Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-723/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(106)578/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 21 aprel 2011-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 28 faiz olmaqla 4 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin 07 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 21 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixə əsas borcu 4200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan faiz borcu 646,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 2044,22 manat faiz borcu, cərimə borcu 4238,26 manat olmaqla, ümumi borcu 11129,28 mana t təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 4200 manat əsas borc, 646,8 manat faiz borcu, 2044,22 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 4238,26 manat dəbbə borcu olmaqla, cəmi 11129,28 manat məbləğində kredit borcunun, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsa slandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Salyan Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(057)-1247/2018 nömrəli qətnaməsi ilə (hakim Ə.B.Paşayev) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc 4200 manat, faiz borcu 646,80 manat, cərimə borcu 500 manat olmaqla, ümumilikdə 5346,80 manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(057)-1247/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda cavabdeh apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(106)-110/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və M.K.Həsənovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şika yətinin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(057)-1247/2018 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddia müddətinin tətbiqinə dair apellyasiya şikayətinin dəlilinə münasibət bildirən apellyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, xəbərnamə 27 iyul 2018-ci il tarixdə Salyan rayonunun Xalac kəndində qeydiyyatda olan cavabdehin atası Zamanxan Məcidova rəsmi qaydada təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X1 27 yanvar 2020-ci il tarixli bildirişindən görünür ki, Salyan Rayon Məhkəməsi tər əfindən Salyan rayonunun Xalac kənd sakini Cavabdeh ünvanlanmış SS514759662AZ nömrəli xəbərnaməli məktub 27 iyul 2018-ci il tarixdə cavabdehin atası Məcidov Zamanxana verilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(106)-110/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(102)-3911/2020 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(106)-110/2020 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi Cavabdeh apellyasiya instansiyası məhkəməsində mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi həmin ərizəni təmin etməmiş və qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də cavabdehin apellyasiya icraatında iddia müddətinin ötürülməsi ilə bağlı ərizə vermək hüququ olmamışdır. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin 22 avqust 2018-ci il tarixli iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi xəbərnamənin 27 iyul 2018-ci il tarixdə Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan Cavabdeh atası Zamanxan Məcidova rəsmi qaydada təqdim edildiyini qeyd etsə də, həmin imza atası Zamanxan Məcidova məxsus deyildir. Həmçinin xəbərnamədə atasının adı və soyadı qeyd edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 22 avqust 2018-ci il tarixli iclası təxirə alınmış və işə baxılması 12 sentyabr 2018-ci ilə, 12 sentyabr 2018-ci ildən isə 26 sentyabr 2018-ci ilə təxirə alınmışdır. Lakin iş materiallarından görünür ki, bi rinci instansiya məhkəməsinin 12 sentyabr 2018 və 26 sentyabr 2018-ci il tarixli iclasları barədə də bildirişlər cavabdehə rəsmi qaydada verilməmişdir. Bundan başqa, "xxxx" MMC-nin Salyan poçt filialı tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli məktubda 27 iyul 2018-ci il tarixli xəbərnaməli məktubun cavabdehin atası Zamanxan Məcidova verilməsi qeyd edilsə də, həmin məktubda bu halı təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Ona görə də, sözügedən məktub 27 iyul 2018-ci il tarixli bildirişin cavabdehin atası Z.Məcidova təqdim edilməsi kimi qiymətləndirilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(106)-578/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(057)-1247/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şər h edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarlarına istinad edərək göstərmişdir ki, 21 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə kreditin ödəmə müddəti 21 avqust 2011-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Kredit müqaviləsi üzrə iddia müddətinin axımı 21 avqust 2011-ci il tarixdə başlamış və 21 avqust 2014-cü il tarixdə başa çatmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmamışdır. 27 iyul 2018-ci il tarixli xəbərnam ədən görünür ki, 22 avqust 2018-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş Məcidov soyadlı şəxs tərəfindən qəbul edilmiş, lakin Ali Məhkəmənin Mülki Kollegiyası öz qərarında bunu bildirişin cavabdehə rəsmi qaydada verilməsi kimi qiymətləndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(106)-578/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin q ətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi əsassız olaraq iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış, məhkəmədə iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Apellyasiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsini qəbul etmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tər əfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi idd ia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının niz amlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşd ur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir....... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və iş i bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edi lməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsas götürülərək əsaslı olaraq iddia rədd edilmişdir. Kassasiya şikayətinin d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki kassasiya icraatında göstərilən kimi birinci instansiya məhkəməsi tərəfindən 17 iyul 2018ci il tarixdə məhkəmənin hazırlıq iclası, 12 sentyabr 2018-ci il və 26 sentyabr 2018-ci il tarixlərdə məhkəmə baxışı iclasları keçirilsə də, cavabdehin həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına dair sübut iş materiallararına əlavə olunmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan (i.v. 30) poçt xəbərnaməsində “Abad Məcidov” adı qeyd olunsa da, həmin xəbərnamədə məhkəmə bildirişini cavabdehə və ya onun qeydiyyatda olduğu ünvanda yaşayan başqa bir şəxsə təqdim edilməsini təsdiq edən imza yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyindən onun iddia müddətinin tətbiqinə dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüquq olmuş və apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə uyğun qətnamə qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmamış, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətb iq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(106)-578/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-723/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-723/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver