Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-724/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-724/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2018-ci i l tarixli 2(103)-3325/2018 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB və vəkili Vəkil, Cavabdeh1 və vəkili X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı - QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış müştərək qaydada 16.12.2014-cü il tarixli, 160/00/273/14 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 82.946,57 manat məbləğində əsas borcun, 4.739,38 manat məbləğində faiz borcu, 235,58 manat məbləğində cərimə borcu, cəmi 87.921,53 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 150.750 manat məbləğində müəy yən edilməklə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan və 0,02 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması və açıq hərracdan satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 20 noyabr 2017ci il tarixli 2(011)-1037/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 82.946,57 (səksən iki min doqquz yüz qırx altı manat 57 qəpik) manat məbləğində əsas borc, 4.739,38 (dörd min yeddi yüz otuz doqquz manat 38 qəpik) manat məbləğində faiz borcu, 235,58 (iki yüz otuz beş manat 58 qəpik) manat məbləğində cərimə, cəmi 87.921,53 (səksən yeddi min doqquz yüz iyirmi bir manat 53 qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1, X4 (X2) və Cavabdeh2 müştərək qaydada alınaraq QSC “Bank Standard” KB-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvannə və 0,02 ha torpaq sahəsinə yönəldilməsi, ünvannin və 0,02 ha torpaq sahəsinin ilkin satış qiymətinin 250000 (iki yüz əlli min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən QSC “Bank Standard” KB-yə olan borcun ödənilməsi, ünvannə və 0,02 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin əmlakın boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1, X4 (X2) və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Etibar Nəbiyev, hakimlər Raqib Qurbanov və Azad İmanov) 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh1 məxsus, ünvan və 0,02 ha torpaq sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh1 məxsus, ünvan və 0,02 ha torpaq sahəsinin ilkin satış qiyməti 256000 (iki yüz əlli altı min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB və vəkili Vəkil, həmçinin Cavabdeh1 və vəkili X1 ayrı ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli 2(103)-3325/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayətini onunla əsaslandırmışdir ki, ipoteka predmeti olan ünvan 0.02 ha torpaq sahəsinin ilkin satış qiyməti ipoteka müqaviləsi bağlanarkən 150.750 manat, birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə ekspertizası təyin edildikdən sonra “xxxx”MMC tərəfindən 250.000 manat məbləğində müəyyən edildiyi halda, apellyasiya məhkəməsi yenidən qiymətləndirmə ekspertizası təyin etmiş və ipoteka predmeti olan əmlakların dəyəri “xxxx” MMC-nin MB 11/559 nömrəli, 22 iyun 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 256.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin MB 11/559 nömrəli, 22 iyun 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ilkin satış qiymətinin 256.000 manat məbləğində müəyyən edilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlakların dəyərinin həqiqi bazar dəyərindən qat-qat yuxarı şişirdilmiş şəkildə göstərir. Qiymətləndirilmiş daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. “xxxx" MMC tərəfindən qiymətləndirilmiş ə mlakların bazar dəyəri real deyildir. Apellyasiya məhkəməsi “xxxx” MMC-nin MB 11/559 nömrəli, 22 iyun 2018-ci il tarixli qiymətləndirmə rəyinə “xxxx” MMCnin qiymətləndirmə rəyinə və tərəflər arasında müqavilə bağlanarkən “X7” MMC tərəfindən verilmiş 12 dekabr 2014-cü il tarixli qiymətləndirmə rəyinə münasibətdə üstünlük verməsi əsaslarını göstərməmiş, bu hissədə “məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndirənin hesabatı əsasında 256.000 (iki yüz əlli altı min) manat məbləğində müəyyən edilməlidir” cümləsini qətnaməyə əlavə etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə aktının əsaslandırılmaması özü-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. İşin halları ilə sübuta yetirilir ki, “xxxx” MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən qat-qat yuxarı müəyyən olunmuş və bununla da apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Cavabdeh1 tərəflərindən verilmiş kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsində işə baxılan zaman yenidən qiymətləndirmə təyin edilməs inə baxmayaraq “xxxx” MMC tərəfindən həyata keçirilmiş və əvvəlkindən heç də fərqlənməyən, açıq-aydın qərəzli qiymətləndirmə, gülünc olaraq guya dəqiqliyinə getməklə 256.037.7 (iki yüz əlli altı min otuz yeddi manat yeddi qəpik) müəyyən edilmişdir. Cədvəldə qeyd edilən qiymətlərin heç birinin cari bazar qiymətləri ilə eyniləşdirilməsi aparılmamış, sadəcə olaraq “səmadan” götürülmüşdür. Hər hansı bir əşyanı qiymətləndirmək istəyiriksə əvvəlcədən bazarda olan qiymətlə eyniləşdirmə aparılmalı və sonra qiymət müəyyən edilməlidir. "xxxx” MMC tərəfindən bu hərəkətlərin heç biri edilmədən qiymətləndirmədə qeyri-səmimi nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin hüquq və vəzifələri düzgün müəyyən edilməmiş və iş üzrə araşdırılmalı olan hallar tam araşd ırılmamış, müəyyən edilmiş hallar isə düzgün qimyətləndirlməmiş, həmçinin iş üzrə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir. iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qayda da məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya şikayətlərində qətnamənin tamamilə ləğv edilməsi xahiş edilsə də, hər iki kasasiya şikayətinin məzmununda yalnız ipoteka predmetinin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyi qeyd edildiyindən, məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2014-cü il tarixli 160/00/273/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 48 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi 16.12.2014-cü il tarixdə digər cavabdehlər X4 və Cavabdeh2 ilə 160/00/273/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında 17.12.2014-cü il tarixdə bağlanmış 160/00/273/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan və 0,02 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Həmin müq aviləyə əsasən ipoteka predmetinin dəyəri 150.750 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehlərə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi haqqında 27.04.2016-cı il tarixli bildiriş göndərmişdir. Bildirişin qeydə alınmasına dair ərizə 28.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmələr tərəfindən 82.946,57 (səksən iki min doqquz yüz qırx altı manat 57 qəpik) manat məbləğində əsas borc, 4.739,38 (dörd min yeddi yüz otuz doqquz manat 38 qəpik) manat məbləğində faiz borcu, 235,58 (iki yüz otuz beş manat 58 qəpik) manat məbləğində cərimə, cəmi 87.921,53 (səksən yeddi min doqquz yüz iyirmi bir manat 53 qəpik) manat m əbləğində kredit borcunun cavabdehlər Cavabdeh1, X4 (X2) və Cavabdeh2 müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia əsaslı hesab edilmişdir. İddianın ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə tərəflər arasında mübahisə mövcud olduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2016-cı il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin ünvannin və 0,02 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üzrə 80 saylı, 01.02.2017-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 450.000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.06.2017-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əml akın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin ünvannin və 0,02 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üzrə 358/BS saylı, 24.10.2017-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 250.000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi işdə olan iki qiymətləndirmə rəyi arasında kəskin fərq olduğunu nəzərə alaraq, iş üzrə yenidən qiymətləndirmə təyin etmiş və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmiş, “xxxx” MMC-nin MB 11/559 nömrəli, 22 iyun 2018-ci il tarixli ekspert rəyinə əsasən, ünvannin və 0,02 ha torpaq sahəsinin real bazar qiymətinin 256000 (iki yüz əlli altı min) manat təşkil etməsi müəyyən edilmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin qətnaməsini ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ipoteka predmeti olan Cavabdeh1 məxsus, ünvan və 0,02 ha torpaq sahəsinin ilkin satış qiymətinin 256.000 manat müəyyən edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı və qanunidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri aras ında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi işdə iki ziddiyyətli qiymətləndirmə rəyi olduğundan işin həqiqi hallarının müəyyən edilməsi üçün təkrar ekspertiza təyin etmiş, sonuncu rəylə ünvan və 0,02 ha torpaq sahəsinin ilkin satış qiyməti 256.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasland ıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici “xxxx” MMC tərəfindən əmlaka qiymət qoyularkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edildiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. İddiaçı kassasiya şikayətində məbləğin çox yüksək olduğunu, cavabdeh isə aşağı olduğunu qeyd etsə də, kassasiya şikayətlərinə ipoteka predmetinin qiymətinin daha aşağı və ya daha yuxarı olması barədə heç bir sübut əlavə edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predme tlərinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli 2(103)-3325/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-724/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-724/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver