Məhkəmə qərarları › İş №2(102)-720/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-720/2019

27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-720/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 27 fevral 2019-cu il iş № 2(102)-720/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili CAnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hak im N.Bağırov) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11.12.2012-ci il tarixli 06R000008605 №-li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 251566,2 ABŞ dolları məbləğində əsas borc, 37665,05 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 289731,25 (iki yüz səksən doqquz min yeddi yüz otuz bir dollar iyirmi beş sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04.04.2014-cü il tarixli 06R000016229 №-li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 316956,99 (üç yüz on altı min doqquz yüz əlli altı dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 47454,61 (qırx yeddi min dörd yüz əlli dörd dollar altmış bir sent) ABŞ dolları məbləğində faiz və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 364911,6 (üç yüz altmış dörd min doqquz yüz on bir dollar altmış sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 26.12.2014-cü il tarixli 006KK**********01№-li Kredit Razılaşmasına əsasən 05.12.2016cı il tarixə yaranmış 9986,68 (doqquz min doqquz yüz səksən altı dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas, 297,99 (iki yüz doxsan yeddi dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz və 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 10584,67 (on min beş yüz səksən dörd dollar altmış yeddi sent) ABŞ dolları, ümumilikdə isə hər üç Kredit Razdaşmaları üzrə 665.227,52 (altı yüz altmış beş min iki yüz iyirmi yeddi dollar əlli iki sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzə nnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və xidmət haqqının əvəzi 60 (altmış) manatın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 H və Cavabdeh4 müştərək qaydada tutulub, İddiaçı-yə ödənilməsi, Kredit Razılaşmaları üzrə yuxarıda göstərilən pul tələblərinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ÜNVANnə və Bakı şəhəri, ÜNVAN1ə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin müvafiq olaraq ipoteka verənlərə ödənilməsi, Bakı şəhəri, ÜNVAN və Bakı şəhəri, ÜNVAN1i açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müvafiq olaraq həmin mənzillərdən çıxarılaraq, onların müvafiq olaraq həmin mənzillərə istifadə hüquqlarının itirilməsi və mənzillərin boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi, iddianın pul tələblərinin ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (4 saylı yeməkxana) yönəldilməsi hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruz əçi), R.Qurbanov və A.İmanov, 2(103)-1652/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edimiş, İddiaçı-nin iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11.12.2012-ci il tarixli 06R000008605 №-li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 251566,2 ABŞ dolları məbləğində əsas borc, 37665,05 ABŞ dolları məbləğində faiz və 25156,62 ABŞ dolları cərimə borcu olmaqla cəmi 314387,87 (üç yüz on dörd min üç yüz səksən yeddi dollar səksən yeddi sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanınış 04.04.2014-cü il tarixli 06R000016229 №-li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 316956,99 (üç yüz on altı min doqquz yüz əlli altı dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 47454,61 (qırx yeddi min dörd yüz əlli dörd dollar altmış bir sent) ABŞ dolları məbləğində faiz və 31695,69 ABŞ dolları cərimə borcu olmaqla cəmi 396107,29 (üç yüz doxsan altı min yüz yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanınış 26.12.2014-cü il tarixli 006KK**********01№-li Kredit Razılaşmasına əsasən 05.12.2016-cı il tarixə yaranmış 9986,68 (doqquz min doqquz yüz səksən altı dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas, 297,99 (iki yüz doxsan yeddi dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz və 998,67 ABŞ dolları cərimə borcu olmaqla cəmi 11283,34 (on bir min iki yüz səksən üç dollar otuz dörd sent) ABŞ dolları, ümumilikdə isə hər üç Kredit Razılaşmaları üzrə 721778,5 (yeddi yüz iyirmi bir min yeddi yüz yetmiş səkkiz dollar əlli sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və xidmət haqqının əvəzi 60 (altmış) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Hndan və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı-yə ödənilməsi, Kredit Razılaşmaları üzrə yuxarıda göstərilən pul tələbləri ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 800000 (səkkiz yüz min) manat olmaqla, C avabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (4 saylı yeməkxana), ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmaqla, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANnə və ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmaqla, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN1inə yönəldilməsi, həmin qeyri-yaşayış binası və mənzillərin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı-yə ödənilməsi, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi müvafiq olaraq ipoteka verənlərə ödənilməsi, Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (4 saylı yeməkxana), Bakı şəhəri, ÜNVANn və Bakı şəhəri, ÜNVAN1in açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən müvafiq olaraq boşaldılması, qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüzi) manat pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 H və Cavabdeh4 müştərək qaydada alınaraq “xxxx” MMC-nin, H/h № AZ34AZEG********************,VÖEN **********, benefisiar (alan) bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ 75NABZ********************, SWİFT BİK AZEGAZ 22 hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 H və Cavabdeh1 qarşı «kredit müqavilələri üzrə borcun ödən ilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06R000008605 saylı kredit razılaşması üzrə 251566,2 ABŞ dolları məbləğində kredit borcu, 37665,05 ABŞ dolları məbləğində faiz borcu və 93825,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 383057,20 (üç yüz səksən üç min əlli yeddi dollar iyirmi sent) ABŞ dolları məbləğində borc olmaqla, 06R000016229 saylı kredit razılaşması üzrə 316956,99 ABŞ dolları məbləğində kredit borcu, 47454,61 ABŞ dolları məbləğində faiz borcu və 118212,41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 482624,01 (dörd yüz səksən iki min altı yüz iyirmi dörd dollar bir sent) ABŞ dolları məbləğində borc olmaqla, 006KK**********01 saylı kredit razılaşması üzrə 9986,68 ABŞ dolları məbləğində kredit borcu, 297,99 ABŞ dolları məbləğində faiz borcu və 3326,10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 13610,77 (on üç min altı yüz on dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində borc olmaqla, bununla da sadalanan hər üç Kredit Razılaşması üzrə ümumilikdə 879291,98 (səkkiz yüz yetmiş doqquz min iki yüz doxsan bir dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hndan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 21 35,5 kv.m ümumi, 1335,1 kv.m əsas, 795,4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (4 saylı yeməkxana), Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində 27 nömrəli evin 7-ci mərtəbəsində mülkiyyətdə olan 100,8 kv.m ümumi, 67.3 kv.m yaşayış, 33.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 49 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, Afıyəddin Cəlilov küçəsində 26 nömrəli evin 3-cü mərtəbəsində mülkiyyətdə olan 135.5 kv.m ümumi, 87.4 kv.m yaşayış, 48.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 101 nömrəli mənzilə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və mənzillərin açıq hərracdan satılması və cəmi 879291,98 (səkkiz yüz yetmiş doqquz min iki yüz doxsan bir dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipot eka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracın satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 H və Cavabdeh4 ümumi qaydada tutulması, Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına (4 saylı yeməkxana) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin əmlaka istifadə hüququnun itirilməsi, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, ÜNVAN 100.8 kv.m. ümumi, 67.3 kv.m. ya şayış, 33.5 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 49 nömrəli mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, ÜNVAN1 135.5 kv.m. ümumi, 87.4 kv.m. yaşayış, 48.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 101 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, q ətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili CA kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həm in maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 onunla İddiaçı arasında bağlanmış 11.12.2012-ci il tarixli 06R000008605 saylı Kredit Razılaşması üzrə 251566,2 ABŞ dolları məbləğində əsas kredit borcu, 37665,05 ABŞ dolları məbləğində faiz borcu və 93825,95 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3 83057,20 (üç yüz səksən üç min əlli yeddi dollar iyirmi sent) ABŞ dolları məbləğində borcu olmaqla, 04.04.2014-cü il tarixli 06R000016229 saylı Kredit Razılaşması üzrə 316956,99 ABŞ dolları məbləğində kredit borcu, 47454,61 ABŞ dolları məbləgində faiz borcu və 118212,41 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 482624,01 (dörd yüz səksən iki min altı yüz iyirmi dörd dollar bir sent) ABŞ dolları məbləğində borcu olmaqla, 26.12.2014-cü il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə 9986,68 ABŞ dolları məbləğində kredit borcu, 297,99 ABŞ dolları məbləğində faiz borcu və 3326,10 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 13610,77 (on üç min altı yüz on dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində borcu olmaqla, bununla da sadalanan hər üç Kredit Razılaşması üzrə ümumilikdə 87929 1,98 (səkkiz yüz yetmiş doqquz min iki yüz doxsan bir dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində borcu mövcuddur. Həmçinin iş materiallarından məlum olmuşdur ki, İddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə iş üzrə Cavabdeh5 H arasında 11.06.2008-ci il tarixli 06S000000973 saylı Zaminlik Müqaviləsi, Cavabdeh3 arasında 11.06.2008-ci il tarixli 06S000000974 saylı Zaminlik Müqaviləsi, Cavabdeh4 arasında isə 04.04.2014-cü il tarixli 06S000016720 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. X1 1.1 bəndinə əsasən yuxarıda adları qeyd olunan zaminlər Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış kredit razılaşmalarından irəli gələn öhdəliklərinin icrası üzrə bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və kredi t müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Eləcə də iş materiallarından görünür ki, 11.06.2008-ci il tarixli Kredit xətti Müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 12.06.2008-ci il tarixli 06M000000188 saylı İpoteka Müqaviləsi (Gəncə şəhər 4 saylı notariat kontorunda təsdiq edilib) əsasında Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m. əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Cavabdeh2 ilə Bank arasında bağlanılmış 31.03.2014-cü il tarixli 06M00000H87 saylı İpoteka Müqaviləsi (Bakı şəhərinin notariusu ƏH tərəfindən təsdiq edilmiş) əsasında Bakı şəhəri, ÜNVAN1 mülkiyyətdə olan 135.5 kv.m ümumi, 87.4 kv. Yaşayış, 48.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 101 nömrəli mənzil və Cavabdeh4 ilə Bank arasında bağlanılmış 31.03.2014-cü il tarixli 06M000001188 saylı İpoteka Müqaviləsi (Bakı şəhərinin notariusu Ə.Htərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, ÜNVAN mülkiyyətdə olan 100.8 kv.m ümumi, 67.3 kv.m yaşayış, 33.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 49 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü ediərək müvafiq Çıxarışlarla İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Sonra ipoteka saxlayan İddiaçı cavabdehlər - ipoteka verən Cavabdeh2 və Cavabdeh2 "İpoteka haqqında" Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və bildirişlər onlar tərəfindən qəbul olunmuşdur. Daha sonra isə ipot eka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 24.11.2016-cı il tarixdə Az. Resp. ƏMDK-nın yanında DƏDRX-in müvafiq Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən nəticəyə gəlməklə birinci instansiya məhkəməsi qismən səhvə yol vermişdir. Belə ki, qətnamənin mübahisələndirilən, yəni cavabdehlərdən müştərək qaydada cərimə borcunun tutulması ilə bağlı hissəsi üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərk ən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. D əbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Məhkəmə kolleg iyası cərimə borcunun tutulması hissəsi ilə qismən razılaşmış və hazırki işin hallarına və yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, borcalanın 11.12.2012-ci il tarixli 06R000008605 saylı Kredit Razılaşması üzrə 251566,2 ABŞ dolları məbləğində əsas kredit borcuna görə 25156,62 ABŞ dolları məbləğində cərimə borcu, 04.04.2014-cü il tarixli 06R000016229 saylı Kredit Razılaşması üzrə 316956,99 ABŞ dolları məbləğində əsas kredit borcuna görə 31695,69 ABŞ dolları məbləğində cərimə borcu, 26.12.2014-cü il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə 9986,68 ABŞ dolları məbləğində əsas kredit borcu üzrə 998,67 ABŞ dolları məbləğində cərimə borcunun tutulması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası eləcə də birinci instansiya məhkəməsinin iddia tələbinin ipoteka predmeti olan Gən cə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (4 saylı yeməkxana) yönəldilməsi hissəsinin təmin edilməməsi hissəsində razılaşmış və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zə ruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmaları üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə bağladığı 12.06.2008-ci il tarixli 06M000000188 saylı ipoteka müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda xüsusi mülkiyyətində olan 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (4 saylı yeməkxana) İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, ipoteka verən öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 12.06.2008-ci il tarixli 06M000000188 saylı Kredit Xətti Müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Həmin ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəliyin məbləğinin ******* (bir milyon beş yüz min) ABŞ dolları və kredit xəttinin müddətinin 120 (bir yüz iyirmi) ay olması və ödənişlərin dövriliyinin isə bir aydan bir bərabər hissələrlə ödənilməsi aydın şəkildə əks etdirilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının 10.1-ci maddəsinə görə əgər əsas öhdəliy in məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetlərinin ilkin satış qiymətinin göstərilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin bununla bağlı qərar qəbul etməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilmişdir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsası nda müəyyən edilə bilər. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspert rəyi alınması barədə qərardad qəbul edilərək, rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmiş, “xxxx” MMC-nin MB 10/980 nömrəli, 28 dekabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasının (4 saylı yeməkxana) real bazar dəyəri 800000 (səkkiz yüz min) manat, Bakı şəhəri, ÜNVAN mülkiyyətdə olan 100.8 kv.m. ümumi, 67.3 kv.m. yaşayış, 33.5 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 49 nömrəli mənzilin real bazar dəyəri 250000 (iki yüz əlli min) manat, Bakı şəhəri, ÜNVAN1 mülkiyyətdə olan 135.5 kv.m. ümumi, 87.4 kv.m. yaşayış, 48.1 kv.m. yardımçı sahəd ən ibarət 4 otaqlı 101 nömrəli mənziin real bazar dəyəri 250000 (iki yüz əlli min) manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında müəyyən edilməlidir. Həmçinin qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən A zərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iş üzrə yeni qətnamə qəbul etməklə, İddiaçı-nin iddia ərizəsini qismən təmin etməklə, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11.12.2012-ci il tarixli 06R000008605 №li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 251566,2 ABŞ dolları məbləğində əsas borc, 37665,05 ABŞ dolları məbləğində faiz və 25156,62 ABŞ dolları cərimə borcu olmaqla cəmi 314387,87 (üç yüz on dörd min üç yüz səksən yeddi dollar səksən yeddi sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanınış 04.04.2014-cü il tarixli 06R0000 16229 №-li Kredit Razılaşmasına əsasən 30.11.2016-cı il tarixə yaranmış 316956,99 (üç yüz on altı min doqquz yüz əlli altı dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 47454,61 (qırx yeddi min dörd yüz əlli dörd dollar altmış bir sent) ABŞ dolları məbləğində faiz və 31695,69 ABŞ dolları cərimə borcu olmaqla cəmi 396107,29 (üç yüz doxsan altı min yüz yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları, İddiaçı ilə Cavabdeh2 arasında bağlanınış 26.12.2014-cü il tarixli 006KK**********01№-li Kredit Razılaşmasına əsasən 05.12.2016-cı il tarixə yaranmış 9986,68 (doqquz min doqquz yüz səksən altı dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas, 297,99 (iki yüz doxsan yeddi dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz və 998,67 ABŞ dolları cərimə borcu olmaqla cəmi 11283,34 (on bir min iki yüz səksən üç dollar otuz dörd sent) ABŞ dolları, ümumilikdə isə hər üç Kredit Razılaşmaları üzrə 721778,5 (yeddi yüz iyirmi bir min yeddi yüz yetmiş səkkiz dollar əlli sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və xidmət haqqının əvəzi 60 (altmış) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Hndan və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı-yə ödənilməsi, Kredit Razılaşmaları üzrə yuxarıda göstərilən pul tələbləri ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 800000 (səkkiz yüz min) manat olmaqla, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (4 saylı yeməkxana), ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmaqla, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANnə və ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmaqla, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN1inə yönəldilməsi, həmin qeyri-yaşayış binası və mənzillərin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı-yə ödənilməsi, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) h issəsi müvafiq olaraq ipoteka verənlərə ödənilməsi, Gəncə şəhəri, ÜNVAN2 9 girişli, 2130.5 kv.m ümumi, 1335.1 kv.m əsas, 795.4 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (4 saylı yeməkxana), Bakı şəhəri, ÜNVANn və Bakı şəhəri, ÜNVAN1in açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən müvafiq olaraq boşaldılması, qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüzi) manat pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 H və Cavabdeh4 müştərək qaydada alınaraq “xxxx” MMC-nin, H/h № AZ34AZEG********************,VÖEN **********, benefisiar (alan) bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ 75NABZ********************, SWİFT BİK AZEGAZ 22 hesabına köçürülməsi barədə nəticəsinə gəlməkdə haqlı olm uşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar