Məhkəmə qərarları › İş №2(102)-724/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-724/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-724/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(104)-1910/2024 nömrəli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 05 mart 2015-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə 30 mart 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 12800 manat məbləğində borc pul verməyi, cavabdeh isə krediti 30 mart 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Mübahisə kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 12800 manat, dövlət rüsmumunun əvəzi olaraq 129 manat və iddia ərizəsinin tərtibi üçün hüquqi xidmət haqqına görə 80 manat pulun onun xeyrinə tut ulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə birlikdə Göygöl rayonu, X kəndindəki məktəbdə müəllim işləmiş, yaxşı münasibətləri olmuşdur. Cavabdeh iddiaçıdan borc pul istəmiş, kredit götürməsini və hər ay ödəyəcəyini demişdir. Notariusa gedərək cavabdehə 12800 manat məbləğində borc verməsinə dair müqavilə bağlamışlar. Lakin bu günədək cavabdeh 1 manat belə borcundan ödəniş etməmişdir. İddiaçı götürdüyü krediti, faiz borcu da daxil olmaqla özü ödəmiş, borca görə mal-qarasını da satmışdır. Cavabdeh iddiaçıya xeyli ziyan vurmuşdur. Notariusda bağladıqları müqavilənin vaxtı mart ayında bitmişdir. İddiaçı cavabdehdən dəfələrlə pulu ödəməsini tələb etmiş, valideynlərinin yanına getmiş, cavabdeh isə nə vaxt imkanı olsa, on da da ödəyəcəyini demişdir. Hazırda iddiaçının özünün də imkanı yoxdur, dolana bilmir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1, 425.1, 739.1 və 740-cı maddələrinə istinad etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(125)-2625/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 12800 (on iki min səkkiz yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 80 (səksən) manat və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Cavid Tağıyev)

8. Birinci instansiya məhkəməsi müyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 12800 manat məbləğində borc almış, lakin müqavilənin şərtlərini pozaraq ö hdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həmçinin iddiaçı hüquqi xidmət göstərilməsinə görə "xxxx" MMC-yə 80 manat məbləğində ödəniş edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh iddiaçıya olan borcundan ödənişlər etmişdir. Borcun qaytarılmasına dair d ə qəbzləri vardır. Bundan başqa, işə cavabdehin iştirakı olmadan baxılmışdır ki, bununla da onun MPM-də təsbit edilmiş hüquqları pozulmuşdur.

12. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh öz adına banklarda gecikməli krediti olduğunu söyləmiş və onun adına kredit götürülməsini təklif etmişdir. O da cavabdehin təklifi ilə razılaşaraq bankdan kredit götürüb cavabdehə vermişdir. Cavabdeh bankdan götürdüyü krediti ödəmədiyindən məcbur qalıb kredit ödənişini hər ay özü ödəməli olmuşdur. Cavabdeh götürdüyü borcdan heç bir ödəniş etməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1910/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Şamil Rzaquliyev)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən borcalan (cavabdeh) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin işə onun iştirakı olmadan baxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə də göstərmişdir ki, məhkəmə iclasına dair bildiriş cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdiril miş, eləcə də SMS xəbərdarlıq vasitəsilə ona işə baxılması barədə xəbərdarlıq edilmişdir.

16. Həmçinin cavabdeh apellyasiya şikayətində aldığı vəsaitin bir qismini iddiaçıya qaytarmış olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavadeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməs i ilə bağlı müəyyən ödənişlər etmiş və borc qismən yerinə yetirilmişdir. Cavabdeh “X”ın “XX” pul köçürmə sistemi ilə vasitəsi ilə iddiaçıya 340 manat pul köçürmüşdür. Bundan başqa 250 və 100 manat olmaqla ödənişlər etmişdir. Bununla bağlı yazılı sübutların əldə edilməsi cavabdehdən asılı olmayan səbəblərə görə gecikmişdir. Odur ki, həmin sübutlar kassasiya instansiyası məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə cavabdehin iştirakını təmin etmədən işə baxmış və cavabdehin prosessual hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırlmışdır ki, cavabdeh “X”ın “XX” pul köçürmə sistemi ilə vasitəsi i lə iddiaçıya 340 manat pul köçürməsi, əlavə olaraq borcdan 250 və 100 manat olmaqla ödənişlər etməsini bildirsə də, bunlar həıqiqətə uyğun deyil, cavabdeh heç bir ödəniş etməyib. Bundan əlavə, MPM-in 372.2-ci maddəsi yeni sübutların hansı hallarda təqdim edilməsini müəyyən edir. Buna görə də yeni sübutlar qəbul edilə bilməz. Cavabdeh həm də məhkəmə iclasında onun iştirakının təmin edilmədiyini bildirir, halbuki ona məhkəmə iclaslarına dair “sms” bildirş göndərilmişdir. Cavabdeh 3 dəfə birinci instansiya məhkəməsinin iclasında, 1 dəfə isə apelyasiya instansiyası məhkəməsinin iclasına qəsdən gəlməyib. Onun məqsədi məhkəmə proseslərini yubatmaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş di gər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmə diyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

27. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbi nin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə istinad etmişdir.

28. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcundan ödəniş etdiyini bildirsə də, bu dəlilni işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 3

0. Apellyasiya instansiyası məhkəməsində cavabdehin iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin özünə göndərilmiş “SMS” bildiriş cavabdehə çatmış, eləcə də həmin məlumat cavabdehin elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə də qabaqcadan məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılma nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır.

31. Həmçinin “X”ın “XX” pul köçürmə sistemi ilə vasitəsi ilə iddiaçıya 340 manat pul köçürməsi, bundan başqa 250 və 100 manat olmaqla ödənişlər etməsi, bununla bağlı yazılı sübutların əldə edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə gecikməsi, odur ki, həmin sübutların kassasiya instansiyası məhkəməsinə təqdim edilməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası izah edir ki, əvvəla, kassasiya instansiyası məhkəməsi yeni sübutlar qəbul etmir və onları qiymətləndirmir. Bundan əlavə, cavabdehin şikayətdə qeyd etdiyi sübutlar kassasiya şikayətinə əl avə olunmamışdır. Bu da göstərir ki, qeyd edilən dəlil formal olaraq irəli sürülmüşdür.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1910/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar