılış ili 2006, banJTHCH96S460017426, rəngi-qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X1 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 26.02.2008-ci il tarixli, AA seriyalı, 134794 №-li “ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətna mə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank avtomobil alınması üçün 61300 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.3. bənd). “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.3-cü maddəsinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır (5.4 bəndi). “Borcalan” a verilən vəsaitindən istifadə müddəti 36 aydır (5.5 bəndi), kredit vəsaitinin istifadə müddəti 26 fevral 2011-ci il tarixdə bitib. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kre ditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan faiz borcu 16.976,54 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh ə həvalə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) 04 aprel 2019-cu il tarixli 2(001)-1518/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova sədrlik edən və məruzəçi, E.Şamayev, M.Məmmədov) 01.07.2019-cu il tarixli 2(103)-9554/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-nin icraçı direktoru X3 və vəkili X2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli qə tnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və habelə borcun cavabdeh tərəfindən banka ödənilməsi ilə bağlı gəldiyi qənaət əsassızdır. Belə ki, cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəlikləri Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə müqavilənin xitam olunması qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh tərəfindən 61.300 ABŞ dolları məbləğində kreditin götürülməsinə baxmayaraq, onun tərəfindən 16976,54 ABŞ dolları faiz borcu tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə əsasən iddia müddəti tətbiq edərək iddianı rədd etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili XXX oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəblər i barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı «xxxx» ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 08 yanvar 2018-ci il tarixli S-AVKXAC-28 saylı təhvil-təslim aktı əsasında “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc və zaminlik müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh faiz borcu 16.976,54 ABŞ dolları məbləği ilə birlikdə «xxxx» ASC tərəfindən “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. «xxxx» ASC-nin “Xaçmaz” Filialı ilə Cavabdeh arasında imzalanmış 26.02.2008-ci il tarixli kredit müqaviləsi nə əsasən «xxxx» ASC Cavabdeh “Lexus GS300” minik markalı avtomobilin alınması məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 20% olmaqla 61.300 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən krediti müqaviləsi ilə verilən kreditin qaytarılmasının təminatı kimi cavabdehə məxsus “Lexus GS300” minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuşdur. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və qaydada krediti və onu hesablanmış faiz məbləğini ödəməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti 26.02.2011-ci il tarixdə bitmişdir. İddiaçı MMC Cavabdeh qarşı hazırki id dia ərizəsi ilə 27.11.2018-ci il tarixdə müraciət etmiş və onun Banka 16.976,54 ABŞ dolları faiz borcunun olduğunu iddia edir. Cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etmədiyini, iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 26.02.2011-ci il tarixdə bitmiş, baxılan iş üzrə cavabdehin borcu etiraf edən sonuncu hərəkəti - kredit müqaviləsi üzrə son ödənişi 30.12.2012-ci il tarixdə etmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 27.11.2018-ci il tarixdə müraciət etmişdir. Beləliklə, cavabdehin sonuncu dəfə etdiyi ödəniş tarixindən də üç ildən artıq müddət keçmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin baxışı zamanı mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ona qarşı borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olsa da, tələb üzrə iddia müddəti buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilə n tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli 2(103)9554/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar