Məhkəmə qərarları › İş №2(102)-7205/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7205/2019

13.11.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7205/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(011)2341/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanınd a yerləşən 30.9 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması və Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev, iş № 2(103)-6137/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(011)-2341/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.9 kv.metrdən ibarət qeyri- yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldırılması və cavabdehin oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsinin tələbləri pozularaq, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halları birinci instansiya məhkəməsi tərəfindən sübut olunmalı olan, həmin məcəllənin 390cı maddəsinin tələbləri kobudcasına pozulmuş məhkəmənin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun deyil, lakin apellyasiya məhkəməsi qərəzli olaraq bunu etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini v ə baxılması üçün yenidən həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, Cavabdeh üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 30.9 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətində olmuş, sonuncunun ölümündən sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən miras kimi qəbul etməsi faktı müəyyən olunmuş və üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 30.9 kv.metrdən ibarət qeyri- yaşayış sahəsi X2 ölümündən sonra Cavabdeh Əbdülhüseyn oğlu tərəfindən istifadə olunur və bununla iddiaçının mülkiyyətində olan əmlakı üzərində istifadə, sərəncam və sahiblik hüquqları məhdudlaşdırılır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alındığından, cavabdehin isə həmin əmlak üzərində hər hansı hüquqları müəyyən edilmədiyindən və bununla bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən iddia tələbi əsaslı olaraq təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Cavabdeh İddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinə münasibətdə vərəsəlik hüquqlarına malik olmadığını göstərsə də, sonuncunun belə hüquqları məhkəmə qətaməsi ilə müəyyən olunmuş və həmin qərar qanuni qüvvəyə minərək icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən sahənin mirasqoyan Vaqif Məmmədovun mülkiyyətinə Azərbaycan Respublikası Prezidentin 19 iyun 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Rəssamlar İttifaqı üzvlərinə yaradıcılıq fəaliyyətlərinin həyata keçirməsi üçün verilməsi hazırki halda iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, həmin sahə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin isə qeyri-yaşayış sahəsinə dövlət tərəfindən tanınan hər hansı hüquqları müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mərhum Vaqif Məmmədovun ölümündən əvvəl ona Cavabdeh tərəfindən qulluq edilməsi və vəfatından sonra cavabdeh tərəfindən dəfn edilməsi sonuncunun mərhumun əmlakı üzərində vərəsəlik və digər əşya hüquqlarının yaranması üçün əsas deyildir. Belə ki, hazırki iş üzrə cavabdehin qanun üzrə və ya vəsiyyət üzrə Vaqif Məmmədovun vərəsəsi olması müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qe ydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 -ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faktiki halların sa dalanması və kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya inst ansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar