Məhkəmə qərarları › İş №2(102)-7218/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7218/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7218/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli (hakim N.T.Tağıyeva; 2(006)-4156/2018 saylı ) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və B6 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-ninxeyrinə ***** saylı, 09 iyun 2009-cu il tarixli ktedit müqaviləsi üzrə 2500(iki min beş yüz) manat əsas borcun, 564(beş yüz altmış dörd) manat 83(səksən üç) qəpik faiz borcunun, cəmi 3064,83 manat pulun tutulması, Cavabdeh1 və B6 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-ninxeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, bank xidmət haqqının əvəzi olaraq 40 qəpik pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli(sədrlik edən və məruzəçi), X.A.Cəmilova, İ.K.Xəlilov; 2(103)-8734/2019) cavabdeh X1pellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n 19 iyul 2018-ci il tarixli, 2(006)-4156/2018 saylı qətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdeh X2 verilməsi qət edilmişdir. İşin halları İddiaçı LPO İddiaçı ASC, cavabdhlər Cavabdeh1 və B6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “İddiaçı'’ ASC-nin xeyrinə 09 iyun 2009-cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manat əsas borc, 564 (beş yüz altmış dörd) manat 83 (səksən üç ) qəpik faiz borcu, cəmi 3064 (üç min altmış dörd) manat 83 (səksən üç) qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı’' ASC-nin 16 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2009-cu il tarixdə imzalanmış ******** nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 30 faiz olmaqla, 2500 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə İddiaçı ASC-nin 16 saylı filialı arasında 09 iyun 2009-cu il tarixdə 82 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmdən kənar qaydada həll etmək məqəsdi ilə bank tərəfindən cavabdehlərə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC-nin 16 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2009-cu il tarixdə imzalanmış ******** nömrəli kredit müqaviləsinə əsasən 10.05.2018-ci il tarixə Cavabdeh2 LPO İddiaçı ASC qarşısında 2500 (iki min beş yüz) manat əsas borc,564(beş yüz altmış dörd) manat 83(səksən üç) qəpik faiz borcu, cəmi 3064(üç min altmış dörd) manat 83 (səksən üç) qəpik borc öhdəliyi yaranmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu kassasiya şikayətində apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci, 739-cu maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı LPO İddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin məhkəməyə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh X3 Mülki-Prosessual M əcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göst ərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 azim oğlunun arasında bağlanmış ********* saylı, 09 iyun 2009-cu il tarixli kredit müqaviləsindən əsasən bank tərəfindən Cavabdeh2 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 82 saylı, 09 iyun 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh2 arasında ğlanmış ******* saylı kredit müqvailəsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 oğltı brəfindən İddiaçı ASC-yə 09.07.2009-cu il tarixdən 09.06.2010-cu il tarixədək hər ay 143 manat 72 qəpik məbləğində ödəniş edilməli idi. 11 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, B6 İddiaçı ASC-yə 09 iyun 2009-cu il tarixli kredit üqaviləsi üzrə 2500 (iki min beş yüz) manat əsas borc. 564 (beş yüz altmış dörd) manat 83 (səksən üç) qəpik faiz borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanan ****** saylı, 06 aprel 2012-ci il tarixli borcun qaytarılmasına dair bildirişdən görünür ki, borclu və zamindən 09 iyun 2009-cu il tarixli müqavilə üzrə borcun ödənilməməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilən in qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. - 386.1-ci maddəsinə əsasən,öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 376-cı maddəsinə əsasən, əsas tələb üzrə ddi a müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki. kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış fa izlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti 12 ay müddətinə müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında imperativ qaydada şərh olu nmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit ’müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, ləğv prosesində olan "İddiaçı” ASC ilə X3 arasında 09.06.2009-cu il tarixdə müqavilə bağlanmış və icra müddəti 12 ay müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, 09.06.2010-cu tarixdən sonrakı gün, yəni 10.06.20 10-cu il tarixdən başlamışdır.Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı 10.06.2013-cu il tarixdə bitmişdir. İddiaçı tərəfindən mübahisəyə dair iddia ərizəsi isə 29.05.2018-ci il tarixdə məhkəməyə təqdim edilmiş, həmin vaxtda isə artıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə q əbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar