Məhkəmə qərarları › İş №2(102)-7210/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7210/2021

03.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7210/2021 03.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı İB-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3530,79 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3560,79 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(059)158/2021 saylı qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia qismən təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə cavabdehdən 302.4 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tətqiqatlarının dəyərini təşkil edən 102 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(103)-7891/2021 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2 (059)-158/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh sayğac üzrə qaz sərfiyyatına görə hesablanmış 93.10 manat məbləğində borcun əvəzinin tutularaq İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İB kassasiya şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, şikayəti nəzərdən keçirdikdə müəyyən olunmuşdur ki, Ali Məhkəmənin Mülki Kollegiyasının icraatına daxil olan olan digər 2(102)-6854/2021 saylı iş üzrə kassasiya şikayəti hazırki iş üzrə Cavabdeh tərəfindən verilmişdir. Lakin həmin şikayət səhvən başqa mülki işə əlavə olunaraq kassasiya instansiyasına göndərilmişdir (2(102)6854/2021 saylı işə əlav ə edilmişdir). Həmin iş 02 dekabr 2021-ci il tarixli, 2(102)-6854/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə hər iki tərəf kassasiya şikayəti versə də, ancaq iddiaçının kassasiyasının mümkünlüyü yoxlanmış, cavabdehin kassasiya şikayəti isə səhvən başqa mülki işə əlavə olunaraq göndərilmişdir. Ona görə hazırkı mülki iş geri qaytarılmalı, Cavabdeh tərəfindən verilən kassasiya şikayətinin mümkünlüyü də yoxlanmaqla müvafiq qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 406.1, 406.2, 408.1, 408.1.1, 408.5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-7210/21 nömrəli iş üzrə üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin (cavabdeh tərəfin kassasiya şikayətinin mümkünlüyü yoxlanmadığı üçün) və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar