Məhkəmə qərarları › İş №2(102)-7249/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7249/2019

02.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7249/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə. İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Məlikov, iş № 2(039)-960/2017) İddiaçı iddia tələbi təmin edil miş, Cavabdeh təmir işlərinə çəkilmiş xərclərə görə 10000 manat, müqavilə şərtlərinə görə 5000 manat kompensasiya, əldən çıxmış faydaya görə 30000 manat, hüquqi xidmətlərə görə isə 1000 manatın alınıb İddiaçı ödənilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qapısının dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə plastik qapıların çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının götürülməsi, müdir otağı kimi istifadə olunan otağın dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir yerinə qoyulmaqla plastik qapının götürülməsi, sanitar qovşar otğında olan dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir kalonkanın yerinə qoyulmaqla aristonun götürülməsi, baçok unitaz, əl-üz yuyanın yerinə qoyulmaqla onun qoydurduqlarının çıxarılması, tametin üstünə qoyulmuş linoniumun çıxarılması, işıq üçün qoydurduğu avtomatları bərpa etməklə ona məxsus olanların çıxarılması, otaqlarda quraşdırdığı plastik vintilyatorların yerinə qoyulması, dəmir vintilyatorun çıxarılması, mağazada pəncərələrin tamlığını pozduğu hissələrin, o cümlədən mağazanın əvvəlki vəziyyətə qaytarılması, plastik arakəsmələrin sökülməsi və bu işlərin cavabdeh İddiaçı hesabına aparılması, işlərin eyni vaxtda icra olunması tələbi barədə qarş ılıqlı iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.F.Quliyev (sədrlik edən və məruzəçi), hakimlər; Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)-1912/2018) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, 30000 manat tələbin təmin edilməsi ilə bağlı hissəsi ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı 30000 manat əldən çıxmış fayda ilə bağlı tələbi təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxnanılmış, apellyasiya şikayətinin qalan hissəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.A. Qoldman (sədrlik edən və məruzəçi), Ə.Ə.Şadıyev və G.A.Quliyev; 2(102)-1306/2019), ) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilən hissəsində ləğv olunmuş və həmin hissədə yenidən baxılması üçün Şəki apellysiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimE.Ş.Hüseynov ( sədrlik edən və məruzəçi), hakimlər; A.A.Mahmudov və R.R.Rəfiyev, iş № 2(107)-2070/2019) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh təmir işlərinə çəkilmiş xərclərə görə 10000 manat, müqavilə şərtlərinə görə 5000 manat kompensasiya, hüquqi xidmət lərə görə isə 1000 manat alınıb İddiaçı verilməsinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat və obyektin istifadəsi nəticəsində əldə edə biləcəyi 30000 manat gəlir, cəmi 45000 manat dəyərində maddi ziyan və hüquqi xitmətə görə ödənilmiş 1000 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh icra müqaviləsi üzrə obyektə qoyulan 10000 manat təmir xərcləri, 5000 manat kompensasiya və obyektin istifadəsi nəticəsində əldə edə biləcəyi 30000 manat məbləğində əldən çıxmış fayda, cəmi 45000 manat və hüq uqi xidmətə görə ödənilmiş 1000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehə məxsus Mingəçevir şəhəri, ************** küçəsində 0,0072 ha torpaq sahəsində yerləşən ********** nömrəli 1 mərtəbəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə götürüb işlədəcəynə razılşmışlar. Lakin mağaza bərbad vəziyyətdə olduğundan oranı təmir etmək məqsədi ilə 7-8 ay tələb oluduğu üçün və təmir işlərini öz üzərinə götürməsi haqqda razılığa gəlmişlər. 01 aprel 2016-cı tarixdə şahidlərin iştirakı ilə mağazanı icarəyə götürməsi haqqında müqavilə bağlamışdır. Mağazanın tərkib hissəsi olan arxasında yerləşən çörək bişirən sahəni təmir edib ora yeni xəmirqarışdıran avadanlıqlarını alıb 2016-cı ilinin aprel-may aylarında s ınaq olaraq çörək bişirməyə başlamaqla mağazanın təmir işlərini aparmışıdr. Həmi dövr ərzində o, cavabdehə icarə haqqının hesabının 900 manat pul vermişdir. 2016-cı ilin avqust ayında təmir bərpa işlərinə 15000 manatdan atıq pul xərcləyərək mağazanı işlək vəziyyətə gətirib, sentyabr ayında icarəyə götürdüyü obyekti işlətmək istəmişdir. Lakin cavabdeh heç bir əsas olmadan icarə müqaviləsini birtərəfli qaydada pozaraq onu obyekdən çıxrmaqla bütün avadanlıqları qaytarması tələlbi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş və tələbi təmin edilərək 11.10.2016-cı il tarixli qətnaməsi qəbul edilmişdir. 01 aprel 2021-ci il tarixə kimi əldə edəcəyi 30000 manat fayda əldən çıxmışdır. İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsi üçün cavabdehə müraciət etməsinə baxmayaraq tələbi təmin edilməmişdir. Odur ki, bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qapısının dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə plastik qapıların çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının götürülməsi, müdir otağı kimi istifadə olunan otağın dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir yerinə qoyulmaqla plastik qapının götürülməsi, sanitar qovşar otğında olan də mir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir kalonkanın yerinə qoyulmaqla aristonun götürülməsi, baçok unitaz, əl-üz yuyanın yerinə qoyulmaqla onun qoydurduqlarının çıxarılması, tametin üstünə qoyulmuş linonium çıxarılması, işıq üçün qoydurduğu avtomatların bərpa etməklə ona məxsus olanların çıxarılması, otaqlarda quraşdırıldığı plastik vintilyatorların yerinə qoyulması, dəmir vintilyatorun çıxarılması, mağazanın pəncərələrin tamlığın pozduğu hissələrin o cümlədən mağazanın əvvəlki vəziyyətə qaytarılması, plastik arakəsmələrin sökülməsi və bu işlərin cavabdeh İddiaçı hesabına aparılması, işlərin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbi ni qəbul etməyərək qarşılıqlı iddianı müdafiə etdiyini bildirdimiş ki, Mingəçevir şəhər məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(051)-3624/2016 saylı qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli 2(107)-206/2017 saylı qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 11.10.2016-cı il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(102)-4369 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 24.01.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı 01.04.2016-cı ildən onu aldatmaqla bağladığı icarə müqaviləsi əsasında mülkiyyətində ol an qeyri-yaşayış sahəsindən qanunsuz istifadə ilə əlaqədar çıxartdığı üçün ondan pul konpensassiyası tələb edir. Həmin icarə müqaviləsi notariat qaydasında təsdiq edilmədiyi üçün İddiaçı həmin sahədən istifadə və sahiblik hüququ qiymətini almışdıır. İddiaçı əmlakını onu aldatmaqla ələ keçirmiş və onun icazəsi olmadan orada müxtəlif işlər aparmış, əvvəlki əşyaları yox etmişdir. Belə ki, qeyri-yaşayış sahəsində qapıların dəmir qoruyucularını götürmüş yerinə jalüz asdırmışdır, otaqlar arasındakı dəmir qapını götürüb plastik qapı asmış, sanitar qovşağın dəmir qapısını götürüb plastik qoymuş, müdir otağı kimi istifadə olunan otağın qapılarını dəyişdirib, onun dəmir qapılarını mənimsəmişdir. Sanitar qovşağında olan dəmir kalonkaları götürüb 30-40 manatlıq ariston qoymuş, baçok, unitaz, əl-üz yuy an olduğu halda onları ləğv edib qoymuşdur. Tametin üstünə linnoium çəkmişdir, hansı ki, götürüb apara bilər. İşıq üçün qoydurduğu avtomatları dəyişib, onunkuları götürüb başqasını qoymuşdur. Bundan əlavə mağazanın pəncərələrinin tamlığı pozaraq təyinatını dəyişmişdir. Hansı ki, bunlara o, razılıq verməmişdir. Onların aralarında ki, mübahisənin əsas səbəbi mağazanı icarə verməməyi və onun icazəsi olmadan obyektində istədiyi kimi dəyişiklik aparması olmuşdur. O, həmin dəyişikliklər edilməsini görən kimi məhkəməyə müraciə edib, obyekt üzərinə həbs qoyulmuşdur. Qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün ap ellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındаİddiaçıMülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kоllеgiyаsının iclаsındа, Cavabdehkram oğlunun vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikаyətin təmin еdilməməsini хаhiş еtdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunma malıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 Saylı Ərazi Vergilər Departamnetinin 03.05.2017-ci il tarixli, ********** saylı məktubuna əsasən İddiaçı gəliri 01.02.2016-cı il tarixdən 01.07.2016-cı il tarixədək olan dövrdə 2800 manat olmuşdur. 20.10.2009-cu il tarixli, AZ № ********* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 17.09.1971-ci il tarixdə anadan olmuşdur. Mingəçevir şəhər, 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2016-cı il tarixli, 700 saylı arayışdan görünür ki, İddiaçı Mİngəçevir şəhəri,************ küçəsi **** saylı ünvanda yaşayır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2016-cı il tarixli icarə müqaviləsindən görünür ki,H6 X1 şəhəri 20 yanvar küçəsi **** ünvanda yerləşən iaşə obyektini 01 aprel 2016-cı il tarixdən 01 aprel 2021-ci il tarixə kimi icarəyə vermişdir. Həmin müqavilənin şərtərinə görə icarəçi obyekti istifadə edərkən istifadə nəticəsində obyektin təmirə ehtiyac olduqda, o halda təmir xərclərinə özü cavabdehdir. İcarədar müqavilədə göstərilən müddəti birtərəfli pozarsa, o, halda icarəçiyə obyektə qoyulan xərclərin 10000 manat və 5000 manat kompensasiya ödəməklə obyekti geri qaytara bil ər. 15 saylı müqavilədə və 10 dekabr 2016-cı il tarixli ödəniş çekindən görünür ki, İddiaçı hüquq xidmətinə görə vəkil X3 1000 (bir min ) AZN manat pul ödəmişdir. Belə ki, iş materilarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(051)-3624/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, əşyalarla birgə istifadəyə qaytarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, bəzi daşınar əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, tələbin maddi və mənəvi ziyanla bağlı hissəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24.01.2017-ci il tarixli 2(107)206/2017 nömrəli q ətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni 2 ədəd şüşə vitrin, 50 ədəd formalı qablar, elektrik enerjisi ilə işləyən bir ədəd xəmir qarışdıran, 30 ədəd qab-qacaq, ləyənlər, dəmir su qabı, kapron qablar, 5 ədəd böyük bıçaq, 2 ədəd maşa, 4 ədəd mizin cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2017-ci il tarixli 2(102)-4369/2017 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24.01.2017-ci il tarixli qətnaməsi dəyişi klik edilmədən saxlanılmışdır. Həmin məhkəmə qətnamələrindən aydın olur ki, həmin iş üzrə 01 aprel 2016-cı il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq edilmədiyinə görə İddiaçı üçün sözügedən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququ yaratmadığı, müqavilənin sübut kimi qəbul edilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, həmin iş üzrə İddiaçı iddia tələbinə etirazını aralarında icarə müqaviləsinin mövcud olması, həmin müqavilənin Cavabdeh tərəfindən birtərəfli qaydada pozulması ilə əsaslandırmağa çalışsa da onun dəlili məhkəmələr tərəfindən rədd edilmişdir. Qeyd edilən qətnamənin qanuni qüvvədə olduğu sübut olunduğu halda hazırki iş üzrə İddiaçı izahatı əsasında sözügedən icarə hüquq münasibətinin baş tutmamasında və ya pozulmasında Cavabdeh təqsirli olması qənaətinə gəlinməsi qanuni və əsaslı deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarısta na” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). - 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüq uqun, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol verilməməsini e htiva edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sad ələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Beləliklə, yuxarıda qeyd olunmuş qanun normalarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar preyudisial xarakterə malik olmaqla yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisial keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bununla əlaqədar olaraq, həmin faktlara onları müəyyən etmiş məhkəmə qətnaməsi müvafiq qaydada ləğv olunmayanadək yenidən baxılmır. Beləliklə, preyudisial faktlar həqiqi hesab olunmaqla yeni baxılan işdə müəyyən halları təsdiq edən sübut kimi istifadə olunurlar. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(039)960/2017 saylı qətnаməsi Cavabdeh təmir işlərinə çəkilmiş xərclərə görə 10000 manat, müqavilə şərtlərinə görə 5000 manat kompensasiya,hüquqi xidmətlərə görə isə 1000 manat alınıb İddiaçı verilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar