Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-721/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə ilkin iddiasına, Cavabdeh1 İddiaçı ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı A çıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi, Cavabdeh1 İddiaçı ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)-211/2020 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 kassasiya şikayətlərinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» ilk iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, 13.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavab deh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24026,38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz, 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları məbləğində borcun (milli manat ekvivalentində), 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh3 məxsus X6 minik markalı **SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borcalana illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli 100.CL.131113.00001/n saylı ipoteka müqaviləsi bağlanmış, «X6» minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka hüququ verilmiş və onun qeydiyyatı 14 noyabr 2013-cü il tarixli, AA 109696 nömrəli şəhadətnamə ilə təsdiqlənmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 25.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 (zamin) kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı ASC -yə 19.02.2016-cı il tarixə olan borcu 24026,38 ABŞ dolları əsas, 4148,77 ABŞ dolları faiz, 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə bağlanmış 13.11.2013-cü il tarixli 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin 15.08.2015-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi 12900 ABŞ dollarının qətnamə icra edilən an üçün Azərbaycan manatına məzənnə ilə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178, 309, 294 maddələri ilə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinin təminatı “X6” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Kredit müqavilə üzrə kredit müqaviləsində onun imzası olsa da, əslində vəziyyət tamami ilə başqadır. O, dostluq münasibəti zəminində müqaviləyə imza etmişdir. Bu müqavilə üzrə Cavabdeh3 “X6” minik avtomobili almaq üçün onun köməyindən istifadə etmişdir. Nəqliyyat vasitəsinin sahibi sonradan mülkiyyətində olan avtomaşını başqa bir şəxsə x satmışdır. x uzun müddət İddiaçı-a öz adından ödənişlər etmişdir. Bu barədə bankın işçiləri də məlumatlı olmuşlar. Sonradan nəqliyyat vasitəsi etibarnamə əsasında digər şəxs Cavabdeh2 verilmiş və o, İsmayıllı rayonuna gedərkən yolda qəza törətmişdir. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşmüşdür. Nəqliyyat vasitəsi «xSığorta» və «xrentakar sığorta» tərəfindən sığortalanmışdır. Qəzadan sonra nəqliyyat vasitəsi üçün «xSığorta» və «xxxx» tərəfindən cəmi 15000 manat pul ödənilmişdir. Lakin bu ödənişin kimə edildiyi bəlli deyildir. İddiaçı ASC kredit müqaviləsi bağlandığından iki il sonra 25.02.2015-ci ildə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış və sığorta ödənişərinin də Cavabdeh2 ödənildiyini bildirmişlər, baxmayaraq o, Cavabdeh2 heç vaxt görməmiş və onu tanımamışdır, həmçinin, Cavabdeh2 iş üzrə nə avtomobilin mülkiyyətçisi, nə də kredit alandır. Kredit müqaviləsindən iki il keçdikdən sonra ona zəng etmişlər ki, onun banka borcu var. Halbuki, o, maşını 2015-ci ilin avqust ayında tapıb banka təhvil vermişdir. Avtomobil Banka təhvil verildiyi zaman hər hansı xırda nasazlığı olsa belə, tam yararlı vəziyyətdə olmuşdur, sadəcə avtomobilin kapotu tam bağlanmamışdır. Avtomobilin təmirinə həmin vaxt təxminən ən çox ***-**** manat sərf olunacaqdı. Avtomobili təhvil veriləndə bu barədə akt tərtib olunmuşdur və bank işçiləri ona demişlər ki, onun artıq borcu yoxdur, “narahat olma müqavilə ləğv olunub”. Lakin, iki il keçdikdən sonra ona zəng etmişlər ki, onun banka borcu var. Göründüyü kimi, kredit müqaviləsi «X6» nəqliyyat vasitəsinin alınması üçün götürülmüş, müxtəlif şəxslərin mülkiyyətində və istifadəsində olmuşdur. Birinci ins tansiya məhkəməsində icraat Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» ilkin iddia tələbinin və Cavabdeh1 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işə əlavə olan 19.02.2016-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka 24026,38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz. 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları məbləğində borcu vardır. 06.11.2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka 24026.38ABŞ dolları əsas, 10100.07 ABŞ dolları faiz borcu, hesablanmış artırılmış faiz borcu 6067.31 ABŞ dolları olmaqla, cəmi 40193.76 ABŞ dolları borcu yaranmışdır. Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 2(034)-1161/2017 saylı qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2018-ci il tarixli 2315 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən «xxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği 14.08.2015-ci il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 1.172,79 ABŞ dolları, 19.02.2016-cı il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 4.135,62 ABŞ dolları, 13.11.2016-cı il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 8.363,64 ABŞ dolları təşkil edir. 2007-ci il buraxılışlı mühərrik tutumu 4200 sm «X6» minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üz rə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2015-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40000,00 manat müəyyən olunur. 2007-ci il buraxılışlı mühərrik tutumu 4200 sm «X6» minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki zədəli vəziyyətdə orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verilmişdir və Cavabdeh3 adına “X6” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il ta rixli ipoteka müqaviləsi bağlanmış və “X6” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilərək və ipoteka müqaviləsi 14 noyabr 2013-cü il tarixli, AA 109696 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qeydə alınmışdır. Kredit üzrə borclar 2015-ci ilin iyun ayınadək ödənilmiş və ödənişlər edilmədiyindən iddiaçı tərəfindən əsas borclu olan Cavabdeh1 zəng olunaraq borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh1 avtomobili xadlı şəxsdən taparaq 15 avqust 2015-ci il tarixində Banka təhvil vermiş, bu barədə akt tərtib olunmuş və Cavabdeh1 artıq müqavilənin ləğv edildiyini və qalan işləri bank görəcəyini bildirilsə də, İddiaçı ASC tərəfindən heç bir tədbir görülməmiş və İddiaçı ASC tərəfindən avtomobil iki il ərzində saxlanılaraq borcun öd ənilməsi üçün qiymətləndirilərək borcun ödənilməsinə yönəldilməmişdir. Cavabdehlərin avtomobili təhvil verildiyi ana 24022.88 ABŞ dolları əsas, 1172.79 ABŞ dolları faiz və 1301.28 ABŞ dolları cərimə borcu olduğunu nəzərə alındığı halda, ekspertiza rəyinə əsasən təhvil verilmiş avtomobilin dəyəri 40000 manat, yəni 38095 ABŞ dollarından qalıq borc 26496.95 ABŞ dolları çıxılanda 11598.05 ABŞ dolları borc artıq cavabdehlərin iddiaçıya yox, iddiaçının cavabdehlərə olan borcu qalır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının təhvil aldığı avtomobili vaxtında qiymətləndirməklə borcun ödənilməsinə yönəltməməsinin mənfi nəticəsini cavabdehlər deyil, iddiaçının özü daşımalı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi Cavabdeh1 kred it müqaviləsinin 15.08.2015-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi 12900 ABŞ dollarının qətnamə icra edilən an üçün Azərbaycan manatına məzənnə ilə alınaraq ona verilməsi və cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178, 309, 294 maddələri ilə xüsusi qərardad çıxarılması barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı hesab etmişdir ki, artıq kredit müqaviləsinin icra müddəti bitdiyindən, 12.900 ABŞ dolların Cavabdeh1 qaytarılması tələbi ilə bağlı həmin tələbin avtomobilin mülkiyyətçisi Cavabdeh3 məxsus olduğundan, həmçinin İddiaçı ASC-nin hərəkətlərində cinayət əlamətlərinin aşkar olunmadığından Cavabdeh1 qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 38 5, 442, 443.1, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin mülkiyyətçisi ipoteka qoyan Cavabdeh3 başqa şəxslərə etibarnamə verərək nəqliyyat vasitəsini özgəninkiləşdirilməsi” cavabdehləri müqavilə öhdəliklərinin icrasına görə məsuliyyətdən azad etmir. Bank borclu və ipoteka qoyan qarşısında hər hansı öhdəlik götürməmişdir və buna görə bankın məsuliyyət daşıması qanunvericiliyin hər hansı bir normasında nəzərdə tutulmayıb. Digər tərəfdən, bank yalnız məhkəmə yolu ilə borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini təmin edə bilərdi. Avtomobilin nəzəri qaydada 2015-ci ilə olan normal vəziyy ətdə bazar dəyəri ekspert rəyi ilə 40000 manat müəyyən edilib. Halbuki, avtomobil banka yararsız halda təhvil verilib. Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(034)-83/2019 saylı qətnaməsinin ilkin iddia üzrə İddiaçı ASC-nin iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edilmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə onunla bağlansa da, vəsait ona ödənilməyib. Avtomobil isə onun tanımadığı bir şəxsə təhvil verilmişdir. Kredit müqaviləsi 2013-cü ildə bağlansa da, 2015-ci ildə yenə də onun tanımadığı şəxslə zaminlik müqaviləsi bağlanmışdır. Ona nə müqavilə, nə də ödəniş qrafiki verilməyib. Aylıq ödənişləri avtomobili fakt iki idarə edən şəxs ödəyib. 2013-cü ilin noyabr ayından, 2015-ci ilin iyun ayınadək hər ay fasiləsiz olaraq, ümumilikdə heç bir gecikmə olmadan 22.995,26 ABŞ dolları ödəniş olub. Avtomobilin dəyəri və ödənilmiş məbləğ 22.995,26+38095=61090,26 ABŞ dolları təşkil edir. Həmin tarixə banka olan borc 25195 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Zəngilan Rayon Məhkəməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində qətnaməni dəyişdirilmədən, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, hakimlər X1 və X3) 17 avqust 2020-ci il tarixli, 2(105)-211/2020 nömrəli qətnaməsi ilə id diaçının nümayəndəsi Zaur Əliyevin və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 26 fevral 2019-cu il tarixli 2(034)-83/2019 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməsi qənaətinə gəlmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(105)211/2020 saylı, 17.08.2020-ci il tarixli qətnaməsini ləğv edərək, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 da kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-211/2020 saylı, 17.08.2020-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə ləğv edilərək, həmin hissədə təmin edilməsinə, ilk iddiaçının kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən kassasiya şikayətini belə əsaslan dırılıb ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən bu işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin qərarlarının, “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun, Azərbaycan Dövlətinin tərəfdar çıxdığı Beynəlxalq müqavilələrin, maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, tətbiq edilməli olmayan hüquq normaları tətbiq edilmiş, işin hallarına və ilkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət verilməmiş, işə iddiaçıya münasibətdə birtərəfli, qərəzli, qeyri-obyektiv baxılmış, əsassız və qanuna zidd qətnamə çıxarılmışdır. Belə ki, məhkəmənin “Cavabdeh1 avtomobili 15 avqust 2015-ci il tarixdə B anka təhvil vermiş, bu barədə akt tərtib olunmuş və Cavabdeh1 artıq müqavilənin ləğv edildiyini və qalan işlərin Bankın görəcəyini bildirsə də, onlar tərəfindən heç bir tədbir görülməmiş və avtomobil iki il ərzində saxlanılaraq borcun ödənilməsi üçün qiymətləndirilərək borcun ödənilməsinə yönəldilməmişdir” qənaəti səhvdir. Əvvəla, avtomobilin mülkiyyətçisi ipoteka qoyan Cavabdeh3 başqa şəxslərə etibarnamə verməsi onu müqavilə öhdəliklərinin icrasına görə məsuliyyətdən azad etmir. Bankın borclu və ipoteka qoyan qarşısında qanunverciliyin hər hansı bir normasında məsuliyyət daşıması nəzərdə tutulmayıb. Digər tərəfdən, Bank yalnız məhkəmə yolu ilə borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini təmin edə bilərdi. Avtomobilin nəzəri qaydada 2015-ci ilə olan normal vəziyyətdə b azar dəyəri ekspert rəyi ilə 40000 manat müəyyən edilib. Halbuki avtomobil Banka yararsız halda təhvil verilmişdir. Digər tərəfdən cavabdeh apellyasiya instansiyası məhkəməsində izahat verərək qeyd edir ki, “aylıq ödənişləri avtomobili faktiki idarə edən şəxs ödəyib”. Cavabdehin bu izahatı həqiqəti əks etdirmir. Belə ki, mədaxil üzrə kassa orderinin surətindən görünür ki, Cavabdeh1 16.04.2014-cü il tarixdə 1413.00 (bir min dörd yüz on üç sıfır sıfır) ABŞ dolları məbləğində Banka kredit ödənişi etmişdir. Daha sonra 14.08.2015-ci il tarixdə əlyazma qaydasında tərtib edilmiş aktın surətində qeyd olunur ki, “Avtomobil aşkarlanarkən avtomobilin mühərriki, kapotu, təkərləri cırıq, maşın ümumiyyətlə motoru təmiz dağılmış halda aşkar edildi”. Göründüyü kimi, Cavabdeh1 avtomobilin avto qəza nəticəs ində yararsız hala düşdüyünü özü etiraf etmişdir. Digər tərəfdən 119.LN.1404.131113.00001 saylı, 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin surətindən və müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən göründüyü kimi, Cavabdeh1 qeyd edilən sənədləri özü şəxsən imzalayaraq təsdiq etmişdir. Göründüyü kimi, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış yuxanda qeyd olunan kredit müqavilələrinin cavabdehlər tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öh dəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddiaçının, apellyasiya şikayətinin təmin edilməməsinə dair hissəsi, qanuni əsaslı obyektiv və ədalətlidir. Çünki, ilk iddiaçıya 36000 ABŞ dolları kreditin əvəzinə, 1 il ərzində onun tərəfindən 22995,26 ABŞ dolları vəsait (əsas borc və faizlər) qaytarılıb və ipoteka predmeti olan avtomobil də təhvil verilib. Keçirilmiş ekspertizalar müəyyən etmişdir ki, avtomobil ilk iddiaçıya qaytarılan anda dəyəri 40.000 manat (məzənnə ilə 38095 ABŞ dolları) təşkil etmişdir. Həmin ana, onun ilk id diaçıya olan borcu ekspert rəyinə əsasən 25195 ABŞ dolları təşkil etmişdir. Geri təhvil verilmiş avtomobilin dəyərindən həmin borcu çıxsaq, 38 095$-25195$=12900$ fərq yaranır. İş materialları, ekspert rəylərinə əsasən, o ilk iddiaçıya əlavə olaraq 12900 ABŞ dolları həcmində vəsait ödəmişdir. Yəni, ilk iddiaçı əsassız olaraq varlanmışdır. Apellyasiya instansiya məhkəməsi, işin bu hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsilə, həm maddi, həm də prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Qətnamədə məhkəmənin ekspert rəyləri ilə razılaşmaması barədə heç bir qeyd yoxdur. Belə çıxır ki, məhkəmələr bu rəylərlə razıdır. Rəylərə əsasən 12900 ABŞ fərq yaranır. Bu isə əsassız varlanmaya səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.,1 092.1-ci maddələri kassasiya şikayətinin əsasını təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tət biq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yük lü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 909.2. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq ola n hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyada): Maddə 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Maddə 35.2. Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda, ipoteka predmetinə tutma yalnız məhkəmənin qərarı əsasında yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona e tirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.1. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Qətnamədən hər iki tərəf kassasiya şikayəti verdiyindən və kassasiya şikayətlərindən biri ilkin iddianın, digəri isə qarşılıqlı iddianın rədd edilməsi hissəsindən olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsini n müəyyən etdiyi kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində avtomobil alınması üçün kredit verilmiş, öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli 100.CL.131113.00001/n saylı ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, məhkəmələrin kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən Mülki Məcəllənin 739-cu, 448-ci maddələrinin tələblərini düzgün tətbiq etməmşdirlər. Belə ki, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli, Kredit müqaviləsi real müqavilədir. Həmin müqavilə üzrə borc borcalana verilmişdir. Borcalan pulu Bankdan götürdükdən sonra kiməsə verməsi sonrakı şəxsi Bank qarşısında “borcalana” çevirmir, çünki pul həmin şəxsə artıq Bankın deyil, “borcalanın” mülkiyyətində olan vəsait kimi verilmiş sayılır. Bank borcalan ilə aralarındakı “Kredit müqaviləsini müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlamışdır. Yəni, müqavilənin mahiyyətinə görə Bank kredit vermək niyyətində olmaqla bu krediti vermiş, “borcalanın” isə kredit almaq niyyəti olmuş və o, bu krediti almışdır. “Borcalanın” kredit əldə edərkən güddüyü niyyətin krediti özünün deyil, başqa şəxsin ehtiyacları üçün əldə etməsinin kredit müqaviləsinin hüquqi nəticələrinə aidiyyəti yoxdur. Belə ki, bu niyyət müqavilədən əvvəlki deyil, sonrakı niyyətdir. “Bo rcalanın” Bankdan aldığı və artıq onun mülkiyyəti sayılan pulu başqa şəxsə(lərə) verməsində isə Bankın heç bir günahı yoxdur. Beləliklə də, müəyyən edilir ki, Cavabdeh1 13.11.2013-cü il tarixli Kredit müqaviləsi üzrə “borcalan” qismində məsuliyyətli şəxsdir və kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə cavabdehdir. İpotekasaxlayan kimi Cavabdeh3 isə ipoteka predmetinin salamatlığının qorunması, onun itirilməsi və ya zədələnməsi üçün məsuliyyət daşıyır Məhkəmə kollegiyası hesab edir ki, borcalanın 14.08.2015-ci il tarixdə ipoteka predmeti olan avtomobili ipotekasaxlayan banka təhvil verməsi onu kredit müqaviləsi üzrə öhdəliklərin icrasında azad etmirdi və Mülki Məcəllənin 317.1 və “İpoteka haqqında” Qanunun( əvvəlki redaksiyada) 35.2ci maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsaslar işdə mövcud olmamışdır. Buna görə də, avtomobilin banka təhvil verildiyi günə borcun müvafiq ekspertiza keçirilməklə müəyyən edilməsi və təhvil verilən avtomobilin orta bazar dəyərini nəzərə alaraq, borcun bağlanması və hətta bankın əsassız varlanması barədə məhkəmələrin gəldiyi qənaət yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Məhkəmənin istinad etdiyi bankın avtomobil təhvil verildikdən sonra 2 il ərzində hərəkətsizlik göstərərək avtomobili vaxtında qiymətləndirməklə ipotekaya tutma yönəltməməsinin mənfi nəticələrinə görə məsuliyyətin cavabdehlər deyil, iddiaçı bankın daşımalı olması barədə dəlilləri isə borcalanı öz öhdəliklərindən tam azad etməsinə deyil, ondan tələb edilən dəbbə pulu, vur ulmuş ziyan və s. tələblər üzrə nəzərə alına bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin kredit müqaviləsi üzrə öhdəliklərinin və məsuliyyətlərinin ölçüsünü müəyyən edilməsi, işin ədalətli araşdırılması üçün aşağıdakı məsələlərin də ətraflı araşdırılmasına zərurət vardır. Belə ki, bankla digər Cavabdeh2 arasında ikitərəfli 25.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 adına “X6” minik markalı 90SN434 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 31.03.2015-ci il tarixdə Bakı şəhəri, 50 saylı Notariat Kontorunda Cavabdeh2 və X2 adına AR-İ 385879 saylı etibarnamə vermişdir. Etibarnamə 18 il 7 ay 29 gün müddətinə verilmişdir. İşin materiallarında olan «xxxx» ASC-nin İddiaçı ASC-yə ünvanladığı 03.02.2015-ci il tarixli 140 saylı məktubdan görün ür ki, «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış VİC-P-140238 saylı sığorta müqaviləsinə əsasən sığortalanmış və Bankla girov müqaviləsi bağlanmış Cavabdeh3 məxsus “X6” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili 03.02.2015-ci il tarixində İsmayıllı rayonu, Lahıc yolunda yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramışdır. Vurulmuş ziyana görə faydalanan şəxs “xxxx” ASC-yə müraciət edilərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.2-ci maddəsinə əsasən sığorta ödənişinin sığortalıya verilməsi və ya Banka olan borcun ödənilməsinə yönəlməsi ilə bağlı münasibət bildirilməsi xahiş edilmişdir. (i.v 94) Həmin məktuba bank 05/218 saylı 26.02.2015-ci il tarixli cavab məktubunda həmin avtomaşının qəzaya uğraması ilə əlaqədar sığorta vəsaitinin Cavabdeh2 “xxxx” ASC-də olan hesabına köçürülməsi xahiş edilmişdir. (i.v.96) 26.02.2015-ci il tarixli sərəncamla Cavabdeh2 “xxxx” ASC-də olan hesabındakı 15000 manat bloklaşdırılmışdır.(i.v 93) İddiaçı həmin məbləğin ipoteka predmetinin təmirinə sərf edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, apellyasiya instansiyası məhkəməsi X6 markalı **SN-*** dövlət nömrə nişanlı minik avtomobilinə münasibətdə “xxxx Şirkəti” ASC tərəfindən ödənilən sığorta məbləğinin hansı məbləğdə və kimə verilməsini, bu pulun təyinatı üzrə avtomaşının təmirinə sərf edilib-edilməməsini, faydalanan şəxs olan İddiaçı ASC-nin filialının həmin məbləği borcun silinməsinə yönəldilməməsinin səbəblərini aydınlaşdırmamışdır. Digər tərəfdən, həmin avtomobil 14.08.2015-ci il tarixli akta əsasən “mühərriki, kapotu, təkərləri cırıq, maşın ümumiyyətlə matoru təmiz dağılmış halda” aşkar edilmiş, avtomobil təmir olunduğu halda, onun yararsız vəziyyətdə aşkar edilməsinin səbəbləri kredit müqaviləsi üzrə zaminliyi 25.02.2015-ci il tarixdə rəsmiləşdirilmiş Cavabdeh2 və ipotekasaxlayan Cavabdeh3 məhkəmə iclasında iştirakı təmin edilməklə aydınlaşdırılmamışdır. İşin materiallarından görünür ki, Cavabdeh2 heç bir məhkəmə iclaslarında iştirak etməmiş, onun iddia tələblərinə mövqeyi öyrənilməmişdir. Cavabdeh2la 25.02.2015-ci il tarixdə bağlanmış Zaminlik Müqaviləsində onun ünvanı kimi ünvan 1findən ona ünvanlanmış xəbərdarlıq məktublarında və iddia ərizəsində onun ünvanı ünvan 3hkəmə bildirişləri ünvan tam deyiləsası ilə geri qaytarılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazi rliyinin BPMQİ-nin MAPS şöbəsinin 13.07.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. İşin materiallarından görünür ki, Cavabdeh1 avtomobili xadlı şəxsdən taparaq 14 avqust 2015-ci il tarixində Banka təhvil vermiş, bu barədə akt tərtib olunmuşdur. Qeyd edilən aktdan görünür ki, «Avtomobil aşkarlanarkən avtomobilin mühərriki, kapotu, təkərləri cırıq, maşın ümumiyyətlə motoru təmiz dağılmış halda aşkar edildi” Keçirilmiş ekspertiza əsasında müəyyən edilmişdir ki, 2007-ci il buraxılışlı mühərrik tutumu 4200 sm «X6» minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2015-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40000,00 manat müəyyən olunur. 2007-ci il bura xılışlı mühərrik tutumu 4200 sm «X6» minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki zədəli vəziyyətdə orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmlər tərəfindən avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2015-ci ilin avqust ayına olan orta bazar qiyməti əsas götürməklə, banka olan borcun tam ödənilməsi və hətta bankın əsas varlanması barədə qənaəti həm əsassız, həm də qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydal ar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ilk iddia ilə bağlı hissədə əsassızdır. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia ilə bağlı hissədə maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin qeyd edilən hissədə ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ilk iddia ilə bağlı hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına g öndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, qeyd edilən hissə üzrə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün h üquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə cavabdehin kassasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsinə əsaslar məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia hissəsində ləğvi üçün qanuni əsas ola bilməz. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)2 11/2020 nömrəli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.