Məhkəmə qərarları › İş №2(102)-7246/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7246/2019

28.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7246/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(014)743/2019, hakim F.H.Nəsibov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsi nin 05 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05 iyul 2009-cu il tarixdə anadan olmuş Qafarov Şakir Xaləddin oğlunun 18 yaşına çatana qədər saxlanması üçün iddiaçının xeyrinə hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(107)-2089/2019, hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir. İşin halları: Cavabdeh ilə İddiaçı 08 yanvar 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 11 noyabr 1998-ci il təvəllüdlü Samirə, 22 dekabr 1999-cu il təvəllüdlü Mehman və 05 iyul 2009-cu il təvəllüdlü Şakir adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 11 noyabr 1998-ci il təvəllüdlü Samirə, 22 dekabr 1999-cu il təvəllüdlü Mehman və 05 iyul 2009-cu il təvəllüdlü Şakirin saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 25 fevral 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı 05 iyul 2009-cu il tarixdə anadan olmuş Qafarov Şakir Xaləddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimetin məbləğinin artırılaraq 180 manat məbləğində müəyyən edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdehin əmək qabiliyyətinin olmaması, İİ qrup əlil olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsa sən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmə qətnaməsi əsasında cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulması qət edilən 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 180 manat müəyən edilməsi təşkil edir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarın ın dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların vaideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qul luq, onun sağllamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəpsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolnacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabde hin maddi imkanının aşağı olması, ikinci qrup əlil olması, ikinci nikahdan iki uşağının olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunan hallar cavabdehi uşağını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şika yətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar