Məhkəmə qərarları › İş №2(102)-7212/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7212/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7212/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçının vəkili X4, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh X10 qarşı “avtomobil satışından borclu qalmış pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli 2(103)-9080/2019 saylı qətnaməsindən cavabdeh X12 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Arqo Şirkəti Cavabdeh qarşı «avtomobil satışından borclu qalmış pul vəsaitinin tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx" Arqo Şirkətindən aldığı maşına görə ödənilməmiş qalan 15.582 manat pulun ondan tutularaq, müəssisəyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü ilin noyabr ayında Cavabdeh iddiaçı təşkilatdan qiyməti 21500 manat olan 2013-cü istehsalı olan “Brilliance” H 530 markalı avtomobili satın almışdır. Ödəniləcək məbləğin yalnız 4.000 manatını ilkin ödəniş kimi ödəyə biləcəyini bildirmiş, qalan məbləği borclu qalacağını göstərmişdir. İddiaçı təşkilat qərara gəlmişdir ki, onun maşının satın alınmasında borclu qaldığı 17.500 manat məbləği kredit müqaviləsi şəklində rəsmiləşdirsin. Şirkətin rəhbəri Nümayəndə oğlunun təşəbbüsü ilə X3 Cavabdeh arasında onun iddiaçı təşkilata 15.582 manat borclu olduğuna dair 23.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Lakin aradan bir müddət keçdikdən sonra Cavabdeh borclu qaldığı hissə-hissə ödəməyi öhdəsinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, hələ üstəlik də iddiaçı təşkilatdan nisyə götürdüyü maşını başqa şəxsə satdığı barədə məlumat əldə edilmişdir. Belə olan halda X3 adından məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun qaytarılması tələb edilmişdir. Bu məhkəmə prosesinin nəticəsi olaraq qəbul olunmuş məhkəmə qərarları ilə bağlanmış 23.11.2014-cü il tarixli kredit müqaviləsinin maşının satılmasından qalmış borcun rəsmiləşdirildiyi başqa bir müqavi lənin pərdələnməsi məqsədi ilə bağlandığı nəticəsinə gəlinərək iddia rədd olunmuş və sözü gedən kredit müqaviləsi etibarsız hesab olunmuşdur. Cavabdeh iddiaçı şəxsə 15.582 manat borcludur. Onun bütün hərəkətləri müxtəlif vasitələrlə bu borcun ödənilməsindən boyun qaçırmağa yönəlib. Ona görə də iddiaçı yenidən məhkəməyə müraciət edib, onun faktiki borclu qaldığı məbləği ondan tələb etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 29.03.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 15500 manat məbləğində pulun cavabdeh X6 tutularaq, iddiaçı “xxxx” Şirkətinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və İlham Kərimli) 15 iyul 2019-cu il tarixli 2(103)-9080/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X12 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinin "mübahisə ilə dəyərləndirmə” başlığında göstərilir: “‘Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi özlüyündə avtomobilə görə borcun qaldığını t əsdiq edir. Cavabdeh özü də əvvəlki məhkəmə iclaslarında dəfələrlə etiraf etmişdir ki, həmin kredit müqaviləsi avtomobilə görə qalıq borcun ödənilməsi məqsədilə bağlanmışdır. Məhz bu əsasla da həmin əqd yalan əqd kimi etibarsız hesab edilmişdir...” Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahatlarında, yuxarı instansiya məhkəmələrinə ünvanladığı şikayətlərində və iddia ərizəsində demişdir ki, “Brillenci” avtomaşınını Nümayəndə ona baha qiymətə satdığından və Çin istehsalı avtomaşınların o qədər də keyfiyyətli və davamlı olduğuna əminlik olmadığından, avtomaşını geri qaytarmaq istədikdə Nümayəndə etiraz edib ilk ödədiyi 4000 manatdan başqa pulun qalanını da bir dəfəyə ödəməyi tələb etmişdir. O razılaşmadıqda hədə-qorxu ilə oğlu X2kredit müqaviləsi bağlanmasına nail olmuşdur. Avtomaşın Baş Döv lət Yol Polisi İdarəsində qeydə alınana qədər şəxsi mülkiyyətində olan Bakı şəhərindəki bir neçə ay əvvəl satdığı iki otaqlı mənzilin pulu hesabına avtomaşının qalan dəyərini də ödəmiş və bundan sonra maşın onun adına qeydə alınmışdır. Apellyasiya Məhkəmə Kollegiyası daha sonra qətnaməsində qeyd edir ki, “Əgər həmin avtomobilə görə borcu qalmasa idi onlar həmin arayış verildikdən bir gün sonra 23 noyabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamazdılar. Həmin kredit müqaviləsinin avtomobilə görə qalıq borcunun ödənilməsi məqsədilə bağlandığı artıq məhkəmə iclaslarında dəfələrlə sübut olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 10 oktyabr 2017-ci il tarixli qərarının 2-ci səhifəsində Cavabdeh kredit müqaviləsinin etibarsız hesab olunması barədə iddiasının məhz 15.500 manat avtomaşına görə qalıq qalan pula dair kredit müqaviləsi bağlamalarını əsas tutaraq həmin iddianı irəli sürməsi təsdiq olunur.” Lakin bunlar uydurma və yalandan başqa bir şey deyildir. Apellyasiya Məhkəməsinin istinad etdiyi Ali Məhkəmə Mülki Kollegiyasının 10 oktyabr 2017-ci il tarixli qərarının 2-ci səhifəsində qeyd etdiyi məzmunda qarışıq-dolaşıq cümlə yoxdur. Ali Məhkəmənin sözügedən qərarının 4-cü səhifəsində qeyd olunur ki, “işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” şirkəti tərəfindən 22 noyabr 2014-cü il tarixli arayış-hesaba əsasən 2013-cü il buraxılışlı, qara rəngli “Brillenci H-530” markalı minik avtomobili 17173, 72 (on yeddi min bir yüz yetmiş üç manat, yetmiş iki qəpik) manata Cavabdeh satılmışdır”. Sözügedən “xxxx” şirkətinin mülki işin materia llarına əlavə edilmiş arayış-hesabında maşın satan iddiaçı şirkətin təsisçisi - direktoru Nümayəndə, alan isə Cavabdehdur. Həmin sənədə şirkətin rəhbəri Nümayəndə imza etmiş və möhürlə alqı-satqını təsdiq də etmişdir. Ödənilən məbləğdə pul şirkətin kassasına keçirilmiş və kassir də imza etmişdir. Məsələ ondadır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Apellyasiya Məhkəməsinin 31 mart 2017-ci il tarixli qətnaməsi mövcuddur. Həmin iş üzrə Nümayəndə Cavabdeh məhkəmə iclaslarında və əvvəlki Apellyasiya Məhkəməsində birmənalı olaraq maşın satmadığını, ondan ilkin ödəniş olaraq avtomaşına 4000 manat da almadığını, X2 avtomaşın hissələri satmaq üçün mağaza açacağına görə borc pul verdiyini dəfələrlə vurğuladığı halda, nəyin və kimin xatirinə ap ellyasiya məhkəməsi 31 mart 2017-ci il tarixli qətnamədə tələb olunan borcun avtomobilin dəyərini təşkil etməsi anlamına gəlməsini açıqlamırsa, bu, uydurma və cəfəngiyatdır. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamədə Dünyamalıyevlərə gələcəkdə başqa məzmunda, yəni dolayısı ilə kredit müqaviləsindəki məbləği bu dəfə başqa məzmunda, yəni avtomaşının dəyəri kimi tələb etmək şəraiti yaratmışdır. Ancaq DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən Nərimanov rayon məhkəməsinin sorğusuna verilən 22 noyabr 2014-cü il tarixli arayış-hesab X2 dediklərini alt-üst etdi, həqiqəti ortaya çıxardı. X2 avtomaşının dəyəri ödənilibsə, qəbzi göstərməyi ortaya atır. İmza etdiyi və möhür vurduğu arayış-hesab məgər bəs etmir? Şirkət X2 “Brillenci” maşını satıb, X da maşının dəyərini şirkətə ödəyib. Ödəməsə, maşın ona təhvil verilməzdi. Beləliklə də, hakim G.Əsədova və onun çıxardığı qətnaməni qüvvədə saxlayan Apellyasiya Məhkəməsi heç bir əsası olmayan nəticəyə gəlmişlər.MPM-nin 384.0.4 maddəsinə əsasən 261.0.2-ci maddəsində nəzərdə tutulan əsasa görə (eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) 29 mart 2018-ci il tarixli qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməli, yaxud AR MPM-nin 261.0.2 maddəsində nəzərdə tutulan əsasla işin icraatına xitam verilməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarından görünür ki, iddiaçı əvvəllər 15582 manat məbləğində borcun və mənəvi ziyanın cavabdeh X10 verilməsi ilə bağlı 23 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhk əməsinin 17 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15582 manat məbləğində borcun X6 alınaraq, X5 ödənilməsi qət olunmuşdur. X2 həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiası həmin məhkəmənin 04 noyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, 23 noyabr 2014-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamələrdən müvafiq olaraq, Cavabdeh və X3 verdiyi apellyasiya şikayətləri üzrə mülki işlər bir icraatda birləşdirilmiş və Bakı Apellyasiya Məhkəməsinin 31 mart 2017-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin olunmamış, 04 noyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən, Cavabdeh apellyasiya şikayəti təmin edilərək, 17 may 2016-cı il tarixli qətnamə ləğv edilmişdir. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X1 Xoğluna borc verməmiş, həmin məbləğ Cavabdeh avtomobilin alışından borclu qaldığı məbləğ olmuşdur ki, tərəflər aralarındakı münasibətləri borc müqaviləsi ilə rəsmiləşdirmişlər. Buna görə də həmin müqavilə etibarsız hesab edilmiş və iddiaçının həmin müqavilə üzrə 15582 manatın geri qaytarılması ilə bağlı tələbi təmin edilməmişdir. Hazırki iş üzrə iddiaçı “xxxx” Şirkəti Cavabdeh iddiaçı Şirkətdən aldığı avtomaşına görə ödənilməmiş qalan 15.582 manat pulun qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaya olan etirazın əsası kimi 22 noyabr 2014-cü il tarixli arayış-hesaba istinad edərək həmin borcun onun tərəfindən tam ödənilməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə əgər sözügedən avtomobilə görə cavabdehin borcu qalmasa idi, onlar həmin arayı ş verildikdən bir gün sonra 23 noyabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamazdılar və həmin kredit müqaviləsinin avtomobilə görə qalıq borcunun ödənilməsi məqsədi ilə bağlanıldığı artıq müxtəlif məhkəmə iclaslarında dəfələrlə sübut olunmuşdur. Mülki işin 37-ci səhifəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10 oktyabr 2017-ci il tarixli qərarında 2-ci səhifəsində XXX kredit müqaviləsinin etibarsız hesab olunması barədə iddiasının məhz 15.500 manat avtomaşına görə qalıq qalan pula dair kredit müqaviləsi bağlamalarını əsas tutaraq həmin iddianı irəli sürməsi təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, X7 19500 manat avtomaşının dəyəri barədə razılığa gələrək 4000 manat qismən ödəniş etməklə onu öz adına rəsmiləşdirdikdən cəmi üç gün sonra avtom aşını 17.000 manata, yəni aldığı qiymətdən də aşağı qiymətə X9 (iş vərəqə 72) satması Cavabdeh əvvəlcədən avtomaşını ələ keçirməklə başqa niyyətdə olmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktik hallarına uyğun olmadığına və maddi hüquq normasının düzgün tətbiq edilməməsinə görə əsaslı və qanuni sayıla bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 15 500 manat məbləğində pulun cavabdeh X6 tutularaq, iddiaçı “xxxx” Şirkətinə ödənilməsi qənaətinə gələrkən cavabdehin X7 ilə 19500 manat avtomaşının dəyəri barədə razılığa gələrək 4000 manat qismən ödəniş etməklə onu öz adına rəsmiləşdirdirməsinə istinad etsə də, iş materiallarında olan 22.11.2014-cü il tarixli 569078 saylı hesab arayışda 2013-cü istehsalı olan “Brilliance” H 530 markalı avtomobilin dəyərinin 17173 manat göstərilməsinə diqqət yetirməmişdir. Qeyd edilən hal apellyasiya şikayətinin dəlillərindən biri olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlilə müfəssəl hüquqi qiymət verməmiş və kollegiyanın qənaətinə görə 4000 manat ödəniş nəzərə alınmaqla, isə cavabdehdən tutulmalı olan məbləğin artıq 15 500 manat məbləği təşkil etməsi işin faktiki və araşdırılmış hallarına uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan iş üzrə X3 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olub-olmamasına da qiymət verməmişdir. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, həmin məhkəmə aktları ilə X3 Cavabdeh borc verməməsi, həmin məbləğin Cavabdeh avtomobilin alışından borclu qaldığı məbləğ olduğu və tərəflər aralarındakı münasibətlərin borc müqaviləsi ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmin kredit müqaviləsinin avtomobilə görə qalıq borcunun ödənilməsi məqsədi ilə bağlanıldığı artıq müxtəlif məhkəmə iclaslarında dəfələrlə sübut olunmuşdur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10 oktyabr 2017-ci il tarixli qərarında məhkəmə xüsusi olaraq vurğulamışdır ki, sözügedən nəqliyyat vasitəsi XXX deyil, “xxxx” Şirkətinə məxsus olmuşdur, həmin Şirkətin Cavabdeh qarşı hər hansı bir tələbi yoxdur və alqı-satqı zamanı avto mobilin dəyərinin sonuncu tərəfindən tam məbləğdə ödənilib-ödənilməməsi məsələsi isə hazırki işə baxılmasının predmeti olmamışdır. Buna görə də, sözügedən avtomobilin alqı-satqısı zamanı ödənilməməsi ehtimal edilən hər hansı pul vəsaitinin Cavabdeh geri tələb etmək üçün X1 subyektiv hüququ yoxdur. Göründüyü kimi, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə alqı-satqı zamanı avtomobilin dəyərinin tam məbləğdə ödənilib-ödənilməməsi ilə bağlı hazırda baxılan mübahisə üzrə preyudisiya təşkil edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin məhkəmə aktlarına istinad edilərək, avtomobilin dəyərinin tam ödənilməməsinin təsdiq olunması qənaətinə gəlinməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkiiş üzrə tərəfl ər arasına mübahisəli olan bu fakt ümumi əsaslarla sübut edilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə də araşdırma aparmayaraq şikayətin dəlilləriinə də hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilən Qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prossesual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarı n 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin re al bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qə tnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bü tün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarına Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X12 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının15 iyul 2019-cu il tarixli 2(103)9080/2019 saylı qətnaməsi qismən ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar