Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-723/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-723/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlunun və Cavabdeh2 vəkili **** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli, 2(103)6571/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili **** oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 20.02.2018-ci il tarixli, 2(001)-1383/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 25.11.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 14479.99 ABŞ dolları məbləğində əsas borcun, 3163.42 ABŞ olları məbləğində faiz borcunun, 270 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 17913.41 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla müştərək qaydada tutularaq İddiaçı İKB-nə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pulun Cavab deh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı İKB-nə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat hissəsinin müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 10 manat məbləğində hissəsinin İddiaçı İKB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 30.07.2018-ci il tarixli, 2(103)-6571/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixliqətnaməsinin dəyişdirilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 25.11.2014-cü il tarixli bank hes ab, kredit və zaminlik müqaviləsi üzrə 25.11.2016-cı il tarixədək hesablanmış 14930,23 ABŞ dolları əsas, 3890,52 ABŞ dolları faiz və 2701,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 21521,97 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla müştərək qaydada tutularaq İddiaçı X2 ödənilməsi, qətnamə qalan hissədə yəni, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı X2 ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 10 manat məbləğində hissəsinin İddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 və vəkili **** oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı İKB borclular Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə 22.11.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, 25.11.2014-cü il tarixli, 22-M-2-0-1574-14 saylı kredit müqaviləsindən irəli gələn 08.09.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 14930.23 ABŞ dolları əsas borc və 5586.17 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20516.4 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh2, Cavabde h3 və Cavabdeh1 birgə qaydada tutulub İddiaçı İKB-nə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 22.11.2016-cı il tarixli, 2(001)-17120/2016 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı İKB borclular Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 14930.23 ABŞ dolları əsas borcun və 5586.17 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə, 20516.4 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə göstəriş verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 29.11.2016-cı il tarixli, 2(001)-17120/2016 nömrəli qərardadı ilə borclu Cavabdeh2 məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 22.11.2016cı il tarixli, 2(001)-17120/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. Daha sonra İddiaçı İKB iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 25.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25.11.2016-cı il tarixədək hesablanmış banka 14930.23 ABŞ dolları əsas borc, 3890.52 ABŞ dolları faiz borcu və 2701.22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21521.97 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili **** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı bank onlara qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən onlardan 5586.17 ABŞ dolları faiz borcunun tutulmasını tələb etsə də, iş iddia icraatına keçdikdən sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək onlardan 14930.23 ABŞ dolları əsas, 3890.52 ABŞ dolları faiz, 2701.22 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etmişdir. Necə ola bilər ki, məhkəmə əmri çıxarılması barədə ərizədə banka olan faiz borcu 5586.17 ABŞ dolları olduğu göstərildiyi halda, iddia ərizəsində 3890.52 ABŞ dolları olduğu göstərilmişdir. Göründüyü kimi, bank əsassız varlanmaq yolunu tutmuşdur. Binəqədi rayon məhkəməsi tərəfindən təyin edilmiş 21.12.2017-ci il tarixli, məhkəmə-mühasibatlıq ekspertizasının 4999 saylı rəyinə əsasən onun banka 25.11.2016-cı il tarixinə 14479.99 ABŞ dolları əsas, 3163.42 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 17643.41 ABŞ dolları borcun olması müəyyən edilmişdir. Onlar bu rəylə razı olmasalar da hazırda apelyasiya məhkəməsinin qət etdiyi məbləğlərə baxdıqda rəyin daha ədalətli olduğunu düşünürlər. Bundan əlavə, bank tərəfindən müqavilə müddəti başa çatdıqdan sonra iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin ərizəyə tənqidi münasibət bildirmiş və nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi 2701.22 ABŞ dolları məb ləğində dəbbə pulunun tutulması qənaətinə gələrkən heç bir ədalət kriteriyalarına əsaslanmamışdır. Axı qanunverici tənasübsüz qaydada hesablanmış dəbbə pulunun tutulması hissəsində onu və zaminlərini nəzərə almalı idi. Yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etməyərək belə qənaətə gəlmişdir ki, guya məhkəmə bankın iddia həcminin artırılması barədə ərizəsini nəzərə almamışdır. Halbuki iddiaçı məhkəmə əmrinin verilməsi barədə ərizəsində dəbbə pulu tələb etməmiş, iddia tələbinin həcminin artırılması barədə ərizəsində isə 2701.22 ABŞ dolları məbləğində dəbbə pulu tələb etmiş, rayon məhkəməsi dəbbə pulunu azaldaraq 270 ABŞ dolları həddində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxan zaman nə kredit müqaviləsinin müddətinin başa çatmasını, nə ekspert rəyini, nə də onun bu günə kimi etmiş olduğu ödənişləri nəzərə almamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi çəkişmə prinsipini də pozmuşdur. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh müqavilə müddəti ərzində banka 5566 ABŞ dolları faiz borcu ödəməli idi. O, isə banka son olaraq 26.05.2016-cı il tarixində ödəniş etməklə faiz borcunun 4448.94 ABŞ dollarını banka ödəmişdir. Lakin ekspert rəyi ilə faiz borcu 3163.42 ABŞ dolları həddində müəyyən edilmişdir. Həmçinin ekspert rəyi ilə əsas borc 14479.99 ABŞ dolları müəyyən edilsə də, apelyasiya instansiyası məhkəməsi nə qanunun aliliyini, nə tərəflərin bərabərliyini, nə də ədalət prinsipini əsas götürmədən əsas borcu artıraraq 14930.23 ABŞ dolları həddinə qaldırmışdır. Göründüyü kimi, apellyasiya in stansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsi və ya işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlm əyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili **** oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 25.11.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı İKB-dən illik 26 faiz ödəmək şərti ilə 24 ay müddətinə götürdüyü 19000 ABŞ dolları məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Cavabdeh1 və Cavabdeh3 birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 21.12.2017-ci il tarixli, 4999 saylı rəyindən görünür ki, Cavabdeh2 08 sentyabr 2016-cı il tarixə əsas borc üzrə 14479,99 ABŞ dolları, faiz borcu 3163,42 ABŞ dolları olmaqla, ümumilikdə 17643,41 ABŞ dolları məbləğində borcunun olması müəyyən olunur. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, biri nci instansiya məhkəməsi işə baxarkən iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavəni nəzərə almamaqda səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İKB tərəfindən birinci instansiya məhkəməsinə 02.02.2018-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilmiş, həmin ərizə icraata qəbul edilərək, iş materiallarına əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə qəbul edilərkən həmin iddia ərizəsinə əlavə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə qətnamə qəbul edilərkən, İddiaçı İKB tərəfindən birinci instansiya məhkəməsinə 02.02.2018-ci il tarixdə verilmiş iddia ərizəsinə əlavə nəzərə alınmalıdır. Lakin kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və şikayətin dəlil lərindən cərimə borcunun tənasübsüz qaydada müəyyən edilməsini əsaslı hesab edərək qeyd edir ki, bu dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli qətnaməsi – cərimə borcunun məbləği ilə bağlı hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan cərimə məbləği 1000 ABŞ dolları həddində müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pul u ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli, 2(103)-6571/2018 nömrəli qətnaməsi cərimə borcu hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 14930,23 ABŞ dolları əsas, 3890,52 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 19820,75 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə) və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul tutularaq İddiaçı İKB-nə ödənilsin. Qətnamə qalan hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-723/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-723/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver