Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-724/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq üzrə öhdəliyin icrası tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1097/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı məxsus Ağdam rayonu Ergi qəsəbəsində yerləşən mağazada satıcı işləyərək kənd təsərrüfatı avadanlıqlarının satışı ilə məşğul olmuşlar.
2. Cavabdeh İddiaçı razılığı ilə soğan kisələrini nisyə satmışdır.
3. İddiaçı iddia edir ki, 2017-2021-ci illər ərzində Cavabdeh satmaq üçün 200.000 manat dəyərində soğan kisəsi vermiş, lakin Cavabdeh həmin malların satışından əldə olunan məbləğin 20.000 manatını ona qaytarsa da, qalan 180.000 manatı ona geri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180000 (bir yüz səksən min) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınara q ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2017-ci ildən tanıyır və münasibətləri yaxşı olmuşdur. Özü soğan kisələrinin xaricdən tədarükü ilə məşğul olur, eləcə də Ağdam rayonu Ergi qəsəbəsində yerləşən ona məxsus mağazada soğan kisələrinin satışı ilə məşğul olur. Cavabdeh 2018-ci ildən həmin mağazada satıcı kimi işləmişdir. Adətən soğan yığımı mövsümündə soğan kisələrini nisyə olaraq satmışlar, sonra isə satdıqları malın pulunu yığmışlar. Lakin mağazada satılmış malları yoxlayarkən müəyyən etmişdir ki, 200000 (iki yüz min) manat dəyərində satılmış nisyə malın pulu yoxdur. Cavabdehə bildirmişdir ki, nisyə satılmış malların pulunu yığsın, sonuncu isə pulların y ığılmasına görə vaxt verilməsini xahiş etmişdir. Daha sonra cavabdehdən pulları alıcılardan yığmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək vaxtı yubatmışdır. Belə olduqda mağazanın açarlarını cavabdehdən almış və onu mağazadan çıxartmışdır. Cavabdeh həmin pullardan 20.000 manat ödəmiş, qalan 180.000 manatı isə ödəməmişdir. Bununla bağlı Ağdam rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı onların izahatı alınmış və cavabdeh ona 160.000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi gömrük bəyannamələrindən də görünür ki, Cavabdeh adına mal göndərilmiş və bununla bağlı müvafiq rüsumlar ödənilmişdir
6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil1 iddianı qismən etiraf edərək, cavabdehin əvvəllər 30.000 manat borcunun olduğunu, həmin məbləğdən 20.000 manat ödədiyini, lakin polis orqanlarında təzyiq altında məcbur olaraq 160000 manat borcunun olması barədə izahat verdiyini, hazırda 10.000 manat borcunun qaldığını bildirərək iddia tələbinin qalan hissədə rədd olunmasını xahiş etmişdir.
7. Ağdam Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(013)69/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh 160.000 manatın və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 450 manat, cəmi 160450 (yüz altmış min dörd yüz əlli) mana tın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddianın qalan – 20000 manat tələbinə dair hissəsi rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, hər iki tərəf üzərinə öhdəlik götürmüşlər. İddiaçı kisə verməklə üzərinə düşən öhdəliyi icra etmiş, cavabeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ədəməyərək 160000 manat borclu qalmaqla öhdəliyi icra etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 529.1, 529.3, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olun muş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bunun əksinə olaraq, İddiaçı əmək müqaviləsi olmadan onu işə cəlb etmişdir. Eləcə də onunla iddiaçı ilə arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ona görə də iddiaçıya məxsus mağazadan nisyə satılmış malların pulunun onun tərəfində n alıcılardan alınması öhdəlik kimi qiymətləndirilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi 31 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinadən iddia tələbini qismən təmin etmişdir. Ancaq həmin qərarı iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq etməmişdir. Halbuki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da qeyd olunmuşdur ki, o, İddiaçı ilə şərikli soğan əkmişdir və onlara 60000 manat dəyərində ziyanlıq dəymişdir. Bundan əlavə, İddiaçı məxsus mağazada nisyə satılmış malların dəyəri olan 130000 manat alıcılardan yığılmamışdır. Bundan sonra isə, İddiaçı mağazanın açarlarını alaraq, onu mağazaya buraxmadığı üçün nisyə satılmış malların pulunu yığmaq imkanı xaricində olmuşdur. Həmçinin nəzərə alınmamışdı r ki, polis şöbəsində fiziki və psixoloji təsir altında izahat vermişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı əvvəlki iclaslarda verdiyi izahatını müdafiə etdiyini qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1097/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Loğman Süleymanov) apellyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə d air iddiası qismən təmin edilmiş, 20650 manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 151,95 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
15. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri borc-öhdəlik hüquq münasibətləri kimi qiymətləndirməklə yalnış nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyinə görə iş üzrə həmin münasibətlərini hüquqi baxımdan tənzim edən normalar tətbiq edilməlidir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mü bahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh İddiaçı razılığı ilə soğan kisələrini nisyə satmışdır.
18. İddiaçı iddia edir ki, 2017-2021-ci illər ərzində Cavabdeh satmaq üçün 200.000 manat dəyərində soğan kissəsi vermiş, lakin Cavabdeh həmin malların satışından əldə olunan məbləğin 20.000 manatını ona qaytarsa da, qalan 180000 manatı ona geri qaytarmamışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə İddiaçı tərəfindən Cavabdeh hansı miqdarda (dəyərdə) soğan kisəsi verilməsi müəyyən edilməlidir.
20. İşin halları araşdırıldıqda müəyyən olunmuşdur ki, Cavabdeh 02 avqust 2020-ci il tarixə İddiaçı malların (soğan kisələri) satışından qaytarmalı olduğu pul məbləği 96.000 manat təşkil etmişdir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş 28 aprel 20 20-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş sadə əlyazma olan qəbzə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh özü tərəfindən tərtib edilmiş həmin əlyazmada “mağazada satdığı malların çatışmayan 70.000 manat pulu may ayı da daxil olmaqla həmin müddətə İddiaçı qaytaracaq. Eləcə də məhkəmə kollegiyasına təqdim edilmiş 02 avqust 2020-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş sadə əlyazma olan qəbzə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun İddiaçı olan borcu 96000 manat təşkil edir və həmin borcu 2020-ci ilin avqust ayının sonunadək ödəyəcəkdir. Tərəflərin həmin əlyazma qəbzlərinin həqiqiliyi ilə bağlı hər hansı arqumenti olmamış, əksinə iddiaçı və cavabdeh həmin əlyazmalarda göstərilənləri təsdiq etmişlər.
21. Həmç inin məhkəmə kollegiyanın iclasında İddiaçı verilmiş suala cavab olaraq bildirmişdir ki, 02 avqust 2020-ci il tarixdən sonra o Cavabdeh satış üçün hər kipinin dəyəri 250 manat olan 496 kip, yəni 124000 manat dəyərində mal (soğan kisəsi) vermişdir. Həmçinin bildirmişdir ki, cavabdehə verilən malların dəyəri 220.000 manata çatdıqdan sonra sonuncuya mal verilməsi dayandırılmışdır. Cavabdeh iddiaçının göstərdiyi həmin xüsusatları təsdiq etmişdir.
22. Bununla da tərəflərin izahatları, habelə Cavabdeh tərəfindən tərtib edilmiş əlyazma qəbzləri ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 96000+124000=220000 manat dəyərində soğan kisəsi verilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci araşdırılmalı məsələ Cavabdeh tərəfindən alınmış mallara görə İddiaçı hansı miq darda vəsait ödənilməsidir. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 2020-2021-ci illər üzrə ödəmə barədə (gedən pul tarixlə və verilən adam başlıqlı) əlyazma qəbzlərinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Həmin əlyazmadan görünür ki, cavabdeh tərəfindən həmin illərdə iddiaçıya müxtəlif məbləğlərdə ümumilikdə 168950 manat pul ödənilmişdir. İddiaçı da həmin əlyazmalarda göstərilənləri təsdiq etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2020-2021-ci illər üzrə ödəmə barədə əlyazma qəbzlərdə göstərilən məbləğlər hesablandıqda 02 avqust 2020-ci il tarixdən sonra Cavabdeh tərəfindən malların (soğan kisələri) satışından İddiaçı 168950 manat pul ödənilməsi müəyyən olunur.
25. Beləliklə işin müəyyən edilmiş və faktiki halları göstərir ki, Cavabdeh İddiaçı mallar ın satışından əldə olunan və sonuncuya ödənilməli olan məbləğ (220000-168950) 51050 manat təşkil edir.
26. Həmçinin İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya baxışı zamanı vermiş olduğu izahatlarından görünür ki, onun müraciəti əsasında polis şöbəsində araşdırma aparılan zaman Cavabdeh borcundan 20.000 manat ödəmişdir.
27. Bundan başqa məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı da qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh İddiaçı məxsus mağazada satıcı kimi işləmişdir. Mağazadakı mallar Cavabdeh təhvil verilmiş və sonuncu da həmin malların satışı ilə məşğul olmuşdur. İddiaçı apellyasiya baxışı zamanı vermiş olduğu izahatında bildirmişdir ki, Cavabdeh 2018-ci ilin avqust ayından 2021-ci ilin mart ayına kimi ona məxs us mağazada satıcı işləmişdir. Cavabdeh aylıq muzdu 400 manat miqdarında olmuşdur, lakin borc yarandığına görə 2019-cu ilin əvvəlindən cavabdehə muzd ödəməmişdir.
28. Məhkəmə kollegiyası Cavabdeh 2021-ci ilin mart ayına qədər İddiaçı məxsus mağazada işləməsini və sonuncunun 2019-cu ilin əvvəlindən başlayaraq borc yarandığına görə Cavabdeh muzd verməməsi barədə işin hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd etmişdir ki, İddiaçı 26 ay üzrə Cavabdeh aylıq 400 manat muzd ödəməmişdir ki, həmin məbləğ ümumilikdə (26x400) 10400 manat təşkil edir.
29. Beləliklə məhkəmə kollegiyası Cavabdeh iddiaçıya ödəməli olan məbləğin 20000 manatını polis şöbəsində araşdırma zamanı ödəməsini, eləcə də iddiaçının (vəkalət verənin) verdiyi tapşırıqları icra etməsinə baxmayaraq, 26 ay üzrə ümumilikdə 10.400 m anat muzd almamasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ (51050-20000-10400) 20650 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi sübutlara qiymət verərəkən Cavabdeh soğan kisəsi satışından ona ödəməli olduğu borcun 220.000 manat olması, təqdim olunmuş əlyazmalara əsasən həmin borcdan 168.495 manatının ona ödənməsi, qalıq borcun 51.050 manat təşkil etməsi, həmin borcdan 20.000 manatını polisdə ona ödənilməsi, 2018-ci ilin may ayından 2021-ci ilin mart ayınadək hə r ay Sənan Qurbanlya 26 ay üzrə 10.4040 manat ödəməli olduğu məbləğin ümumi borcdan çıxılaraq ödənilməmiş borcun 20.650 manat təşkil etməsi qənaətinə gəlmişdir. İş üzrə gəlinən bu nəticə tamamilə əsassız olmaqla işin müəyyən edilmiş halları ilə təsdiq edilmir. Bundan başqa apellyasiya məhkəməsi 26 ay üzrə Cavabdeh hər ay aylıq muzd kimi 400 manat ödənilmədiyi üçün həmin məbləğin də ümumi borcdan çıxılması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, İddiaçı birinci instansiya məhkəməsində Cavabdeh qarşı 180.000 manat tələbi ilə iddia qaldıran zaman Cavabdeh ödənilməmiş əmək haqqının ona ödənilməsi ilə bağlı məhkəmədə qarşılıqlı iddia qaldırmamışdır. Halbu ki, yuxarıda qeyd edildiyi kimi onu birinci instansiya məhkəməsində nümayəndə kimi Vəkil1 Barış oğlu təmsil etmişdir. Çünki Cavabdeh vəkalət alan şəxs kimi tapşırığı vicdanla icra etmədiyi üçün İddiaçı əmək haqqı tələb etməmişdir. Hesab edir ki, qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
35. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
36. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
37. Maddə 778.2 Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
38. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, iddiaçı onun mağazasında cavabdehin satıcı işlədiyini və ona məxsus malları nisyə satıb dəyərini almadığını bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
52. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2 və 218.1-ci maddələri).
53. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, tərəflər arasında yaranmış münasibətlər tapşırıq münasibətləridir. İddiaçı cavabdehlə əmək münasibətlərində olduğunu bildirməsinə baxmayaraq, əmək müqaviləsini təqdim etməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq tərəflər arasında yaranmış mübahisəyə tapşırıq münasibtlərini tənzimləyən normaları tətbiq etmişdir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sü butlar üzrə çıxarılır.
55. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
56. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
57. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəz ifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
58. İddiaçı kifayət qədər yüksək məbləğdə pulun ödənilməsini tələb etməsinə baxmayaraq, bu tələbin əsaslandığı irihəcmli dövriyyəni əks etdirən mötəbər uçot hesabatını təqdim etməmişdir.
59. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tər əflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1097/2023 saylı, 25 iyul 2023-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.