Məhkəmə qərarları › İş №2(102)-723/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-723/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-723/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il ta rixli qətnaməsindən iddiaçı “xxxx” QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasına xitam olunması, cavabdehlər - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 15910, 67 ABŞ dolları kredit borcu, 5184,26 ABŞ dolları faiz borcu, 18127,31 ABŞ dolları cərimə olmaqla, cəmi 39222.24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, həmçinin, tutmanın ipoteka predmeti olan mən zilə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılmaları, mənzi lin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə iddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, 31L000000049 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 200000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 031R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 031R********** S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 14089.33 ABŞ dolları ödəmiş, onun 15910.67 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 599 gün üçün hesablanmış faiz borcu 5184.26 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixə 599 gün üçün hesablanmış cərimə 18127.31 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddia çı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 031M**********01 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Həmin bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin bildirişin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cav abdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İpoteka predmeti olan Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində olan 80 nömrəli mənzildə qeydiyyatda olan cavabdehlər X6, X3, Cavabdeh3 və X4 həmin mənzilin iddiaçıya ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev, iş № 2(060)-2272/2019) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 14735,76 ABŞ dolları, faiz borcu üzrə 5184,26 ABŞ, cərimə üzrə 1500 ABŞ dolları olmaqla, cəmi 21420 ABŞ dolları 76 sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 80-ə yönəld ilməsi, ünvan 1, mənzil 80 açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSCyə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1, mənzil 80-in ilkin satış qiymətinin 52909 manat 92 qəpik məbləğində müəyyən edilməsi, ünvan 1, mənzil 80-ə tutma yönəldildikdən və mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1lə iddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, 31L000000049 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında olan xx.xx.2015-ci il tarixli, 031R********** saylı kredit razılaşması əsasında iddiaçı cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, kreditin ödənilməsi müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. 31S000000074 və 31S000000075 saylı zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşdurlar. xx.xx.2015-ci il tarixli, 031M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1, mənzil 80 Cavabdeh1 xüsusi mülkiyyətindədir. RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə y üklü edilmişdir. Sumqayıt şəhər, 3 saylı notariat kontorunda imzalanmış ərizələrdə cavabdehlər Cavabdeh4 və Gülşən Paşayeva, Cavabdeh3 ünvan 1, mənzil 80 ünvanındakı mənzilin iddiaçıya və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişlər. Onlar həmçinin ipoteka predmetinə tutma yönəldilərsə və satılarsa mənzili tərk etmək barədə öhdəlik götürmüşlər. Maliyyə arayışına əsasən, Cavabdeh1 kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixinə borcu əsas borc üzrə 15910,67 ABŞ dolları, faiz borcu üzrə 5184,26 ABŞ dolları, cərimə üzrə 18127,31 ABŞ dolları olmaqla, cəmi 39222,24 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertizası Mərkəzinin 14198 nömrəli ekspert rəyinə görə, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 031R********** saylı kredit razılaşması və xx xxxxxx 2016-cı il tarixli sazişin şərtlərinə əsasən xx.xx.2019-cu il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 14735,76 ABŞ dolları, faiz borcu üzrə isə 7007 ABŞ dolları məbləğindədir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə adlıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhd əliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin ha llarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yenə həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malik dir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından gö türülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan di gər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ə n geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 14735,76 ABŞ dolları, faiz borcu üzrə 7007 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, ekspert rəyində göstərilən məbləğdə əsas borc və iddia ərizəsində göstərilən məbləğdə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, 14735,76 ABŞ d olları əsas borc məbləğinə 18127,31 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənilməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğini azaldaraq 1500 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab etmişdir. Məhkəmə tələbin əmlaka yönəldilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Sumqayıt şəhər 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzil onun iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. İpoteka predmetinin ilkin satış qyiməti 52909 manat 92 qəpik məbləğində gö stərilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), N.Mövsümov və F.Zeynallı, iş № 2(105)-821/2020 ) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2272/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat müəyyən edilməsi, qalan hissədə qətnamə nin dəyişdirilmədən saxlanılması, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit razılaşması əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit razılaşması üzrə öhdəliyi icra edərək nəzərdə tutulan məbləği Cavabdeh1 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da razılaşma şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin e tmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 421.1, 421.2, 445.2.1, 462.1, 470.1, 472.1, 269, 319-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsa sən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə z amin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faiz lər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqavi ləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, alınmış rəydən müəyyən edilmişdir ki, borc məbləğinin tələb edilməsinin hüquqi əsasları var. Cərimə borcunun tutulmaması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca i cra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olur. Cərimə borcunun ümumiyyətlə silinməsi isə kreditorun əmlak mənafeyinin pozulmasıdır. İddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən sonra cavabdeh tərəfindən ödənişlərin edilməsi ilə bağlı apellyasiy a instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər qətnamənin icra mərhələsində ödəniş qəbzlərinin təqdim edilməsi ilə həll edilə bilər. Apelyasiya şikayətinin mənzildən istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ipotekaya qoyulmuş mənzil və fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Mənzildən çıxarılma ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşay ış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 mənzildən çıxarılması hissəsində əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 52909 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatına görə, ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilin hazırkı vəziyyəti nəzərə alınmaqla bazar qiyməti 75000 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti qiymətləndirmə rəyinə müvafiq olaraq 75000 manat məbləğində m üəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” QSC (vəkil Əhmədova Aysel Zöhrab qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən məhkəmə maddi hüquq norm asının pozuntusuna yol vermişdir. İlkin satış qiyməti müəyyən edilən zaman ipoteka qoyan və ipoteka saxlayan arasında mövcud olan razılaşma nəzərə alınmalı, belə razılaşmanın olmadığı və yaxud mübahisə olduğu təqdirdə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Cavabdehin apelyasiya şikayətindən göründüyü kimi onun tərəfindən mübahisələdirilən məsələlər yalnız hesablanmış borc məbləğindən və ipoteka predmetinə istifadə hüququnun itirilməsindən ibarət olmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti ümumiyyətlə nə birinci, nə də apellyasiya instansiya məhkəməsində mübahisə predmeti olmamışdır. Bu səbəbdən 1-ci instansiya məhkəməsi haqlı olaraq ilkin satış qiymətini müəyyən edən zaman tərəflər arasında mövcud olan razılığı əsas götürmüşdür. Hətta hesa b edilsə ki, məhkəmə ilkin satış qiymətinin müəyyən edilməsində haqlı olmuşdur, bu halda isə Sumqayıt Apelyasiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «İpoteka Haqqında» Azərbyacan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməsi məsələsinə dair» xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiymət ilə müəyyən edilməlidir. Apelyasiya məhkəməsi xx.xx.2020-ci il tarixdə əmlakın qiymətləndirilməsi ekspertizası təy in edilmiş, qiymətləndirmə keçirilməsi «xxxx» MMC-yə həvalə edilmişdir. «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar qiyməti ilə müəyyən edilərək 75000 manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlaka dair ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın dəyəri 52909,92 manat məbləğində qiymətləndirilmişdir. Bank tərəfindən müstəqil qiymətləndirmə şirkəti olan «xxxx» MMC-yə müraciət edilərək həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi xahiş edilmişdir. Həmin MMC-in xx.xx.2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti (bazar dəyəri) 65000 manat olaraq müəyyən edilmişdir. İpoteka predmeti ilə bağlı «xxxx» MMC-nin rəyindəki qeyd etdiyi qiymət qətiyyən reallığı əks etdirmir və ən əsası ilkin satış qiyməti bazar dəyəri ilə yox, likvid dəyəri əsasında müəyyən edilməli idi. Cavabdeh1 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi araşdırma dövründə 11.000 manat ödənişi nəzərə almamış, yekun borc məbləği barədə bankdan müvafiq sənədlər tələb edilməmiş, ekspertiza rəyi ilə iddia tələbi arasınd a ziddiyyətlər olmasına baxmayaraq, iddiaçı tərəfindən sübut edilməyən iddiasını təmin etməklə, bankın əvəzindən onun səlahiyyətlərini yerinə yetirmiş, eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsi iş üzrə tətbiq edilməli olmadığı halda, səhv tətbiq etməklə bununla prosessual hüquq normalarının tələblərinin pozulması ilə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumunun şərh vermə ilə bağlı hüquqi mövqeyinə zidd olan, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” QSC-nin vəkili Əhmədova Aysel Zöhrab qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmi ş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən verilmuş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı tərəf kassasiya şikayətində yalnız qətnamənin ilkin satış qiymətinin müəyyən olunması hissəsini mübahisələndirmiş cavabdeh İ.Rufullyaev isə yalnız iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Belə olan halda hazırkı kassasiya icraatı yalnız iddianın təmin olunmuş hissəsi və ipoteka predmetinin ilkin satış qiyməti ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti təmin, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ipoteka predmetinin ilkin satış qiyməti və borcun məbləğinə (əsas, faiz və cərimə) münasibətdə ləğv edilməli və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı “xxxx” QSC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən tərəflərin razılaşdırmış olduğu məbləği deyil, mübahisələndirilmədiyi halda aldığı qiymətləndiricinin rəyini əsas götürmüş, eyni zamanda ipoteka predmetinin likvid qiymətini müəyyən etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, tərəflər ipotek a müqaviləsində ipoteka predmetinin dəyərini 52909,92 manat məbləğində qiymətləndirmişlər. Birinci instansiya məhkəməsi məhz həmin qiyməti əsas götürmüş və tərəflər arasında ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə Cavabdeh1 apelyasiya şikayəti vermiş, həmin apelyasiya şikayətində dəlilləri borcun məbləğinin düzgün olmaması və mənzildən çıxarılma, istifadə hüququnun itirilməsi hissəsinin əsassız olması ilə bağlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlili olmamışdır. Apelyasiya instansiya məhkəməsi işə müstəqil qiymətləndirici dəvət edərək rəy almış və ipoteka predmetinin qiymətinin 75000 manat olmasını müəyyən etmiş və həmin qiymətlə razılaşmışdır. İddia çı bank həmin qiymətlə razılaşmayaraq müvafiq sübut təqdim etməsinə, (ipoteka predmetinin bazar dəyərinin 65000 manat olması) apellyasiya instansiya məhkəməsi təkrar qiymətləndirici rəyinin alınması ilə bağlı vəsatət verilməsinə baxmayaraq məhkəmə hər hansı əsaslandırma aparmadan vəsatətin təmin olunmaması nəticəsinə gəlmişdir. Razılaşılmış olsa ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində apelyasiya instansiya məhkəməsi haqlıdır, bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «İpoteka Haqqında» Azərbyacan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun un 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiymət ilə müəyyən edilməli olmasına xüsusi diqqət yetirilməli idi. Göründüyü kimi apelyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı xx.xx.2020-ci ildə qəbul olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı isə bundan 8 gün əvvəl qəbul olunmuşdur. Belə olan halda ipoteka predmetinin bazar dəyərini müəyyən edən məhkəmə eyni zamanda həmin əmlakın likvid dəyərini müəyyən etməli idi. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

9. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli 01 saylı qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Cavabdeh1 kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh borc məbləğinin düzgün hesablanmadığına istinad edərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin araşdırılmış halları ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci ildə 36 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müddəti xx.xx.2018-ci ildə bitmiş, sonrakı razılaşma ilə kredit müddəti uzadlımış və icranın son tarixi xx xxx 2019cu il olaraq müəyyən edilmişdir. İddiaçı isə borc məbləğini xx.xx.2018-ci il tarixədək hesablayaraq tələb etmişdir. İddiaçı vəsatətində məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, borc məbləğinin xx.xx.2018-ci il tarixədək hesablanmasını xahiş etmişdir. Lakin məhkəmə mühasibatlıq ekspertizası təyin edən birinci instansiya məhkəməsi borcun tələb olunma müddətini nəzərə almadan borc məbləğini xx.xx.2019-cu il tarixədək olan vəziyyətə müəyyən olunması barədə qərardad qəbul etmişdir. Belə olan halda iddiaçının xx.xx.2018-ci il tarixə hesablanmış borcunun düzgün olub-olmasını kifayət qədər araşdırlımamış qalmışdır. Sonda iddia ərizəsində tələb olunan faiz məbləği düzgün hesablanmış məbləğ olaraq qəbul edilərək faiz borcunun məbləğinin 5184,26 ABŞ dolları həddində müəyyən edilmişdir. Eyni zamanda nə qədər ki, cavabdehin tələbi borcun düzgün hesablanmamasına yönəlmişdir, bu halda apelyasiya instansiya məhkəməsi tələb olunma müddətinə uyğun olaraq borcun düzgün hesablanıb-hesablanmaması aydınlaşdırmalı və xüsusi biliyin zəruri olması halında isə Mülki Prosessual Məcəllənin 97.1-ci mad dəsinin tələbinə əsaslanmaqla məhkəmə-mühasibatlıq ekspertizansının təyin edilməsinin mümkünlüyünü müzakirə etməli olduğu halda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsini təmin etməmişdir Mülki Prosessual Məcəllənin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessal hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən mübahisələndirilən hissələr üzrə gəldiyi nəticəsi qanuni və əsasl ı sayıla bilməz. Ona görə də qətnamə ipoteka predmetinin ilkin satış qiymtəinin müəyyən olunması və borc məbləğinə aid hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiyməti və borcun məbləğinə münasibətdə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar