Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-72/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Abdurəhim oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: İddia müddətinin tətbiqi 04.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3385/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Abdurəhim oğluna 27.10.2014-cü il tarixə kimi 285.000 ABŞ dolları məbləğində borc vermişdir.
2. X2 cavabdehin ona təxminən 2015-ci ilin payız aylarında (sentyabrdan sonrakı aylarda) bir həftə fərqlə İddiaçı olan borcdan 800 ABŞ dolları və 1200 ABŞ dolları qaytardığı, digər şahid X isə cavabdehlə 2015-ci ilin noyabr ayında həftə içi axşam vaxtlarında “Neftçilər” metosunun yaxınlığında görüşərək, İddiaçı olan borcdan 1.000 ABŞ dollarını ona verdiyi barədə ifadə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh X qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkə məsinə müraciət edərək, 281.000 ABŞ dolları məbləğində əsas borc, 44.491 ABŞ dolları illik 5 faiz borcu olmaqla, 15.000 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 06.10.2005-ci il tarixdə onunla cavabdeh arasında Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş borc müqaviləsi bağlanmış, həmin müqaviləsinin 1-ci bəndinə əsasən, o, Cavabdeh üç il müddətinə yüz otuz yeddi milyon dörd yüz min manat, yəni 30000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Cavabdeh borc götürdüyü pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2007-ci ilin sentyabr oktyab r aylarından başlayaraq müqavilə üzrə borcun son qaytarılma tarixi olan 06.10.2008-ci il tarixədək 27.000 ABŞ dolları məbləğində pul vəsaiti hissə-hissə qaytarılmış, borclu qaldığı 3.000 ABŞ dollarının isə kiçik bir maliyyə çətinliyi ilə bağlı 3 ay müddətinə ayda 1.000 ABŞ dolları olmaqla qaytaracağına söz verilmişdir. Lakin, onun borclu qaldığı ümumilikdə 3.000 ABŞ dollarının 3 aya qaytarılacağına söz verilməsinə baxmayaraq cəmi 1 ay müddətində bütöv şəkildə tam olaraq qaytarılmış və 2008-ci ilin noyabr ayında Cavabdeh ona 06.10.2005-ci il tarixli borc müqaviləsi üzrə borcu qalmamışdır. Bir müddətdən sonra ona qarşı yaranmış inamından sui-istifadə edən Cavabdeh ondan yenidən borc pul istəmiş və onu əvvəlki borc müqaviləsindən düzgün bir insan kimi tanıdığından borcun verilməsindən imtina etməmişdir. Beləliklə, onunla Cavabdeh arasında 27.10.2009-cu il tarixdə Bakı şəhəri 18 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən o, Cavabdeh 285.000 ABŞ dolları məbləğində pulu 27.10.2014-cü il tarixə qədər kreditə vermişdir. Lakin, borcun qaytarılmalı olduğu 27.10.2014-cü il tarixdə Cavabdeh tərəfindən borclu olduğu 285.000 ABŞ dollarından cəmi 1.000 ABŞ dolları qaytarılaraq qalan 284.000 ABŞ dollarının qısa müddətdə veriləcəyinə söz verilmişdir. Yuxanda qeyd olunan borc müqaviləsi üzrə də analoji halla qarşılaşdığından və həmin vaxt borcun qalığını vəd verdiyindən daha qısa müddətdə qaytarıldığından ilk vaxtlar borc pulun vəd verdikləri kimi qısa müddətdə qaytarılacağını düşünmüşdür. Müddət keçdikcə is ə cavabdehin borcu qaytarmaq niyyətində olmadığını hiss etmişdir. Beləliklə, cavabdehdən borcun qaytarılmasını daha ciddi tərzdə tələb etməyə başlamışdır. Cavabdehdən hər dəfə pulu tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək və borcun qaytarılması üçün vədlər verərək vaxtı uzatmağa başlamışdır. Beləliklə, cavabdeh tərəfindən borclu qaldığı 284000 ABŞ dollarından 2015-ci ilin dekabr ayınadək hissə-hissə cəmi 3.000 ABŞ dolları qaytarılmış, həmin tarixdən sonra isə pulun qaytarılması dəfələrlə tələb edilsə də, müxtəlif vədlər verilməsinə baxmayaraq, tamamilə dayandırılmış və cavabdehin ümumilikdə 281.000 ABŞ dolları borcu qalmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral 2018-ci il tarixli 2(011)-1533/2018 saylı qətnaməsi ilə (hakim N.Misirzadə) iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 281.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Cavabdeh Abdurəhim oğlundan alınaraq İddiaçı ödənilməsi, 150 manat məbləğində vəkilə görə ödənilmiş xərcin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təstiq olunur. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır.
7. Bundan başqa iddiaçı iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% pulun ödənilməsi və vurulmuş maddi və mənəvi ziyana g örə kompensasiyanın ödənilməsi hissələrində öz tələbini sübuta yetirmədiyindən bu hissələrdə iddia rədd edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 21, 23, 385.1, 442, 445, 449, 739-cu və Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya baxışı zamanı cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8147/2019 nömrəli iş üzrə 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlə r – V.Sadıqov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(011)-1533/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki cavabdeh birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmişdir, bu səbəbdən də məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir.
13. Eyni zamanda müəyyən edilir ki, tərəflər arasında müqavilə 27.10.2009-cu il tarixdə bağla nmış, həmin müqavilə üzrə yaranmış öhdəliyin icra müddəti 27.10.2014-cü ildə başa çatmış, iddiaçının ərizəsi isə məhkəməyə 01.12.2017-ci il tarixdə daxil olmuşdur, belə olan halda görünür ki, 3 illik müddət ötürülmüşdür.
14. Bundan başqa iddiaçı cavabdehin müxtəlif vaxtlarda borclu olduğu pulun məbləğindən müəyyən ödənişlər etdiyini və ona görə də iddia müddətinin axımının kəsildiyini göstərsə də məhkəməyə bu halı sübut edəcək mötəbər sübut təqdim etməmişdir.
15. İddiaçının təqdim etdiyi şahidlərin ifadələri ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin ifadələr çox ümumi olmaqla, şahidlərin dəqiqləşdirici sualların heç birini cavablandırılmamaları, həm də bunu «xatırlamıram, unutmuşam, yadımda deyil» kimi ifadə etmələri həmin ifadələrin sübut kimi həqiqiliyini və inandırıcılığını əhəmiyyətli dərəcədə azaldır və onların əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilməsini istisna edir. Eyni zamanda həmin şahidlərin hər ikisinin işin nəticəsində birbaşa marağı (tələb edilən pul məbləğinə onların da pulunun daxil olduğunu özləri bildirmişlər) olan şəxslər olduğunu da nəzərə alır. Həmçinin şahidlərin biri iddiaçının qayınanası, digəri isə yaxın dostudur. Beləliklə, iddiaçının təqdim etdiyi şahid ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, bu ifadələr iddiaçının istinad etdiyi halın, yəni iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Apelya siya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli 2(102)-8177/2019 saylı qərarı ilə (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman) kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli 2(103)8147/2019 nömrəli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, şahidlər cavabdehin pul məbləğini birbaşa onlara verdiyini bildirmişlər və yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdıqları barədə onlardan iltizam alınmışdır. Bu halda, ape llyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şahid ifadələrinin iddiaçının istinad etdiyi halın, yəni iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməsi barədə səhv nəticəyə gəlmişdir.
19. Bundan başqa apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddia müddətinin axımının başlandığı günü dəqiq müəyyənləşdirmədən iddia müddətinin ötürülməsi barədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3385/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Mə mmədova (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.Həsənov) apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(011)-1533/2018 nömrəli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir.
21. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə 27 oktyabr 2009-cu il tarixdə bağlanmış, həmin müqavilə üzrə yaranmış öhdəliyin icra müddəti 27 oktyabr 2014-cü il tarixdə çatmış, iddiaçının ərizəsi isə məhkəməyə 01 dekabr 2017-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh verilmiş borcdan 2014-cü ilin oktyabr-noyabr aylarında iddiaçının qayınanası X 1000 ABŞ dolları məbləğdə, dostu Elşad Abdullayevə 2015-ci ilin noyabr ayında bir həftə fərqlə 800 ABŞ dolları və 1200 ABŞ dolları məbləğdə pul qaytardığına görə iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı və iddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətin in təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
31. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə 372.1)
32. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üç ün müddət iddia müddəti sayılır. (maddə 372.2)
33. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. (maddə 375.1)
34. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (maddə 375.2)
35. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 373.2)
36. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. (maddə 380.1) Mülki Pr ossesual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəmə si şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi kassator iddia müddətini ötürmədiyini onunla əsaslandırır ki, cavabdeh verilmiş borcdan 2014-cü ilin oktyabr-noyabr aylarında qayınanası X 1000 ABŞ dolları məbləğdə, dostu X 2015-ci ilin noyabr ayında bir həftə fərqlə 800 ABŞ dolları və 1200 ABŞ dolları məbləğlərdə pul qaytarmışdır.
45. Qeyd edilən şəxslər apellyasiya instansiyası məhkəməsindəki birinci icraatda şahid qismində ifadə verərək təxminən 2015-ci ilin oktyabr-noyabr aylarında Cavabdeh tərəfindən onlara 800ABŞ dolları, 1200 ABŞ dolları və 1000 ABŞ dolları məbləğlərdə pul qaytarıldığını göstərmişlər.
46. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mövcud olan borc münasibətləri notarial qaydada təsdiq edilmiş yazılı müqavilə ilə rəsmiləşdirildiyi və birinci borc müqaviləsi üzrə pulun tam qaytarılması ilə bağlı tərəflər arasında mübahisə olduğu halda, hazırkı işdə tələb edilən borc müqaviləsi üzrə ödənişlərin qəbzlər vasitəsi ilə rəsmiləşdirilmədən aparılması inandırıcı olmamaqla, şahid ifadələrinin mötəbərliyini şübhə altına alır.
47. Bundan başqa iddiaçının təqdim etdiyi şahidlərin işin nəticəsi ilə maraqlı olması (ifadələrində həmin şahidlər tələb edilən pul məbləğində onların da pulları olduğunu göstərmişlər), o cümlədən onların birinin iddiaçı ilə qohumluq, digərinin isə dostluq münasibətində olması yuxarıda qeyd edilən hallarla (44) birlikdə qiymətləndirildikdə həmin şahidlərin ifadələrinin əsaslı və şübhədənkənar sübut kimi qəbul edilməsini qeyri mümkün edir.
48. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə 27.10.2009-cu ildə bağlandığından, həmin müqavilə üzrə yaranmış öhdəliyin icra müddəti 27.10.2014-cü ildə başa çatdığından və iddiaçının iddia ərizəsi isə məhkəməyə 01.12.2017-ci ildə daxil olduğundan iddiaçı bu mübahisələr üzrə qanunda nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlandığı tarixi düzgün müəyyən etməsə də qəbul edilmiş qətnamə mahiyyət üzrə düzgün olduğundan kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3385/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.